Ənəs ibn Malikin ﵁ rəvayəti haqda olan ixtilaf
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا حُمَيْدٌ ، عَنْ أَنَسٍ قَالَ : قَدِمَ نَاسٌ مِنْ عُرَيْنَةَ عَلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَاجْتَوَوْا الْمَدِينَةَ ، فَقَالَ لَهُمُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لَوْ خَرَجْتُمْ إِلَى ذَوْدِنَا ، فَشَرِبْتُمْ مِنْ أَلْبَانِهَا قَالَ : وَقَالَ قَتَادَةُ : وَأَبْوَالِهَا ، فَخَرَجُوا إِلَى ذَوْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَلَمَّا صَحُّوا ، كَفَرُوا بَعْدَ إِسْلاَمِهِمْ ، وَقَتَلُوا رَاعِيَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ مُؤْمِنًا ، وَاسْتَاقُوا ذَوْدَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، وَانْطَلَقُوا مُحَارِبِينَ ، فَأَرْسَلَ فِي طَلَبِهِمْ ، فَأُخِذُوا ، فَقَطَّعَ أَيْدِيَهُمْ وَأَرْجُلَهُمْ ، وَسَمَّرَ أَعْيُنَهُمْ.
“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Ureynə qəbiləsindən olan insanlar Allah Elçisinin ﷺ yanına gəlmişdilər. Mədinənin havası onlara ağır gəldi. Peyğəmbər ﷺ onlara dedi: “Bizim dəvə sürüsünün olduğu yerə gedib onların südlərindən için!” Ravi Qatədə: “onların sidiklərindən” demişdir. Onlar Allah Elçisinin ﷺ dəvə sürüsünün yanına getdilər. Sağalandan sonra isə İslamdan dönüb kafir oldular. Sonra isə Allah Elçisinin ﷺ mömin çobanını öldürdülər və Allah Elçisinin ﷺ dəvə sürüsünü apardılar. Onlar müsəlmanlarla müharibə edən tərəfə keçdilər. Allah Elçisi ﷺ onların arxası ilə adam göndərdi. Onlar tutulduqda onların əllərini və ayaqlarını kəsdirib gözlərini deşdirdi”.”
İstinad
Nəsəi, 4030 (Qanın haramlığı, 65)
Sunən ən-Nəsəi — Qan tökmənin haramlığı kitabı