Ənəs ibn Malikin ﵁ rəvayəti haqda olan ixtilaf
أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ قَالَ : أَنْبَأَنَا إِسْمَاعِيلُ ، عَنْ حُمَيْدٍ ، عَنْ أَنَسٍ قَالَ : قَدِمَ عَلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أُنَاسٌ مِنْ عُرَيْنَةَ ، فَقَالَ لَهُمْ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لَوْ خَرَجْتُمْ إِلَى ذَوْدِنَا فَكُنْتُمْ فِيهَا ، فَشَرِبْتُمْ مِنْ أَلْبَانِهَا وَأَبْوَالِهَا فَفَعَلُوا ، فَلَمَّا صَحُّوا ، قَامُوا إِلَى رَاعِي رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقَتَلُوهُ ، وَرَجَعُوا كُفَّارًا ، وَاسْتَاقُوا ذَوْدَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَأَرْسَلَ فِي طَلَبِهِمْ ، فَأُتِيَ بِهِمْ فَقَطَّعَ أَيْدِيَهُمْ وَأَرْجُلَهُمْ ، وَسَمَلَ أَعْيُنَهُمْ.
“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Ureynə qəbiləsindən olan insanlar Allah Elçisinin ﷺ yanına gəlmişdilər. Allah Elçisi ﷺ onlara Mədinənin kənarında dəvə sürüsünün olduğu yerə getmələrini və dəvələrin südlərindən və sidiklərindən içmələrini əmr etdi. Onlar sağaldıqdan sonra Allah Elçisinin ﷺ çobanının yanına gəldilər və onu öldürdülər. Onlar küfrə qayıtdılar və Allah Elçisinin ﷺ dəvə sürüsünü apardılar. Allah Elçisi ﷺ onların arxası ilə adam göndərdi. Onlar tutulduqda onların əllərini və ayaqlarını kəsdirdi, gözlərini deşdirdi”.”
İstinad
Nəsəi, 4029 (Qanın haramlığı, 64)
Sunən ən-Nəsəi — Qan tökmənin haramlığı kitabı