Qan tökməyin böyük günah olması
أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ مُحَمَّدِ بْنِ تَمِيمٍ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ قَالَ : أَخْبَرَنِي شُعْبَةُ ، عَنْ أَبِي عِمْرَانَ الْجَوْنِيِّ قَالَ : قَالَ جُنْدَبٌ : حَدَّثَنِي فُلاَنٌ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : يَجِيءُ الْمَقْتُولُ بِقَاتِلِهِ يَوْمَ الْقِيَامَةِ فَيَقُولُ : سَلْ هَذَا فِيمَ قَتَلَنِي ، فَيَقُولُ : قَتَلْتُهُ عَلَى مُلْكِ فُلاَنٍ ، قَالَ جُنْدَبٌ : فَاتَّقِهَا.
“Rəvayət edilir ki, Cundəb ﵁ demişdir: “Bir nəfər rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Öldürülən insan qiyamət günü öz qatili ilə gələcək və deyəcək: “(Ey Rəbbim!) Bu adamdan məni nəyə görə öldürdüyünü soruş!” Qatil deyəcək: “Mülk (var-dövlət) filankəsə məxsus olsun deyə öldürdüm”. Cundəb dedi: “Belə hala düşməkdən çəkin!””
İstinad
Nəsəi, 3998 (Qanın haramlığı, 33)
Sunən ən-Nəsəi — Qan tökmənin haramlığı kitabı