Yardarlıq kitabı

Ərazini (məhsulun) üçdəbir və ya dörddəbirinə görə kirayələmək və bu xəbər haqda olan ixtilaf

أَخْبَرَنَا عِيسَى بْنُ مُحَمَّدٍ وَهُوَ أَبُو عُمَيْرِ بْنُ النَّحَّاسِ ، وَعِيسَى بْنُ يُونُسَ هُوَ الْفَاخُورِيُّ ، قَالاَ : حَدَّثَنَا ضَمْرَةُ ، عَنْ ابْنِ شَوْذَبٍ ، عَنْ مَطَرٍ ، عَنْ عَطَاءٍ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : خَطَبَنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : مَنْ كَانَتْ لَهُ أَرْضٌ فَلْيَزْرَعْهَا ، أَوْ لِيُزْرِعْهَا وَلاَ يُؤَاجِرْهَا.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ bizə xütbə deyərək buyurdu: “Kimin tarlası varsa, onu ya özü əksin, ya da əkdirsin, amma kirayə verməsin”.”

Cabir ibn Abdullah
Səhih

İstinad

Nəsəi, 3877 (Yardarlıq, 21)

Sunən ən-Nəsəi — Yardarlıq kitabı