Ənəs ibn Malikin ﵁ rəvayəti haqda olan ixtilaf
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا يَزِيدُ وَهُوَ ابْنُ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : حَدَّثَنَا قَتَادَةُ ، أَنَّ أَنَسَ بْنَ مَالِكٍ حَدَّثَهُمْ ، أَنَّ نَاسًا أَوْ رِجَالاً مِنْ عُكْلٍ أَوْ عُرَيْنَةَ قَدِمُوا عَلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالُوا : يَا رَسُولَ اللهِ ، إِنَّا أَهْلُ ضَرْعٍ ، وَلَمْ نَكُنْ أَهْلَ رِيفٍ ، فَاسْتَوْخَمُوا الْمَدِينَةَ ، فَأَمَرَ لَهُمْ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بِذَوْدٍ وَرَاعٍ ، وَأَمَرَهُمْ أَنْ يَخْرُجُوا فِيهَا ، فَيَشْرَبُوا مِنْ لَبَنِهَا وَأَبْوَالِهَا فَلَمَّا صَحُّوا ، وَكَانُوا بِنَاحِيَةِ الْحَرَّةِ كَفَرُوا بَعْدَ إِسْلاَمِهِمْ ، وَقَتَلُوا رَاعِيَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، وَاسْتَاقُوا الذَّوْدَ ، فَبَعَثَ الطَّلَبَ فِي آثَارِهِمْ ، فَأُتِيَ بِهِمْ ، فَسَمَّرَ أَعْيُنَهُمْ ، وَقَطَّعَ أَيْدِيَهُمْ وَأَرْجُلَهُمْ ، ثُمَّ تَرَكَهُمْ فِي الْحَرَّةِ عَلَى حَالِهِمْ حَتَّى مَاتُوا
“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Ukl və ya Ureynə qəbiləsindən olan insanlar Allah Elçisinin ﷺ yanına gəlib dedilər: “Ey Allahın Elçisi, biz dəvə südünə alışqan insanlarıq, şəhər yeməyinə öyrəşməmişik. Mədinənin də havası bizə ağır gəldi”. Allah Elçisi ﷺ onlara buradan çıxıb dəvələrin çobanının yanına getmələrini və dəvələrin südündən və sidiyindən içmələrini buyurdu. Onlar belə də etdilər. Sağaldıqda isə Hərra bölgəsində İslamdan çıxıb kafir oldular. Sonra isə Allah Elçisinin ﷺ çobanını öldürdülər və dəvə sürüsünü apardılar. Allah Elçisi ﷺ onların izi ilə adam göndərdi. Onlar tutulub gətirildikdə onların gözlərini deşdirdi, əllərini və ayaqlarını kəsdirdi. Sonra da onları bu halları üzərində ölənə qədər Hərra bölgəsində tərk etdi”.”
İstinad
Nəsəi, 4032 (Qanın haramlığı, 67)
Sunən ən-Nəsəi — Qan tökmənin haramlığı kitabı