Ərazini (məhsulun) üçdəbir və ya dörddəbirinə görə kirayələmək və bu xəbər haqda olan ixtilaf
أَخْبَرَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، عَنْ يَحْيَى بْنِ حَمْزَةَ ، قَالَ : حَدَّثَنَا الأَوْزَاعِيُّ ، عَنْ عَطَاءٍ ، عَنْ جَابِرٍ ، قَالَ : كَانَ لأُنَاسٍ فُضُولُ أَرَضِينَ يُكْرُونَهَا بِالنِّصْفِ وَالثُّلُثِ وَالرُّبُعِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَنْ كَانَتْ لَهُ أَرْضٌ فَلْيَزْرَعْهَا ، أَوْ يُزْرِعْهَا ، أَوْ يُمْسِكْهَا وَافَقَهُ مَطَرُ بْنُ طَهْمَانَ.
“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Bəzilərinin ehtiyaclarından artıq əraziləri var idi. Onlar həmin ərazilərdən çıxacaq məhsulun yarısı, üçdəbiri və ya dörddəbiri müqabilində ərazilərini kirayə verirdilər. Belə olduqda Allah Elçisi ﷺ belə buyurdu: “Kimin tarlası varsa, onu ya özü əksin, və ya (din) qardaşına əvəz olmadan əkməsi üçün versin, ya da boş buraxsın”.”
İstinad
Nəsəi, 3876 (Yardarlıq, 20)
Sunən ən-Nəsəi — Yardarlıq kitabı