Yardarlıq kitabı

Ərazini (məhsulun) üçdəbir və ya dörddəbirinə görə kirayələmək və bu xəbər haqda olan ixtilaf

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ مَنْصُورٍ ، سَمِعْتُ مُجَاهِدًا ، يُحَدِّثُ عَنْ أُسَيْدِ بْنِ ظُهَيْرٍ ، قَالَ : أَتَانَا رَافِعُ بْنُ خَدِيجٍ ، فَقَالَ : نَهَانَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنْ أَمْرٍ كَانَ لَنَا نَافِعًا ، وَطَاعَةُ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ خَيْرٌ لَكُمْ ، نَهَاكُمْ عَنِ الْحَقْلِ وَقَالَ : مَنْ كَانَتْ لَهُ أَرْضٌ فَلْيَمْنَحْهَا أَوْ لِيَدَعْهَا ، وَنَهَى عَنِ الْمُزَابَنَةِ ، وَالْمُزَابَنَةُ : الرَّجُلُ يَكُونُ لَهُ الْمَالُ الْعَظِيمُ مِنَ النَّخْلِ فَيَجِيءُ الرَّجُلُ فَيَأْخُذُهَا بِكَذَا وَكَذَا وَسْقًا مِنْ تَمْرٍ.

“Rəvayət edilir ki, Useyd ibn Zuheyr ﵁ demişdir: “Bir dəfə Rafi ibn Xadic bizim yanımıza gəlib dedi: “Allah Elçisi ﷺ bizə fayda verən bir şeyi qadağan etdi. Allah Elçisinə ﷺ itaət etmək sizə daha xeyirlidir. O, sahələri sahədən çıxan məhsulun üçdəbiri və ya dörddəbiri qarşılığında kirayələməyi qadağan etdi və belə buyurdu: “Kimin bir sahəsi varsa, (din) qardaşının (qarşılıqsız) istifadəsinə icazə versin və ya boş buraxsın”. Həmçinin Muzabənə yolu ilə alış-verişi qadağan etdi”. Muzabənə - çoxlu xurması olan adamın xurmalarını müəyyən miqdarda quru xurma müqabilində mübadilə etməkdir”.”

Useyd ibn Zuheyr
Səhih

İstinad

Nəsəi, 3864 (Yardarlıq, 8)

Sunən ən-Nəsəi — Yardarlıq kitabı