Andı pozmadan bu andın kəffarəsini vermək
أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ غَيْلاَنَ بْنِ جَرِيرٍ ، عَنْ أَبِي بُرْدَةَ ، عَنْ أَبِي مُوسَى الأَشْعَرِيِّ ، قَالَ : أَتَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي رَهْطٍ مِنَ الأَشْعَرِيِّينَ نَسْتَحْمِلُهُ ، فَقَالَ : وَاللَّهِ لاَ أَ حْمِلُكُمْ ، وَمَا عِنْدِي مَا أَحْمِلُكُمْ ، ثُمَّ لَبِثْنَا مَا شَاءَ اللَّهُ ، فَأُتِيَ بِإِبِلٍ فَأَمَرَ لَنَا بِثَلاَثِ ذَوْدٍ ، فَلَمَّا انْطَلَقْنَا قَالَ بَعْضُنَا لِبَعْضٍ : لاَ يُبَارِكُ اللَّهُ لَنَا ، أَتَيْنَا رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ نَسْتَحْمِلُهُ فَحَلَفَ أَنْ لاَ يَحْمِلَنَا ، قَالَ أَبُو مُوسَى : فَأَتَيْنَا النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَذَكَرْنَا ذَلِكَ لَهُ فَقَالَ : مَا أَنَا حَمَلْتُكُمْ بَلِ اللَّهُ حَمَلَكُمْ ، إِنِّي وَاللَّهِ لاَ أَحْلِفُ عَلَى يَمِينٍ فَأَرَى غَيْرَهَا خَيْرًا مِنْهَا ، إِلاَّ كَفَّرْتُ عَنْ يَمِينِي وَأَتَيْتُ الَّذِي هُوَ خَيْرٌ.
“Rəvayət edilir ki, Əbu Musa əl-Əşari ﵁ demişdir: “Əşari tayfasından bir dəstə ilə Allah Elçisinin ﷺ yanına gəlib ondan minik istədik. Allah Elçisi ﷺ buyurdu: “Vallahi, sizi bir şeyə mindirə biləməyəcəyəm, çünki sizin üçün miniyim yoxdur”. Biz Allahın istədiyi müddət qədər onun yanında qaldıq. Ona dəvələr gətirildikdə bizə üç dəvə verilməsini əmr etdi. Oradan uzaqlaşdıqda yoldaşlarımızdan biri dedi: “Allah bu dəvəni bizə bərəkətli etməz, çünki biz Allah Elçisindən ﷺ minik istədik, o isə (minik olmadığına görə) bizə verməyəcəyinə and içdi”. Əbu Musa deyir: “Bundan sonra biz Peyğəmbərin yanına gəldik və vəziyyəti ona danışdıq. O buyurdu: “Dəvələri sizə mən vermədim, Allah verdi. Vallahi, bir şeyə and içdikdən sonra başqa bir şeyin daha xeyirli olduğunu görsəm, andıma kəffarə verər və daha xeyirli olana gedərəm”.”
İstinad
Nəsəi, 3780 (Andlar, 20)
Sunən ən-Nəsəi — Andlar və nəzirlər kitabı