Qan tökmənin haramlığı kitabı

Ənəs ibn Malikin ﵁ rəvayəti haqda olan ixtilaf

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عَمْرِو بْنِ السَّرْحِ قَالَ : أَنْبَأَنَا ابْنُ وَهْبٍ قَالَ : وَأَخْبَرَنِي يَحْيَى بْنُ أَيُّوبَ ، وَمُعَاوِيَةُ بْنُ صَالِحٍ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ قَالَ : قَدِمَ نَاسٌ مِنَ الْعَرَبِ عَلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَأَسْلَمُوا ، ثُمَّ مَرِضُوا ، فَبَعَثَ بِهِمْ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ إِلَى لِقَاحٍ لِيَشْرَبُوا مِنْ أَلْبَانِهَا ، فَكَانُوا فِيهَا ، ثُمَّ عَمَدُوا إِلَى الرَّاعِي غُلاَمِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقَتَلُوهُ ، وَ اسْتَاقُوا اللِّقَاحَ ، فَزَعَمُوا أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : اللَّهُمَّ عَطِّشْ مَنْ عَطَّشَ آلَ مُحَمَّدٍ اللَّيْلَةَ ، فَبَعَثَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي طَلَبِهِمْ ، فَأُخِذُوا ، فَقَطَّعَ أَيْدِيَهُمْ وَأَرْجُلَهُمْ ، وَسَمَلَ أَعْيُنَهُمْ ، وَبَعْضُهُمْ يَزِيدُ عَلَى بَعْضٍ ، إِلاَّ أَنَّ مُعَاوِيَةَ قَالَ فِي هَذَا الْحَدِيثِ : اسْتَاقُوا إِلَى أَرْضِ الشِّرْكِ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Ərəblərdən bəzi insanlar Allahın Elçisinin ﷺ yanına gəlib İslamı qəbul etdilər, sonra xəstələndilər. Allah Elçisi ﷺ onları dəvələrin saxlanıldığı yerə dəvələrin südündən içməyə göndərdi. Onlar getdikləri yerdə Allah Elçisinin köləsi olan çobanı öldürüb dəvələri qaçırtdılar. Bu hadisə olduğu gecə Allah Elçisi ﷺ belə dua etdi: “Allahım, Muhəmmədin ailəsini susuz qoyanı susuz et!” Allah Elçisi ﷺ onların arxası ilə adam göndərdi. Onlar tutulub gətirildikdə Allah Elçisi ﷺ onların əllərini və ayaqlarını kəsdirdi, gözlərini deşdirdi”. Bəzi rəvayətlərdə bu əlavələr var: “Müaviyə demişdir: “Onlar qaçıb müşriklərə sığınmışdılar”.”

Səid ibn əl-Museyyib
Zəif

İstinad

Nəsəi, 4036 (Qanın haramlığı, 71)

Sunən ən-Nəsəi — Qan tökmənin haramlığı kitabı