Bu hədis haqda əl-Aməşin ixtilafı
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، عَنْ أَبِي دَاوُدَ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَمْرِو بْنِ مُرَّةَ قَالَ : سَمِعْتُ أَبَا نَصْرٍ يُحَدِّثُ ، عَنْ أَبِي بَرْزَةَ قَالَ : أَتَيْتُ عَلَى أَبِي بَكْرٍ وَقَدْ أَغْلَظَ لِرَجُلٍ ، فَرَدَّ عَلَيْهِ ، فَقُلْتُ : أَلاَ أَضْرِبُ عُنُقَهُ ؟ فَانْتَهَرَنِي ، فَقَالَ : إِنَّهَا لَيْسَتْ لأَحَدٍ بَعْدَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : أَبُو نَصْرٍ حُمَيْدُ بْنُ هِلاَلٍ وَرَوَاهُ عَنْهُ يُونُسُ بْنُ عُبَيْدٍ فَأَسْنَدَهُ.
“Rəvayət edilir ki, Əbu Bərzə ﵁ demişdir: “Bir dəfə mən Əbu Bəkrin yanına gəlmişdim. O, bir kişiyə qəzəbləndikdə həmin kişi ona cavab qaytardı. Mən dedim: “Mən onun boynunu vura bilərəmmi?” Əbu Bəkr məni danladı və dedi: “Bu dediyinin Allah Elçisindən ﷺ başqası üçün tətbiq edilməsi mümkün deyil”.”
İstinad
Nəsəi, 4076 (Qanın haramlığı, 111)
Sunən ən-Nəsəi — Qan tökmənin haramlığı kitabı