Qan tökmənin haramlığı kitabı

Qan tökməyin böyük günah olması

أَخْبَرَنَا إِبْرَاهِيمُ بْنُ الْمُسْتَمِرِّ ، قَالَ : حَدَّثَنَا عَمْرُو بْنُ عَاصِمٍ ، قَالَ : حَدَّثَنَا مُعْتَمِرٌ ، عَنْ أَبِيهِ ، عَنِ الأَعْمَشِ ، عَنْ شَقِيقِ بْنِ سَلَمَةَ ، عَنْ عَمْرِو بْنِ شُرَحْبِيلَ ، عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : يَجِيءُ الرَّجُلُ آخِذًا بِيَدِ الرَّجُلِ فَيَقُولُ : يَا رَبِّ ، هَذَا قَتَلَنِي ، فَيَقُولُ اللَّهُ لَهُ : لِمَ قَتَلْتَهُ ؟ فَيَقُولُ : قَتَلْتُهُ لِتَكُونَ الْعِزَّةُ لَكَ ، فَيَقُولُ : فَإِنَّهَا لِي . وَيَجِيءُ الرَّجُلُ آخِذًا بِيَدِ الرَّجُلِ فَيَقُولُ : إِنَّ هَذَا قَتَلَنِي ، فَيَقُولُ اللَّهُ لَهُ : لِمَ قَتَلْتَهُ ؟ فَيَقُولُ : لِتَكُونَ الْعِزَّةُ لِفُلاَنٍ ، فَيَقُولُ : إِنَّهَا لَيْسَتْ لِفُلاَنٍ فَيَبُوءُ بِإِثْمِهِ.

“Abdullah ibn Məsud ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Qiyamət günü bir adam başqa bir adamın əlindən tutaraq gəlib deyəcək: “Ya Rəbbim, bu adam məni öldürdü!” Allah ona deyəcək: “Onu nə üçün öldürdün?” Qatil deyəcək: “Onu izzət Sənin olsun deyə öldürdüm”. Allah deyəcək: “Şübhəsiz ki, izzət Mənə məxsusdur”. Başqa bir öldürülmüş insan başqasının əlindən tutaraq gəlib deyəcək: ”Bu məni öldürdü”. Allah ona deyəcək: “Onu nə üçün öldürdün?” Qatil deyəcək: “İzzət filankəsə məxsus olsun deyə öldürdüm”. Allah: “İzzət ona məxsus deyil. Öldürülənin günahlarını ona yükləyin!””

Abdullah ibn Məsud
Səhih

İstinad

Nəsəi, 3997 (Qanın haramlığı, 32)

Sunən ən-Nəsəi — Qan tökmənin haramlığı kitabı