Qan tökmənin haramlığı
قَالَ عُبَيْدُ اللهِ : حَدَّثَنَا إِسْرَائِيلُ ، عَنْ سِمَاكٍ ، عَنِ النُّعْمَانِ بْنِ سَالِمٍ ، عَنْ رَجُلٍ حَدَّثَهُ قَالَ : دَخَلَ عَلَيْنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَنَحْنُ فِي قُبَّةٍ فِي مَسْجِدِ الْمَدِينَةِ ، وَقَالَ فِيهِ : إِنَّهُ أُوحِيَ إِلَيَّ أَنْ أُقَاتِلَ النَّاسَ حَتَّى يَقُولُوا لاَ إِلَهَ إِلاَّ اللَّهُ نَحْوَهُ.
“Numan ibn Səlim bir kişinin ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ bizim yanımıza gəldi. Biz Mədinə məscidinin kölgəsində idik. O buyurdu: “Mənə insanlar “Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur” deyənə qədər onlarla döyüşmək vəhy edildi...” və yuxarıdakı hədisi rəvayət etdi.”
İstinad
Nəsəi, 3980 (Qanın haramlığı, 15)
Sunən ən-Nəsəi — Qan tökmənin haramlığı kitabı