Qan tökmənin haramlığı kitabı

Qan tökməyin böyük günah olması

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَمَّارٍ الدُّهْنِيِّ ، عَنْ سَالِمِ بْنِ أَبِي الْجَعْدِ ، أَنَّ ابْنَ عَبَّاسٍ سُئِلَ عَمَّنْ قَتَلَ مُؤْمِنًا مُتَعَمِّدًا ، ثُمَّ تَابَ وَآمَنَ ، وَعَمِلَ صَالِحًا ، ثُمَّ اهْتَدَى ، فَقَالَ ابْنُ عَبَّاسٍ : وَأَنَّى لَهُ التَّوْبَةُ ، سَمِعْتُ نَبِيَّكُمْ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَقُولُ : يَجِيءُ مُتَعَلِّقًا بِالْقَاتِلِ تَشْخَبُ أَوْدَاجُهُ دَمًا ، فَيَقُولُ : أَيْ رَبِّ ، سَلْ هَذَا فِيمَ قَتَلَنِي ، ثُمَّ قَالَ : وَاللَّهِ لَقَدْ أَنْزَلَهَا اللَّهُ ، ثُمَّ مَا نَسَخَهَا.

“Səlim ibn Əbul-Cəd ﵀ rəvayət edir ki İbn Abbasdan bilə-bilə bir mömini öldürən, sonra tövbə edərək yaxşı əməllər edən, sonra isə doğru yola yönələn bir adam haqqında soruşuldu. O dedi: “Onun tövbəsi necə qəbul olar?! Mən sizin Peyğəmbərinizin ﷺ belə buyurduğunu eşitdim: “Qəsdən öldürülən adam qiyamət günü şah damarından qan axa-axa qatili tutub gətirəcək və deyəcək: “Ey Rəbbim! Bundan məni niyə öldürdüyünü soruş?” Sonra İbn Abbas dedi: “Vallahi, Allah bu ayəni nazil etmiş, sonra onu nəsx etməmişdir”.”

Səlim ibn Əbul-Cəd
Səhih

İstinad

Nəsəi, 3999 (Qanın haramlığı, 34)

Sunən ən-Nəsəi — Qan tökmənin haramlığı kitabı