Mürtədin tövbəsi
أَخْبَرَنَا زَكَرِيَّا بْنُ يَحْيَى ، قَالَ : حَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا عَلِيُّ بْنُ الْحُسَيْنِ بْنِ وَاقِدٍ قَالَ : أَخْبَرَنِي أَبِي ، عَنْ يَزِيدَ النَّحْوِيِّ ، عَنْ عِكْرِمَةَ ، عَنْ ابْنِ عَبَّاسٍ قَالَ : فِي سُورَةِ النَّحْلِ : {مَنْ كَفَرَ بِاللَّهِ مِنْ بَعْدِ إِيمَانِهِ إِلاَّ مَنْ أُكْرِهَ} إِلَى قَوْلِهِ {لَهُمْ عَذَابٌ عَظِيمٌ} فَنُسِخَ ، وَاسْتَثْنَى مِنْ ذَلِكَ فَقَالَ : {ثُمَّ إِنَّ رَبَّكَ لِلَّذِينَ هَاجَرُوا مِنْ بَعْدِ مَا فُتِنُوا ثُمَّ جَاهَدُوا وَصَبَرُوا إِنَّ رَبَّكَ مِنْ بَعْدِهَا لَغَفُورٌ رَحِيمٌ} وَهُوَ عَبْدُ اللهِ بْنُ سَعْدِ بْنِ أَبِي سَرْحٍ الَّذِي كَانَ عَلَى مِصْرَ كَانَ يَكْتُبُ لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَأَزَلَّهُ الشَّيْطَانُ ، فَلَحِقَ بِالْكُفَّارِ ، فَأَمَرَ بِهِ أَنْ يُقْتَلَ يَوْمَ الْفَتْحِ ، فَاسْتَجَارَ لَهُ عُثْمَانُ بْنُ عَفَّانَ ، فَأَجَارَهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ.
“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “ən-Nəhl” surəsində olan “Qəlbi imanla sabit qaldığı halda haqqı danmağa məcbur edilən kəslər istisna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır” (ən-Nəhl, 106) ayəsinin hökmü nəsx edildi və bu ayənin - “Sınağa çəkildikdən sonra hicrət edənləri, daha sonra cihad edib çətinliklərə dözənləri, bunlardan sonra, əlbəttə, Rəbbin Bağışlayandır, Rəhmlidir. (ən-Nəhl, 110) - hökmü isə qaldı. Bu ayə Misirdə Allah Elçisinin ﷺ katibi olan Abdullah ibn Səd ibn Əbus-Sərh haqqında nazil olmuşdur. Şeytan onu azdırmış, o da küfrə düşmüşdü. Bu səbəblə də Məkkə fəth olduğu gün Allah Elçisi ﷺ onun öldürülməsini əmr etdi. Osman ibn Əffan onun haqqında Allah Elçisindən ﷺ aman istədi. O da ona aman verdi”.”
İstinad
Nəsəi, 4069 (Qanın haramlığı, 104)
Sunən ən-Nəsəi — Qan tökmənin haramlığı kitabı