Ənəs ibn Malikin ﵁ rəvayəti haqda olan ixtilaf
أَخْبَرَنِي مُحَمَّدُ بْنُ وَهْبٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ قَالَ : حَدَّثَنِي أَبُو عَبْدِ الرَّحِيمِ قَالَ : حَدَّثَنِي زَيْدُ بْنُ أَبِي أُنَيْسَةَ ، عَنْ طَلْحَةَ بْنِ مُصَرِّفٍ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ : قَدِمَ أَعْرَابٌ مِنْ عُرَيْنَةَ إِلَى نَبِيِّ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَأَسْلَمُوا ، فَاجْتَوَوْا الْمَدِينَةَ حَتَّى اصْفَرَّتْ أَلْوَانُهُمْ ، وَعَظُمَتْ بُطُونُهُمْ ، فَبَعَثَ بِهِمْ نَبِيُّ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ إِلَى لِقَاحٍ لَهُ ، فَأَمَرَهُمْ أَنْ يَشْرَبُوا مِنْ أَلْبَانِهَا وَأَبْوَالِهَا حَتَّى صَحُّوا ، فَقَتَلُوا رُعَاتَهَا ، وَاسْتَاقُوا الإِبِلَ ، فَبَعَثَ نَبِيُّ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي طَلَبِهِمْ ، فَأُتِيَ بِهِمْ ، فَقَطَّعَ أَيْدِيَهُمْ وَأَرْجُلَهُمْ ، وَسَمَّرَ أَعْيُنَهُمْ قَالَ أَمِيرُ الْمُؤْمِنِينَ عَبْدُ الْمَلِكِ لأَنَسٍ : وَهُوَ يُحَدِّثُهُ هَذَا الْحَدِيثَ ، بِكُفْرٍ أَوْ بِذَنْبٍ ؟ قَالَ : بِكُفْرٍ.
“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Ureynə qəbiləsindən olan bədəvilər Allahın Peyğəmbərinin ﷺ yanına gəlib İslamı qəbul etdilər. Mədinənin havası onlara ağır gəldi. Onların rəngləri saralmağa başladı və qarınları şişməyə başladı. Allahın Peyğəmbəri ﷺ onları dəvə ağıllarına göndərdi və onlara dəvələrin südlərindən və sidiklərindən içməyi əmr etdi. Bunu etdikdə onlar sağaldılar və dəvələrin çobanını öldürdülər, sonra da dəvə sürüsünü qaçırdılar. Allahın Peyğəmbəri ﷺ onların arxası ilə adam göndərdi. Onlar tutulub gətirildikdə Allah Elçisi ﷺ onların əllərini və ayaqlarını kəsdirdi, gözlərini deşdirdi”. Möminlərin əmiri Abdul-Məlik Ənəsə dedi: “Bu cəza onların günahlarına görə idimi, yoxsa küfrlərinə görə?” Ənəs dedi: “Küfrlərinə görə idi”.”
İstinad
Nəsəi, 4035 (Qanın haramlığı, 70)
Sunən ən-Nəsəi — Qan tökmənin haramlığı kitabı