Yardarlıq kitabı

Ərazini (məhsulun) üçdəbir və ya dörddəbirinə görə kirayələmək və bu xəbər haqda olan ixtilaf

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ قُدَامَةَ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنْ مَنْصُورٍ ، عَنْ مُجَاهِدٍ ، عَنْ أُسَيْدِ بْنِ ظُهَيْرٍ ، قَالَ : أَتَى عَلَيْنَا رَافِعُ بْنُ خَدِيجٍ ، فَقَالَ - وَلَمْ أَفْهَمْ فَقَالَ - : إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ نَهَاكُمْ عَنْ أَمْرٍ كَانَ يَنْفَعُكُمْ ، وَطَاعَةُ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ خَيْرٌ لَكُمْ مِمَّا يَنْفَعُكُمْ ، نَهَاكُمْ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنِ الْحَقْلِ ، وَالْحَقْلُ : الْمُزَارَعَةُ بِالثُّلُثِ وَالرُّبُعِ ، فَمَنْ كَانَ لَهُ أَرْضٌ فَاسْتَغْنَى عَنْهَا فَلْيَمْنَحْهَا أَخَاهُ أَوْ لِيَدَعْ ، وَنَهَاكُمْ عَنِ الْمُزَابَنَةِ ، وَالْمُزَابَنَةُ : الرَّجُلُ يَجِيءُ إِلَى النَّخْلِ الْكَثِيرِ بِالْمَالِ الْعَظِيمِ فَيَقُولُ : خُذْهُ بِكَذَا وَكَذَا وَسْقًا مِنْ تَمْرِ ذَلِكَ الْعَامِ.

“Rəvayət edilir ki, Useyd ibn Zuheyr ﵁ demişdir: “Bir dəfə Rafi ibn Xadic bizim yanımıza gəlib dedi: “Allah Elçisi ﷺ sizə fayda verən bir şeyi qadağan etdi, lakin Allah Elçisinə ﷺ itaət etmək sizə faydalı olan şeydən daha xeyirlidir. O, sahəni sahədən çıxan məhsulun üçdəbiri və ya dörddəbiri qarşılığında kirayələməyi qadağan etdi. Kimin bir sahəsi varsa və ona ehtiyacı yoxdursa, (din) qardaşının (qarşılıqsız) istifadə etməsinə icazə versin və ya boş buraxsın. Həmçinin Muzabənə yolu ilə alış-verişi qadağan etdi”. Muzabənə - çoxlu xurması olan adamın yanına başqa birinin gəlib belə deməsidir: “Bu ağacın xurmalarını bu qədər quru xurma ilə mübadilə edirəm”.”

Useyd ibn Zuheyr
Səhih

İstinad

Nəsəi, 3865 (Yardarlıq, 9)

Sunən ən-Nəsəi — Yardarlıq kitabı