Bu hədis haqda əl-Aməşin ixtilafı
أَخْبَرَنَا مُعَاوِيَةُ بْنُ صَالِحٍ الأَشْعَرِيُّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ جَعْفَرٍ ، قَالَ : حَدَّثَنَا عُبَيْدُ اللهِ ، عَنْ زَيْدٍ ، عَنْ عَمْرِو بْنِ مُرَّةَ ، عَنْ أَبِي نَضْرَةَ ، عَنْ أَبِي بَرْزَةَ قَالَ : غَضِبَ أَبُو بَكْرٍ عَلَى رَجُلٍ غَضَبًا شَدِيدًا حَتَّى تَغَيَّرَ لَوْنُهُ ، قُلْتُ : يَا خَلِيفَةَ رَسُولِ اللهِ ، وَاللَّهِ لَئِنْ أَمَرْتَنِي لأَضْرِبَنَّ عُنُقَهُ ، فَكَأَنَّمَا صُبَّ عَلَيْهِ مَاءٌ بَارِدٌ ، فَذَهَبَ غَضَبُهُ عَنِ الرَّجُلِ ، قَالَ : ثَكِلَتْكَ أُمُّكَ أَبَا بَرْزَةَ وَإِنَّهَا لَمْ تَكُنْ لأَحَدٍ بَعْدَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : هَذَا خَطَأٌ وَالصَّوَابُ أَبُو نَصْرٍ ، وَاسْمُهُ حُمَيْدُ بْنُ هِلاَلٍ. خَالَفَهُ شُعْبَةُ.
“Rəvayət edilir ki, Əbu Bərzə ﵁ demişdir: “Bir dəfə Əbu Bəkr bir kişiyə elə qəzəbləndi ki, Əbu Bəkrin üzünün rəngi dəyişdi. Mən dedim: “Ey Allah Elçisinin xəlifəsi! Allaha and olsun, istəsən, əmr et, onun boynunu vurum”. Mənim bu sözümə görə o kişiyə qəzəbi getdi, sanki onun üzərinə soyuq su töküldü. Əbu Bəkr dedi: “Anan sənsiz qalsın, ey Əbu Bərzə! Bu dediyinin Allah Elçisindən ﷺ başqası üçün tətbiq edilməsi mümkün deyil”.”
İstinad
Nəsəi, 4075 (Qanın haramlığı, 110)
Sunən ən-Nəsəi — Qan tökmənin haramlığı kitabı