Bu hədis haqda əl-Aməşin ixtilafı
أَخْبَرَنِي أَبُو دَاوُدَ ، قَالَ : حَدَّثَنَا عَفَّانُ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا يُونُسُ بْنُ عُبَيْدٍ ، عَنْ حُمَيْدِ بْنِ هِلاَلٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ مُطَرِّفِ بْنِ الشِّخِّيرِ ، عَنْ أَبِي بَرْزَةَ الأَسْلَمِيِّ أَنَّهُ قَالَ : كُنَّا عِنْدَ أَبِي بَكْرٍ الصِّدِّيقِ فَغَضِبَ عَلَى رَجُلٍ مِنَ الْمُسْلِمِينَ ، فَاشْتَدَّ غَضَبُهُ عَلَيْهِ جِدًّا ، فَلَمَّا رَأَيْتُ ذَلِكَ ، قُلْتُ : يَا خَلِيفَةَ رَسُولِ اللهِ ، أَضْرِبُ عُنُقَهُ ؟ فَلَمَّا ذَكَرْتُ الْقَتْلَ ، أَضْرَبَ عَنْ ذَلِكَ الْحَدِيثِ ، أَجْمَعَ إِلَى غَيْرِ ذَلِكَ مِنَ النَّحْوِ ، فَلَمَّا تَفَرَّقْنَا أَرْسَلَ إِلَيَّ ، فَقَالَ : يَا أَبَا بَرْزَةَ ، مَا قُلْتَ ؟ وَنَسِيتُ الَّذِي قُلْتُ : قُلْتُ : ذَكِّرْنِيهِ قَالَ : أَمَا تَذْكُرُ مَا قُلْتَ ؟ قُلْتُ : لاَ وَاللَّهِ ، قَالَ : أَرَأَيْتَ حِينَ رَأَيْتَنِي غَضِبْتُ عَلَى رَجُلٍ فَقُلْتَ : أَضْرِبُ عُنُقَهُ يَا خَلِيفَةَ رَسُولِ اللهِ ، أَمَا تَذْكُرُ ذَلِكَ أَوَ كُنْتَ فَاعِلاً ذَلِكَ قُلْتُ : نَعَمْ ، وَاللَّهِ وَالآنَ إِنْ أَمَرْتَنِي فَعَلْتُ ، قَالَ : وَاللَّهِ مَا هِيَ لأَحَدٍ بَعْدَ مُحَمَّدٍ صَلَّى الله عَليْهِ وَسَلَّمَ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : هَذَا الْحَدِيثُ أَحْسَنُ الأَحَادِيثِ وَأَجْوَدُهَا وَاللَّهُ تَعَالَى أَعْلَمُ.
“Rəvayət edilir ki, Əbu Bərzə əl-Əsləmi ﵁ demişdir: “Bir dəfə biz Əbu Bəkr əs-Siddiqin yanında idik. O, müsəlmanlardan bir kişiyə qəzəbləndi. Qəzəbi çox möhkəm idi. Bunu gördükdə mən dedim: “Ey Allah Elçisinin xəlifəsi! Onun boynunu vurum?” Mən öldürməkdən bəhs etdikdə o, mövzunu dəyişdirdi. Onun yanından uzaqlaşdıqdan sonra Əbu Bəkr məni yanına çağırtdırdı və dedi: “Ey Əbu Bərzə, nə deyirdin?” Mən dedim: “Mən nə deyirdim ki, yadımdan çıxıb. Xatırlada bilərsənmi?” Əbu Bəkr dedi: “Nə dediyini xatırlamırsan?” Mən dedim: “Xeyr, Vallahi xatırlamıram”. Əbu Bəkr dedi: “O adama qəzəbləndiyimi görüncə, “ey Allah Elçisinin xəlifəsi, onun boynunu vurummu?” demədinmi? Bu sözünü xatırlamırsanmı?” Mən dedim: “Bəli, Vallahi, indi əmr etsən, dərhal yerinə yetirərəm”. Əbu Bəkr dedi: “Vallahi, bu dediyinin Muhəmməddən ﷺ başqası üçün tətbiq edilməsi mümkün deyil”.”
İstinad
Nəsəi, 4077 (Qanın haramlığı, 112)
Sunən ən-Nəsəi — Qan tökmənin haramlığı kitabı