Qənimətin paylaşdırılması kitabı

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ قَالَ : أَنْبَأَنَا مُحَمَّدُ بْنُ إِسْحَاقَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ جُبَيْرِ بْنِ مُطْعِمٍ قَالَ : لَمَّا قَسَمَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ سَهْمَ ذِي الْقُرْبَى بَيْنَ بَنِي هَاشِمٍ ، وَبَنِي الْمُطَّلِبِ أَتَيْتُهُ أَنَا وَعُثْمَانُ بْنُ عَفَّانَ فَقُلْنَا : يَا رَسُولَ اللهِ ، هَؤُلاَءِ بَنُو هَاشِمٍ لاَ نُنْكِرُ فَضْلَهُمْ لِمَكَانِكَ الَّذِي جَعَلَكَ اللَّهُ بِهِ مِنْهُمْ ، أَرَأَيْتَ بَنِي الْمُطَّلِبِ أَعْطَيْتَهُمْ ، وَمَنَعْتَنَا ، فَإِنَّمَا نَحْنُ وَهُمْ مِنْكَ بِمَنْزِلَةٍ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِنَّهُمْ لَمْ يُفَارِقُونِي فِي جَاهِلِيَّةٍ وَلاَ إِسْلاَمٍ ، إِنَّمَا بَنُو هَاشِمٍ ، وَبَنُو الْمُطَّلِبِ شَيْءٌ وَاحِدٌ ، وَشَبَّكَ بَيْنَ أَصَابِعِهِ.

“Rəvayət edilir ki, Cubeyr ibn Mutim ﵁ demişdir: “Allah Elçisi ﷺ yaxın qohumları Bəni Haşim və Bəni Muttalib tayfaları arasında qənimətdən paylaşdırdıqda mən və Osman ibn Əffan onun yanına gəlib dedik: “Ey Allahın Elçisi, biz Bəni Haşim tayfasının üstünlüyünü inkar etmirik, belə ki, Allah səni onların arasından çıxartmışdır. Amma Bəni Muttalib tayfasına verdiyin kimi bizə bir şey vermədin. Halbuki, bizim sənə yaxınlığımız eynən onlar kimidir”. Allah Elçisi ﷺ buyurdu: “Onlar nə cahiliyyət dövründə, nə də İslamda məndən ayrılmadılar. Bəni Haşim və Bəni Muttalib arasında heç bir fərq yoxdur”. O bunu dedikdə barmaqlarını bir-birinə keçirtdi”.”

Cubeyr ibn Mutim
Səhih

İstinad

Nəsəi, 4137 (Fey, 5)

Sunən ən-Nəsəi — Qənimətin paylaşdırılması kitabı