Allahın ﷿ “Allaha və Onun rəsuluna qarşı savaşanların və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək və ya çarmıxa çəkilmək, yaxud əllərinin və ayaqlarının çarpazvari kəsilməsi, ya da yaşadıqları yerdən sürgün edilmələridir...” (əl-Maidə, 33) ayəsinin yozumu və kimə görə nazil edilməsi?
أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ بِشْرٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَيُّوبَ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ أَنَسٍ قَالَ : أَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ نَفَرٌ مِنْ عُكْلٍ أَوْ عُرَيْنَةَ ، فَأَمَرَ لَهُمْ - وَاجْتَوَوْا الْمَدِينَةَ - بِذَوْدٍ أَوْ لِقَاحٍ يَشْرَبُونَ أَلْبَانَهَا وَأَبْوَالَهَا ، فَقَتَلُوا الرَّاعِيَ ، وَاسْتَاقُوا الإِبِلَ ، فَبَعَثَ فِي طَلَبِهِمْ فَقَطَّعَ أَيْدِيَهُمْ وَأَرْجُلَهُمْ ، وَسَمَّرَ أَعْيُنَهُمْ.
“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Peyğəmbərin yanına Ukl və ya Ureynə qəbiləsindən bir neçə nəfər gəldi, lakin Mədinənin havası onlara ağır gəldi. Peyğəmbər ﷺ də onlara dəvələrin südlərindən və sidiklərindən içmələrini əmr etdi. Onlar bunu etdikdən sonra dəvələrin çobanını öldürdülər və dəvələri özləri ilə apardılar. Peyğəmbər ﷺ onların arxası ilə adam göndərdi. Onlar gətirildikdə onların əllərini və ayaqlarını kəsdirdi, gözlərini deşdirdi”.”
İstinad
Nəsəi, 4027 (Qanın haramlığı, 62)
Sunən ən-Nəsəi — Qan tökmənin haramlığı kitabı