Allahın halal etdiyi bir şeyi haram etmək
أَخْبَرَنَا الْحَسَنُ بْنُ مُحَمَّدٍ الزَّعْفَرَانِيُّ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، عَنْ ابْنِ جُرَيْجٍ ، قَالَ : زَعَمَ عَطَاءٌ ، أَنَّهُ سَمِعَ عُبَيْدَ بْنَ عُمَيْرٍ ، يَقُولُ : سَمِعْتُ عَائِشَةَ ، تَزْعُمُ أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ كَانَ يَمْكُثُ عِنْدَ زَيْنَبَ بِنْتِ جَحْشٍ فَيَشْرَبُ عِنْدَهَا عَسَلاً ، فَتَوَاصَيْتُ أَنَا وَحَفْصَةُ أَنَّ أَيَّتُنَا دَخَلَ عَلَيْهَا النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَلْتَقُلْ : إِنِّي أَجِدُ مِنْكَ رِيحَ مَغَافِيرَ ، أَكَلْتَ مَغَافِيرَ ؟ فَدَخَلَ عَلَى إِحْدَاهُمَا فَقَالَتْ ذَلِكَ لَهُ ، فَقَالَ : لاَ ، بَلْ شَرِبْتُ عَسَلاً عِنْدَ زَيْنَبَ بِنْتِ جَحْشٍ وَلَنْ أَعُودَ لَهُ ، فَنَزَلَتْ : {يَا أَيُّهَا النَّبِيُّ لِمَ تُحَرِّمُ مَا أَحَلَّ اللَّهُ لَكَ} - إِلَى - {إِنْ تَتُوبَا إِلَى اللَّهِ} عَائِشَةُ وَحَفْصَةُ {وَإِذْ أَسَرَّ النَّبِيُّ إِلَى بَعْضِ أَزْوَاجِهِ حَدِيثًا} لِقَوْلِهِ : بَلْ شَرِبْتُ عَسَلاً.
“Rəvayət edilir ki, Ubeyd ibn Umeyr ﵀ demişdir: “Mən Aişənin belə dediyini eşitdim: “Peyğəmbər ﷺ Zeynəb bint Cəhşin yanında qaldıqda bal şərbəti içirdi. Bir gün mən Həfsa ilə məsləhətləşərək belə qərara gəldik ki, Peyğəmbər ﷺ hər birimizin yanına gəldikdə ona: “Səndən məğafir iyi gəldiyini hiss edirəm, sən məğafir yemisən?”, - deyək. Peyğəmbər ﷺ onlardan birinin yanına daxil olduqda zövcəsi bunu ona dedi. O isə: “Xeyr, mən sadəcə Zeynəb bint Cəhşin yanında qaldıqda bal içmişəm və bir daha buna qayıtmaram”, - deyə cavab verdi. Uca Allah da bu ayələri nazil etdi: “Ey Peyğəmbər! Zövcələrini razı salmağa çalışaraq Allahın sənə halal etdiyi şeyi nə üçün özünə qadağan edirsən? Allah Bağışlayandır, Rəhmlidir. Allah, andlarınızdan kəffarə verməklə azad olmağı sizdən ötrü qanuniləşdirmişdir. Allah sizin himayədarınızdır. O, Biləndir, Müdrikdir. Bir zaman Peyğəmbər öz zövcələrindən birinə sirr verdi” - “Mən bal içmişəm”, - dedi - “O da bunu onun digər zövcəsinə xəbər verdikdə və Allah da bunu Peyğəmbərə aşkar etdikdə o, bunun bir qismini sirr verdiyi zövcəsinə bildirdi, digər qismindən isə vaz keçdi. Peyğəmbər bunu ona bildirdikdə zövcəsi dedi: “Bunu sənə kim xəbər verdi?” O dedi: ”Bunu mənə hər şeyi Bilən, Xəbərdar olan Allah xəbər verdi!” Əgər ikiniz də” - Aişə və Həfsa - “Allaha tövbə etsəniz, yaxşı olar...”. (ət-Təhrim, 1-4)”.”
İstinad
Nəsəi, 3795 (Andlar, 35)
Sunən ən-Nəsəi — Andlar və nəzirlər kitabı