Ənəs ibn Malikin ﵁ rəvayəti haqda olan ixtilaf
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ أَبِي عَدِيٍّ ، قَالَ : حَدَّثَنَا حُمَيْدٌ ، عَنْ أَنَسٍ قَالَ : أَسْلَمَ أُنَاسٌ مِنْ عُرَيْنَةَ ، فَاجْتَوَوْا الْمَدِينَةَ فَقَالَ لَهُمْ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لَوْ خَرَجْتُمْ إِلَى ذَوْدٍ لَنَا ، فَشَرِبْتُمْ مِنْ أَلْبَانِهَا قَالَ حُمَيْدٌ وَقَالَ قَتَادَةُ ، عَنْ أَنَسٍ : وَأَبْوَالِهَا ، فَفَعَلُوا ، فَلَمَّا صَحُّوا ، كَفَرُوا بَعْدَ إِسْلاَمِهِمْ ، وَقَتَلُوا رَاعِيَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ مُؤْمِنًا ، وَاسْتَاقُوا ذَوْدَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، وَهَرَبُوا مُحَارِبِينَ ، فَأَرْسَلَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ مَنْ أَتَى بِهِمْ ، فَأُخِذُوا ، فَقَطَّعَ أَيْدِيَهُمْ وَأَرْجُلَهُمْ ، وَسَمَّرَ أَعْيُنَهُمْ ، وَتَرَكَهُمْ فِي الْحَرَّةِ حَتَّى مَاتُوا.
“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Ureynə qəbiləsindən olan insanlar İslamı qəbul etdilər, lakin Mədinənin havası onlara ağır gəldi. Allah Elçisi ﷺ onlara dedi: “Bizim dəvə sürüsünün yanına gedin və onların südündən (və sidiklərindən) için!” Onlar belə də etdilər. Sağaldıqda isə İslamdan dönüb kafir oldular. Sonra isə Allah Elçisinin ﷺ mömin çobanını öldürdülər və Allah Elçisinin ﷺ dəvə sürüsünü apardılar. Allah Elçisi ﷺ onların arxası ilə adam göndərdi. Onlar tutulduqda onların əllərini və ayaqlarını kəsdirib gözlərini dağlatdırdı. Sonra isə ölənə qədər “Hərra” bölgəsində onları tərk etdi”.”
İstinad
Nəsəi, 4031 (Qanın haramlığı, 66)
Sunən ən-Nəsəi — Qan tökmənin haramlığı kitabı