Sehr (cadu)
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْعَلاَءِ ، عَنْ ابْنِ إِدْرِيسَ قَالَ : أَنْبَأَنَا شُعْبَةُ ، عَنْ عَمْرِو بْنِ مُرَّةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ سَلِمَةَ ، عَنْ صَفْوَانَ بْنِ عَسَّالٍ قَالَ : قَالَ يَهُودِيٌّ لِصَاحِبِهِ : اذْهَبْ بِنَا إِلَى هَذَا النَّبِيِّ ، قَالَ لَهُ صَاحِبُهُ : لاَ تَقُلْ نَبِيٌّ ، لَوْ سَمِعَكَ كَانَ لَهُ أَرْبَعَةُ أَعْيُنٍ ، فَأَتَيَا رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَسَأَلاَهُ عَنْ تِسْعِ آيَاتٍ بَيِّنَاتٍ ، فَقَالَ لَهُمْ : لاَ تُشْرِكُوا بِاللَّهِ شَيْئًا ، وَلاَ تَسْرِقُوا ، وَلاَ تَزْنُوا ، وَلاَ تَقْتُلُوا النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلاَّ بِالْحَقِّ ، وَلاَ تَمْشُوا بِبَرِيءٍ إِلَى ذِي سُلْطَانٍ ، وَلاَ تَسْحَرُوا ، وَلاَ تَأْكُلُوا الرِّبَا ، وَلاَ تَقْذِفُوا الْمُحْصَنَةَ ، وَلاَ تَوَلَّوْا يَوْمَ الزَّحْفِ ، وَعَلَيْكُمْ خَاصَّةً يَهُودُ أَنْ لاَ تَعْدُوا فِي السَّبْتِ فَقَبَّلُوا يَدَيْهِ وَرِجْلَيْهِ ، وَقَالُوا : نَشْهَدُ أَنَّكَ نَبِيٌّ ، قَالَ : فَمَا يَمْنَعُكُمْ أَنْ تَتَّبِعُونِي ؟ قَالُوا : إِنَّ دَاوُدَ دَعَا بِأَنْ لاَ يَزَالَ مِنْ ذُرِّيَّتِهِ نَبِيٌّ ، وَإِنَّا نَخَافُ إِنِ اتَّبَعْنَاكَ أَنْ تَقْتُلَنَا يَهُودُ.
“Rəvayət edilir ki, Safvən ibn Assal ﵁ demişdir: “Bir dəfə bir yəhudi öz dostuna dedi: “Bizi bu Peyğəmbərin yanına apar”. Dostu ona dedi: “Ona Peyğəmbər demə! Əgər o bunu eşitsə, sevincindən gözləri dörd olar”. Sonra onlar Allah Elçisinin ﷺ yanına gedərək ondan doqquz aydın dəlilin nə olduğunu soruşdular. Allah Elçisi ﷺ onlara dedi: “Allaha heç nəyi şərik qoşmayın! Oğurluq etməyin! Zina etməyin! Allahın haram etdiyi canı öldürməyin, yalnız hədd cəzası istisnadır. Rəhbərin qarşısında yalan deyərək heç kimə böhtan atmayın! Cadu (sehr) etməyin! Sələm yeməyin! Namuslu adamı zinada ittiham etməyin! Döyüş günü meydandan qaçmayın! Ey yəhudilər, sizin üçün şənbə günü qadağasına tabe olun!” Yəhudilər Peyğəmbərin əllərini və ayaqlarını öpməyə başladılar və dedilər: “Biz sənin Peyğəmbər olduğuna şahidlik edirik”. Peyğəmbər ﷺ buyurdu: “Bəs sizin mənə tabe olmanıza mane olan nədir?” Onlar dedilər: “Davud nəslindən bir peyğəmbər gələcəyi haqda dua etmişdi. Bu səbəblə sənə tabe olsaq, yəhudilərin bizi öldürmələrindən qorxuruq”.”
İstinad
Nəsəi, 4078 (Qanın haramlığı, 113)
Sunən ən-Nəsəi — Qan tökmənin haramlığı kitabı