Qan tökmənin haramlığı
أَخْبَرَنَا زِيَادُ بْنُ أَيُّوبَ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ بْنِ عُتْبَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أُمِرْتُ أَنْ أُقَاتِلَ النَّاسَ حَتَّى يَقُولُوا : لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، فَإِذَا قَالُوهَا فَقَدْ عَصَمُوا مِنِّي دِمَاءَهُمْ وَأَمْوَالَهُمْ ، إِلاَّ بِحَقِّهَا وَحِسَابُهُمْ عَلَى اللهِ فَلَمَّا كَانَتِ الرِّدَّةُ ، قَالَ عُمَرُ لأَبِي بَكْرٍ : أَتُقَاتِلُهُمْ وَقَدْ سَمِعْتَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَقُولُ : كَذَا ، وَكَذَا ، فَقَالَ : وَاللَّهِ لاَ أُفَرِّقُ بَيْنَ الصَّلاَةِ ، وَالزَّكَاةِ ، وَلأُقَاتِلَنَّ مَنْ فَرَّقَ بَيْنَهُمَا ، فَقَاتَلْنَا مَعَهُ فَرَأَيْنَا ذَلِكَ رُشْدًا. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : سُفْيَانُ فِي الزُّهْرِيِّ لَيْسَ بِالْقَوِيِّ وَهُوَ سُفْيَانُ بْنُ حُسَيْنٍ.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mən insanlarla onlar “Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur” deyənə qədər döyüşməklə əmr olundum. Bunu dedikləri vaxt, haqq istisna olmaqla, canlarını və mallarını məndən qorumuş olarlar. Hesabları isə Allaha aiddir”. Mürtədlər peyda olduqda Ömər Əbu Bəkrə dedi: “Sən onlarla döyüşəcəksən?! Məgər Allah Elçisinin ﷺ filan və filan şeyləri dediyini eşitməmisənmi?” Əbu Bəkr dedi: “Allaha and olsun, mən namazı zəkatdan ayırmıram. Namazla zəkatın arasını ayıranlarla döyüşəcəyəm”. Biz də onunla birlikdə döyüşdük və bunun düz seçim olduğunu gördük”.”
İstinad
Nəsəi, 3971 (Qanın haramlığı, 6)
Sunən ən-Nəsəi — Qan tökmənin haramlığı kitabı