Qan tökmənin haramlığı kitabı

Mürtədin tövbəsi

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ بَزِيعٍ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ وَهُوَ ابْنُ زُرَيْعٍ قَالَ : أَنْبَأَنَا دَاوُدُ ، عَنْ عِكْرِمَةَ ، عَنْ ابْنِ عَبَّاسٍ قَالَ : كَانَ رَجُلٌ مِنَ الأَنْصَارِ أَسْلَمَ ثُمَّ ارْتَدَّ وَلَحِقَ بِالشِّرْكِ ، ثُمَّ تَنَدَّمَ فَأَرْسَلَ إِلَى قَوْمِهِ ، سَلُوا لِي رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : هَلْ لِي مِنْ تَوْبَةٍ ؟ فَجَاءَ قَوْمُهُ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقَالُوا : إِنَّ فُلاَنًا قَدْ نَدِمَ وَإِنَّهُ أَمَرَنَا أَنْ نَسْأَلَكَ : هَلْ لَهُ مِنْ تَوْبَةٍ ؟ فَنَزَلَتْ : {كَيْفَ يَهْدِي اللَّهُ قَوْمًا كَفَرُوا بَعْدَ إِيمَانِهِمْ} إِلَى قَوْلِهِ {غَفُورٌ رَحِيمٌ} فَأَرْسَلَ إِلَيْهِ فَأَسْلَمَ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Ənsardan bir kişi İslamı qəbul etmiş, sonra dindən çıxaraq Allaha şərik qoşmağa başlamışdı. Lakin sonra etdiklərinə peşman olaraq qövmünə bu xəbəri göndərmişdi: “Mənim barəmdə Peyğəmbərdən ﷺ soruşun: “Mənim tövbəm qəbul olarmı?” Onlar Allah Elçisinin ﷺ yanına gəlib dedilər: “Filankəs İslamdan çıxıb və çıxdığına peşman olmuşdur. O bizi göndərib ki, səndən soruşaq: “Mənim tövbəm qəbul olarmı?” Bu səbəbdən bu ayə nazil edildi: “İman gətirdikdən, Peyğəmbərin həqiqi peyğəmbər olduğuna şahid olduqdan və özlərinə aydın dəlillər gəldikdən sonra kafir olan adamları Allah necə doğru yola yönəldər? Allah zalım adamları doğru yola yönəltməz. Onların cəzası, şübhəsiz ki, Allahın, mələklərin və bütün insanların onları lənətləməsidir. Onlar bu lənətin içində həmişəlik qalacaqlar. Onların əzabı yüngülləşdirilməyəcək və onlara möhlət də verilməyəcəkdir. Bundan sonra tövbə edib öz əməllərini islah edənlər isə istisnadır. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir” (Ali-İmran, 86-89). Qövmü bu xəbəri ona çatdırdı və o yenidən İslamı qəbul etdi”.”

İbn Abbas
Səhih

İstinad

Nəsəi, 4068 (Qanın haramlığı, 103)

Sunən ən-Nəsəi — Qan tökmənin haramlığı kitabı