Qan tökmənin haramlığı
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا عَمْرُو بْنُ عَاصِمٍ ، قَالَ : حَدَّثَنَا عِمْرَانُ أَبُو الْعَوَّامِ ، قَالَ : حَدَّثَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ : لَمَّا تُوُفِّيَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ارْتَدَّتِ الْعَرَبُ ، فَقَالَ عُمَرُ : يَا أَبَا بَكْرٍ كَيْفَ تُقَاتِلُ الْعَرَبَ ، فَقَالَ أَبُو بَكْرٍ : إِنَّمَا قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أُمِرْتُ أَنْ أُقَاتِلَ النَّاسَ حَتَّى يَشْهَدُوا أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَأَنِّي رَسُولُ اللهِ ، وَيُقِيمُوا الصَّلاَةَ ، وَيُؤْتُوا الزَّكَاةَ وَاللَّهِ لَوْ مَنَعُونِي عَنَاقًا مِمَّا كَانُوا يُعْطُونَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ لَقَاتَلْتُهُمْ عَلَيْهِ ، قَالَ عُمَرُ : فَلَمَّا رَأَيْتُ رَأْيَ أَبِي بَكْرٍ قَدْ شُرِحَ عَلِمْتُ أَنَّهُ الْحَقُّ.
“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ vəfat etdikdə ərəb qəbilələrindən mürtədlər peyda oldular. Ömər dedi: “Ey Əbu Bəkr! Sən ərəblərlə necə döyüşə bilərsən?” Əbu Bəkr dedi: “Allah Elçisi ﷺ buyurmuşdur: “Mən insanlar Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına və mənim Allahın elçisi olduğuma şahidlik edənə, namaz qılana və zəkat verənə qədər onlarla döyüşməklə əmr olundum”. Allaha and olsun ki, əgər onlar Allah Elçisinə ﷺ (zəkat olaraq) verdikləri bir çəpişi belə mənə verməzlərsə, onlarla döyüşəcəyəm”. Ömər deyir: “Fikirləşdikdə Əbu Bəkrin sinəsinin (fəhminin, anlayışının, dərk etməsinin) geniş, özünün isə haqlı olduğunu bildim”.”
İstinad
Nəsəi, 3969 (Qanın haramlığı, 4)
Sunən ən-Nəsəi — Qan tökmənin haramlığı kitabı