Qan tökmənin haramlığı kitabı

Ənəs ibn Malikin ﵁ rəvayəti haqda olan ixtilaf

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عَمْرِو بْنِ السَّرْحِ قَالَ : أَخْبَرَنِي ابْنُ وَهْبٍ قَالَ : أَخْبَرَنِي عَبْدُ اللهِ بْنُ عُمَرَ ، وَغَيْرُهُ ، عَنْ حُمَيْدٍ الطَّوِيلِ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، أَنَّ نَاسًا مِنْ عُرَيْنَةَ قَدِمُوا عَلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَاجْتَوَوْا الْمَدِينَةَ ، فَبَعَثَهُمُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ إِلَى ذَوْدٍ لَهُ ، فَشَرِبُوا مِنْ أَلْبَانِهَا وَأَبْوَالِهَا ، فَلَمَّا صَحُّوا ، ارْتَدُّوا عَنِ الإِسْلاَمِ ، وَقَتَلُوا رَاعِيَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ مُؤْمِنًا ، وَاسْتَاقُوا الإِبِلَ ، فَبَعَثَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي آثَارِهِمْ ، فَأُخِذُوا ، فَقَطَّعَ أَيْدِيَهُمْ وَأَرْجُلَهُمْ ، وَسَمَلَ أَعْيُنَهُمْ ، وَصَلَبَهُمْ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Ureynə qəbiləsindən olan insanlar Allah Elçisinin ﷺ yanına gəlmişdilər. Mədinənin havası onlara ağır gəldi. Allah Elçisi ﷺ onlara dəvə sürüsünün südlərindən və sidiklərindən içmələrini əmr etdi. Onlar sağaldıqdan sonra İslamdan çıxdılar, Allah Elçisinin ﷺ mömin çobanını öldürdülər və dəvələri özləri ilə apardılar. Allah Elçisi ﷺ onların izlərinin arxası ilə adam göndərdi. Onlar tutulduqda onların əllərini və ayaqlarını kəsdirdi, gözlərini deşdirdi və çarmıxa çəkdirdi”.”

Ənəs ibn Malik
Səhih

İstinad

Nəsəi, 4028 (Qanın haramlığı, 63)

Sunən ən-Nəsəi — Qan tökmənin haramlığı kitabı