Ərazini (məhsulun) üçdəbir və ya dörddəbirinə görə kirayələmək və bu xəbər haqda olan ixtilaf
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ حَاتِمٍ ، قَالَ : حَدَّثَنَا حَبَّانُ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنْ لَيْثٍ ، قَالَ : حَدَّثَنِي بُكَيْرُ بْنُ عَبْدِ اللهِ بْنِ الأَشَجِّ ، عَنْ أُسَيْدِ بْنِ رَافِعِ بْنِ خَدِيجٍ ، أَنَّ أَخَا رَافِعٍ قَالَ لِقَوْمِهِ : قَدْ نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ الْيَوْمَ عَنْ شَيْءٍ كَانَ لَكُمْ رَافِقًا ، وَأَمْرُهُ طَاعَةٌ وَخَيْرٌ نَهَى عَنِ الْحَقْلِ.
“Useyd ibn Rafi ibn Xadic ﵁ rəvayət edir ki, Rafinin qardaşı öz tayfasına dedi: “Allah Elçisi ﷺ artıq bu gün sizə faydalı olan bir şeyi qadağan etdi. Onun əmrinə tabe olmaq lazımdır, çünki bu, daha xeyirlidir. O, sahəni oradan çıxan məhsulun üçdəbiri və ya dörddəbiri müqabilində kirayə verməyi qadağan etdi”.”
İstinad
Nəsəi, 3924 (Yardarlıq, 68)
Sunən ən-Nəsəi — Yardarlıq kitabı