Yardarlıq kitabı

Ərazini (məhsulun) üçdəbir və ya dörddəbirinə görə kirayələmək və bu xəbər haqda olan ixtilaf

أَخْبَرَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ حَمْزَةَ ، قَالَ : حَدَّثَنِي الأَوْزَاعِيُّ ، عَنْ أَبِي النَّجَاشِيِّ ، عَنْ رَافِعٍ ، قَالَ : أَتَانَا ظُهَيْرُ بْنُ رَافِعٍ فَقَالَ : نَهَانِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، عَنْ أَمْرٍ كَانَ لَنَا رَافِقًا ، قُلْتُ : وَمَا ذَاكَ ؟ قَالَ : أَمْرُ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، وَهُوَ حَقٌّ ، سَأَلَنِي كَيْفَ تَصْنَعُونَ فِي مَحَاقِلِكُمْ ؟ قُلْتُ : نُؤَاجِرُهَا عَلَى الرُّبُعِ ، وَالأَوْسَاقِ مِنَ التَّمْرِ ، أَوِ الشَّعِيرِ ، قَالَ : فَلاَ تَفْعَلُوا ، ازْرَعُوهَا ، أَوْ أَزْرِعُوهَا ، أَوِ امْسِكُوهَا رَوَاهُ بُكَيْرُ بْنُ عَبْدِ اللهِ بْنِ الأَشَجِّ ، عَنْ أُسَيْدِ بْنِ رَافِعٍ فَجَعَلَ الرِّوَايَةَ لأَخِي رَافِعٍ.

“Rəvayət edilir ki, Rafi ﵁ demişdir: “Zuheyr ibn Rafi bizim yanımıza gələrək dedi: “Allah Elçisi ﷺ bizə faydalı olan bir şeyi qadağan etdi”. Mən dedim: “O nədir ki?” O dedi: “Allah Elçisinin ﷺ əmri haqdır. O, məndən “Tarlalarınızı necə kirayə verirsiniz?” deyə soruşdu. Mən dedim: “Məhsulun dörddəbiri və ya bir vəsq xurma və ya arpa müqabilində kirayə veririk”. Allah Elçisi ﷺ buyurdu: “Belə etməyin! Onu ya özünüz əkin, ya (əvəzsiz) əkməyə verin, ya da əkməyin!””

Rafi
Səhih

İstinad

Nəsəi, 3923 (Yardarlıq, 67)

Sunən ən-Nəsəi — Yardarlıq kitabı