Qan tökmənin haramlığı kitabı

Qan tökmənin haramlığı

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ ، قَالَ : حَدَّثَنَا الأَسْوَدُ بْنُ عَامِرٍ ، قَالَ : حَدَّثَنَا إِسْرَائِيلُ ، عَنْ سِمَاكٍ ، عَنِ النُّعْمَانِ بْنِ بَشِيرٍ قَالَ : كُنَّا مَعَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَجَاءَ رَجُلٌ فَسَارَّهُ ، فَقَالَ : اقْتُلُوهُ ، ثُمَّ قَالَ : أَيَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ؟ قَالَ : نَعَمْ ، وَلَكِنَّمَا يَقُولُهَا تَعَوُّذًا ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لاَ تَقْتُلُوهُ ، فَإِنَّمَا أُمِرْتُ أَنْ أُقَاتِلَ النَّاسَ حَتَّى يَقُولُوا : لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، فَإِذَا قَالُوهَا عَصَمُوا مِنِّي دِمَاءَهُمْ وَأَمْوَالَهُمْ ، إِلاَّ بِحَقِّهَا وَحِسَابُهُمْ عَلَى اللَّهِ

“Rəvayət edilir ki, Numan ibn Bəşir ﵁ demişdir: “Biz Peyğəmbərlə ﷺ birlikdə idik. Bu vaxt bir kişi gəlib Peyğəmbərə ﷺ nəsə pıçıldadı. Peyğəmbər: “Onda onu öldürün!”, - dedi. Sonra buyurdu: “O, Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına şahidlik edirmi?” Kişi dedi: “Bəli, lakin bunu özünü qorumaq üçün deyir”. Allah Elçisi ﷺ buyurdu: “Elə isə onu öldürməyin, çünki mən insanlar “Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur” deyənə qədər onlarla döyüşməklə əmr olundum. Onlar bunu dedikdə, haqq istisna olmaqla, canlarını və mallarını məndən qorumuş olarlar. Hesabları isə Allaha aiddir”.”

Numan ibn Bəşir
Səhih

İstinad

Nəsəi, 3979 (Qanın haramlığı, 14)

Sunən ən-Nəsəi — Qan tökmənin haramlığı kitabı