Qan tökmənin haramlığı
أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ عُقَيْلٍ ، عَنِ الزُّهْرِيِّ ، أَخْبَرَنِي عُبَيْدُ اللهِ بْنُ عَبْدِ اللهِ بْنِ عُتْبَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : لَمَّا تُوُفِّيَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، وَاسْتُخْلِفَ أَبُو بَكْرٍ ، وَكَفَرَ مَنْ كَفَرَ مِنَ الْعَرَبِ ، قَالَ عُمَرُ لأَبِي بَكْرٍ : كَيْفَ تُقَاتِلُ النَّاسَ ، وَقَدْ قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أُمِرْتُ أَنْ أُقَاتِلَ النَّاسَ حَتَّى يَقُولُوا : لاَ إِلَهَ إِلاَّ اللَّهُ فَمَنْ قَالَ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، عَصَمَ مِنِّي مَالَهُ وَنَفْسَهُ ، إِلاَّ بِحَقِّهِ وَحِسَابُهُ عَلَى اللهِ قَالَ أَبُو بَكْرٍ : وَاللَّهِ لأُقَاتِلَنَّ مَنْ فَرَّقَ بَيْنَ الصَّلاَةِ وَالزَّكَاةِ ، فَإِنَّ الزَّكَاةَ حَقُّ الْمَالِ ، وَاللَّهِ لَوْ مَنَعُونِي عِقَالاً كَانُوا يُؤَدُّونَهُ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ لَقَاتَلْتُهُمْ عَلَى مَنْعِهِ ، قَالَ عُمَرُ : فَوَاللَّهِ مَا هُوَ إِلاَّ أَنِّي رَأَيْتُ اللَّهَ شَرَحَ صَدْرَ أَبِي بَكْرٍ لِلْقِتَالِ فَعَرَفْتُ أَنَّهُ الْحَقُّ.
“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ vəfat etdikdə Əbu Bəkr xəlifə seçildi. Bu vaxt ərəb qəbilələrindən bəziləri mürtəd oldular. Ömər Əbu Bəkrə dedi: “Sən insanlarla necə döyüşə bilərsən? Axı Allah Elçisi ﷺ belə buyurmuşdu: “Mən insanlar “Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur” deyənə qədər onlarla döyüşməklə əmr olundum. Kim “Allahdan başqa ibadətə layıq haqq məbud yoxdur” desə, malını və canını məndən qorumuş olar, yalnız haqq istisna olmaqla. Hesabı isə Allaha aiddir”. Əbu Bəkr dedi: “Allaha and olsun! Mən namazı zəkatdan ayıranlarla döyüşəcəyəm. Həqiqətən, zəkat malın haqqıdır. Allaha and olsun ki, Allah Elçisinə ﷺ verdikləri yüyəni belə verməsələr, onlarla döyüşəcəyəm”. Ömər deyir: “Allaha and olsun! Döyüşmək fikrini Əbu Bəkrin qəlbinə Allah qoymuşdur. Mən də Əbu Bəkrin haqlı olduğunu başa düşdüm”.”
İstinad
Nəsəi, 3970 (Qanın haramlığı, 5)
Sunən ən-Nəsəi — Qan tökmənin haramlığı kitabı