Ənəs ibn Malikin ﵁ rəvayəti haqda olan ixtilaf
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ نَافِعٍ أَبُو بَكْرٍ ، قَالَ : حَدَّثَنَا بَهْزٌ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، قَالَ : حَدَّثَنَا قَتَادَةُ ، وَثَابِتٌ ، عَنْ أَنَسٍ ، أَنَّ نَفَرًا مِنْ عُرَيْنَةَ نَزَلُوا فِي الْحَرَّةِ ، فَأَتَوْا النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَاجْتَوَوْا الْمَدِينَةَ ، فَأَمَرَهُمْ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَنْ يَكُونُوا فِي إِبِلِ الصَّدَقَةِ ، وَأَنْ يَشْرَبُوا مِنْ أَلْبَانِهَا وَأَبْوَالِهَا ، فَقَتَلُوا الرَّاعِيَ ، وَارْتَدُّوا عَنِ الإِسْلاَمِ ، وَاسْتَاقُوا الإِبِلَ ، فَبَعَثَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي آثَارِهِمْ ، فَجِيءَ بِهِمْ ، فَقَطَّعَ أَيْدِيَهُمْ وَأَرْجُلَهُمْ ، وَسَمَّرَ أَعْيُنَهُمْ ، وَأَلْقَاهُمْ فِي الْحَرَّةِ قَالَ أَنَسٌ : فَلَقَدْ رَأَيْتُ أَحَدَهُمْ يَكْدُمُ الأَرْضَ بِفِيهِ عَطَشًا حَتَّى مَاتُوا.
“Ənəs ﵁ rəvayət edir ki, Ureynə qəbiləsindən bir neçə nəfər Hərra bölgəsində məskunlaşdılar. Onlar Allah Elçisinin ﷺ yanına gəlmişdilər. Mədinənin havası onlara ağır gəldi. Allah Elçisi ﷺ onlara zəkat üçün toplanan dəvələrin yanına getmələrini və dəvələrin südündən və sidiyindən içmələrini buyurdu. Onlar dəvələrin çobanını öldürdülər və İslam dinindən çıxdılar. Sonra isə dəvə sürüsünü apardılar. Allah Elçisi ﷺ onların izi ilə adam göndərdi. Onlar tutulub gətirildikdə Allah Elçisi ﷺ onların əllərini və ayaqlarını kəsdirdi, gözlərini deşdirdi. Sonra da bu halları üzərində Hərra bölgəsində tərk edildilər. Ənəs deyir: “Onların susuzluqdan ağızlarını yerə sürtdüklərini və beləcə öldüklərini gördüm”.”
İstinad
Nəsəi, 4034 (Qanın haramlığı, 69)
Sunən ən-Nəsəi — Qan tökmənin haramlığı kitabı