Sunən ən-NəsəiQənimətin paylaşdırılması kitabı

Kitab 39

Qənimətin paylaşdırılması kitabı

كِتَابُ قَسْمِ الْفَيْءِ

16

hədis

أَخْبَرَنَا هَارُونُ بْنُ عَبْدِ اللهِ الْحَمَّالُ ، قَالَ : حَدَّثَنَا عُثْمَانُ بْنُ عُمَرَ ، عَنْ يُونُسَ بْنِ يَزِيدَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ يَزِيدَ بْنِ هُرْمُزَ ، أَنَّ نَجْدَةَ الْحَرُورِيَّ حِينَ خَرَجَ فِي فِتْنَةِ ابْنِ الزُّبَيْرِ أَرْسَلَ إِلَى ابْنِ عَبَّاسٍ يَسْأَلُهُ عَنْ سَهْمِ ذِي الْقُرْبَى لِمَنْ تُرَاهُ ؟ قَالَ : هُوَ لَنَا لِقُرْبَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَسَمَهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ لَهُمْ ، وَقَدْ كَانَ عُمَرُ عَرَضَ عَلَيْنَا شَيْئًا رَأَيْنَاهُ دُونَ حَقِّنَا ، فَأَبَيْنَا أَنْ نَقْبَلَهُ ، وَكَانَ الَّذِي عَرَضَ عَلَيْهِمْ أَنْ يُعِينَ نَاكِحَهُمْ ، وَيَقْضِيَ عَنْ غَارِمِهِمْ ، وَيُعْطِيَ فَقِيرَهُمْ وَأَبَى أَنْ يَزِيدَهُمْ عَلَى ذَلِكَ.

“Yəzid ibn Hurmuz ﵀ rəvayət edir ki, İbn əz-Zubeyrin Həccac ilə düşdüyü fitnə vaxtı Nəcdət əl-Həruri Həccac ilə döyüşürdü. Bu əsnada o, İbn Abbasa xəbər göndərərək Allah Elçisinin ﷺ qohumlarına veriləcək hissənin kimə veriləcəyini soruşdu. İbn Abbas dedi: “Allah Elçisi ﷺ qohumlarına vermişdi. Ona görə də bizə verilməlidir. Vaxtilə Ömər bizə qənimətdən müəyyən bir şey verəcəkdi, biz isə haqqımıza düşəndən daha az olduğuna görə qəbul etməmişdik. Ömərin Allah Elçisinin ﷺ qohumlarına vermək istədiyi bunlar idi: onlardan evlənənlərə kömək etmək, borclarını ödəmək və kasıblarına vermək. Ömər bunlardan başqalarına kömək etmək istəməmişdi.”

Yəzid ibn Hurmuz
SəhihNəsəi, 4133 (Fey, 1)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ وَهُوَ ابْنُ هَارُونَ قَالَ : أَنْبَأَنَا مُحَمَّدُ بْنُ إِسْحَاقَ ، عَنِ الزُّهْرِيِّ ، وَمُحَمَّدُ بْنُ عَلِيٍّ ، عَنْ يَزِيدَ بْنِ هُرْمُزَ ، قَالَ : كَتَبَ نَجْدَةُ إِلَى ابْنِ عَبَّاسٍ يَسْأَلُهُ عَنْ سَهْمِ ذِي الْقُرْبَى ، لِمَنْ هُوَ ؟ - قَالَ يَزِيدُ بْنُ هُرْمُزَ : وَأَنَا كَتَبْتُ كِتَابَ ابْنِ عَبَّاسٍ إِلَى نَجْدَةَ - كَتَبْتُ إِلَيْهِ ، كَتَبْتَ تَسْأَلُنِي عَنْ سَهْمِ ذِي الْقُرْبَى لِمَنْ هُوَ ، وَهُوَ لَنَا أَهْلَ الْبَيْتِ ، وَقَدْ كَانَ عُمَرُ دَعَانَا إِلَى أَنْ يُنْكِحَ مِنْهُ أَيِّمَنَا ، وَيُحْذِيَ مِنْهُ عَائِلَنَا ، وَيَقْضِيَ مِنْهُ عَنْ غَارِمِنَا ، فَأَبَيْنَا إِلاَّ أَنْ يُسَلِّمَهُ لَنَا وَأَبَى ذَلِكَ فَتَرَكْنَاهُ عَلَيْهِ.

“Rəvayət edilir ki, Yəzid ibn Hurmuz ﵀ demişdir: “Nəcdət İbn Abbasa məktub yazaraq Allah Elçisinin ﷺ qohumlarına veriləcək hissənin kimə veriləcəyini soruşmuşdu”. Yəzid ibn Hurmuz deyir: “İbn Abbas da mənə Nəcdətə belə bir məktub yazdırdı: “Sən Allah Elçisinin ﷺ Zil-Qurbə deyilən qohumlarına veriləcək hissənin kimə veriləcəyini soruşursan. Bu bizik, çünki biz Əhli-Beytdənik. Vaxtilə Ömər bizi çağıraraq payımıza düşən qənimətdən subaylarımızı evləndirməyimizi, kasıblarımıza yardım etməyimizi və borcu olanlarımızın borclarını ödəməyi istəmişdi. Biz də buna razı olmamış və payımıza düşənin bizə tam şəkildə verilməsini istəmişdik. O bundan imtina etdi, biz də payımıza düşəni ondan götürmədik”.”

Yəzid ibn Hurmuz
SəhihNəsəi, 4134 (Fey, 2)

أَخْبَرَنَا عَمْرُو بْنُ يَحْيَى ، قَالَ : حَدَّثَنَا مَحْبُوبٌ ، يَعْنِي ابْنَ مُوسَى قَالَ : أَنْبَأَنَا أَبُو إِسْحَاقَ وَهُوَ الْفَزَارِيُّ ، عَنِ الأَوْزَاعِيِّ قَالَ : كَتَبَ عُمَرُ بْنُ عَبْدِ الْعَزِيزِ إِلَى عُمَرَ بْنِ الْوَلِيدِ كِتَابًا فِيهِ : وَقَسْمُ أَبِيكَ لَكَ الْخُمُسُ كُلُّهُ ، وَإِنَّمَا سَهْمُ أَبِيكَ كَسَهْمِ رَجُلٍ مِنَ الْمُسْلِمِينَ ، وَفِيهِ حَقُّ اللهِ ، وَحَقُّ الرَّسُولِ ، وَذِي الْقُرْبَى ، وَالْيَتَامَى ، وَالْمَسَاكِينِ ، وَابْنِ السَّبِيلِ ، فَمَا أَكْثَرَ خُصَمَاءَ أَبِيكَ يَوْمَ الْقِيَامَةِ ، فَكَيْفَ يَنْجُو مَنْ كَثُرَتْ خُصَمَاؤُهُ ، وَإِظْهَارُكَ الْمَعَازِفَ ، وَالْمِزْمَارَ بِدْعَةٌ فِي الإِسْلاَمِ ، وَلَقَدْ هَمَمْتُ أَنْ أَبْعَثَ إِلَيْكَ مَنْ يَجُزُّ جُمَّتَكَ جُمَّةَ السُّوءِ.

“Rəvayət edilir ki, əl-Əvzai ﵀ demişdir: “Ömər ibn Abdul-Əziz Ömər ibn əl-Vəlidə belə bir məktub yazdı: “Atan Vəlid qənimətin beşdəbirindən olan hissəsinin hamısını sənə qoyub gedib. Atanın payı digər müsəlmanlardakı qədərdir. Halbuki, o qənimətin beşdəbiri Allahın, Onun Elçisinin, onun qohumlarının, yetimlərin, miskinlərin, yolda qalanların haqqıdır. Bu çoxluğun haqqına girən atanın Qiyamət günü çoxlu düşməni olacaq. Bu qədər düşməni olan atan Allahın əzabından necə xilas olacaq?! Həmçinin sənin açıq-aydın şəkildə çalğı alətləri ilə əylənməyin bidətdir. İslamda çalğı alətlərinə yer yoxdur. Sənə saçlarını kəsib qürurunu qıracaq bir kəsi göndərmək haqda düşünürəm”.”

əl-Əvzai
SəhihNəsəi, 4135 (Fey, 3)

أَخْبَرَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ عَبْدِ اللهِ بْنِ عَبْدِ الْحَكَمِ ، قَالَ : حَدَّثَنَا شُعَيْبُ بْنُ يَحْيَى ، قَالَ : حَدَّثَنَا نَافِعُ بْنُ يَزِيدَ ، عَنْ يُونُسَ بْنِ يَزِيدَ ، عَنْ ابْنِ شِهَابٍ قَالَ : أَخْبَرَنِي سَعِيدُ بْنُ الْمُسَيَّبِ ، أَنَّ جُبَيْرَ بْنَ مُطْعِمٍ حَدَّثَهُ ، أَنَّهُ جَاءَ هُوَ وَعُثْمَانُ بْنُ عَفَّانَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يُكَلِّمَانِهِ فِيمَا قَسَمَ مِنْ خُمُسِ حُنَيْنٍ ، بَيْنَ بَنِي هَاشِمٍ ، وَبَنِي الْمُطَّلِبِ بْنِ عَبْدِ مَنَافٍ فَقَالاَ : يَا رَسُولَ اللهِ ، قَسَمْتَ لِإِخْوَانِنَا بَنِي الْمُطَّلِبِ بْنِ عَبْدِ مَنَافٍ ، وَلَمْ تُعْطِنَا شَيْئًا ، وَقَرَابَتُنَا مِثْلُ قَرَابَتِهِمْ ، فَقَالَ لَهُمَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِنَّمَا أَرَى هَاشِمًا وَالْمُطَّلِبَ شَيْئًا وَاحِدًا قَالَ جُبَيْرُ بْنُ مُطْعِمٍ : وَلَمْ يَقْسِمْ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ لِبَنِي عَبْدِ شَمْسٍ ، وَلاَ لِبَنِي نَوْفَلٍ مِنْ ذَلِكَ الْخُمُسِ شَيْئًا ، كَمَا قَسَمَ لِبَنِي هَاشِمٍ ، وَبَنِي الْمُطَّلِبِ.

“Rəvayət edilir ki, Cubeyr ibn Mutim və Osman ibn Əffan ﵄ Allah Elçisinin ﷺ yanına gələrək Huneyn döyüşündə götürülən qənimətin beşdəbirindən Bəni Haşim və Bəni Muttalib ibn Abdimənaf tayfası arasında necə paylaşdıracağı haqda danışmaq üçün dedilər: “Ey Allahın Elçisi, qənimətdən qardaşlarımız Bəni Muttalib və Abdimənaf tayfalarına verdiyin kimi bizə bir şey vermədin. Halbuki, bizim sənə yaxınlığımız eynən onlar kimidir”. Allah Elçisi ﷺ onlara buyurdu: “Mən Haşim və Muttalib arasında heç bir fərq görmürəm”. Cubeyr ibn Mutim deyir: “Allah Elçisi ﷺ qənimətin beşdəbirindən Bəni Abduş-Şəms və Bəni Nəufəl tayfalarına heç nə vermədi. Amma Bəni Haşim və Bəni Muttalib tayfalarına pay vermişdi”.”

Cubeyr ibn Mutim və Osman ibn Əffan
SəhihNəsəi, 4136 (Fey, 4)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ قَالَ : أَنْبَأَنَا مُحَمَّدُ بْنُ إِسْحَاقَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ جُبَيْرِ بْنِ مُطْعِمٍ قَالَ : لَمَّا قَسَمَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ سَهْمَ ذِي الْقُرْبَى بَيْنَ بَنِي هَاشِمٍ ، وَبَنِي الْمُطَّلِبِ أَتَيْتُهُ أَنَا وَعُثْمَانُ بْنُ عَفَّانَ فَقُلْنَا : يَا رَسُولَ اللهِ ، هَؤُلاَءِ بَنُو هَاشِمٍ لاَ نُنْكِرُ فَضْلَهُمْ لِمَكَانِكَ الَّذِي جَعَلَكَ اللَّهُ بِهِ مِنْهُمْ ، أَرَأَيْتَ بَنِي الْمُطَّلِبِ أَعْطَيْتَهُمْ ، وَمَنَعْتَنَا ، فَإِنَّمَا نَحْنُ وَهُمْ مِنْكَ بِمَنْزِلَةٍ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِنَّهُمْ لَمْ يُفَارِقُونِي فِي جَاهِلِيَّةٍ وَلاَ إِسْلاَمٍ ، إِنَّمَا بَنُو هَاشِمٍ ، وَبَنُو الْمُطَّلِبِ شَيْءٌ وَاحِدٌ ، وَشَبَّكَ بَيْنَ أَصَابِعِهِ.

“Rəvayət edilir ki, Cubeyr ibn Mutim ﵁ demişdir: “Allah Elçisi ﷺ yaxın qohumları Bəni Haşim və Bəni Muttalib tayfaları arasında qənimətdən paylaşdırdıqda mən və Osman ibn Əffan onun yanına gəlib dedik: “Ey Allahın Elçisi, biz Bəni Haşim tayfasının üstünlüyünü inkar etmirik, belə ki, Allah səni onların arasından çıxartmışdır. Amma Bəni Muttalib tayfasına verdiyin kimi bizə bir şey vermədin. Halbuki, bizim sənə yaxınlığımız eynən onlar kimidir”. Allah Elçisi ﷺ buyurdu: “Onlar nə cahiliyyət dövründə, nə də İslamda məndən ayrılmadılar. Bəni Haşim və Bəni Muttalib arasında heç bir fərq yoxdur”. O bunu dedikdə barmaqlarını bir-birinə keçirtdi”.”

Cubeyr ibn Mutim
SəhihNəsəi, 4137 (Fey, 5)

أَخْبَرَنَا عَمْرُو بْنُ يَحْيَى بْنِ الْحَارِثِ ، قَالَ : حَدَّثَنَا مَحْبُوبٌ ، يَعْنِي ابْنَ مُوسَى قَالَ : أَنْبَأَنَا أَبُو إِسْحَاقَ وَهُوَ الْفَزَارِيُّ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ عَيَّاشٍ ، عَنْ سُلَيْمَانَ بْنِ مُوسَى ، عَنْ مَكْحُولٍ ، عَنْ أَبِي سَلاَّمٍ ، عَنْ أَبِي أُمَامَةَ الْبَاهِلِيِّ ، عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ قَالَ : أَخَذَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَوْمَ حُنَيْنٍ وَبَرَةً مِنْ جَنْبِ بَعِيرٍ ، فَقَالَ : يَا أَيُّهَا النَّاسُ ، إِنَّهُ لاَ يَحِلُّ لِي مِمَّا أَفَاءَ اللَّهُ عَلَيْكُمْ قَدْرُ هَذِهِ إِلاَّ الْخُمُسُ ، وَالْخُمُسُ مَرْدُودٌ عَلَيْكُمْ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : اسْمُ أَبِي سَلاَّمٍ : مَمْطُورٌ ، وَهُوَ حَبَشِيٌّ ، وَاسْمُ أَبِي أُمَامَةَ : صُدَيُّ بْنُ عَجْلاَنَ ، وَاللَّهُ تَعَالَى أَعْلَمُ.

“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ demişdir: “Allah Elçisi ﷺ Huneyn döyüşü günü yanında olan dəvənin belindən bir tük qoparıb buyurdu: “Ey insanlar! Allahın sizə bəxş etdiyi qənimətin beşdəbirindən bu tük qədər çox olsa belə, onu götürmək mənə halal deyil. O beşdəbir də onsuz da sizə qayıdacaq”.”

Ubadə ibn əs-Samit
SəhihNəsəi, 4138 (Fey, 6)

أَخْبَرَنَا عَمْرُو بْنُ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ مُحَمَّدِ بْنِ إِسْحَاقَ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَتَى بَعِيرًا فَأَخَذَ مِنْ سَنَامِهِ وَبَرَةً بَيْنَ إِصْبَعَيْهِ ، ثُمَّ قَالَ : إِنَّهُ لَيْسَ لِي مِنَ الْفَيْءِ شَيْءٌ وَلاَ هَذِهِ إِلاَّ الْخُمُسُ ، وَالْخُمُسُ مَرْدُودٌ فِيكُمْ.

“Amr ibn Şueyb atasından və babasından ﵄ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ bir dəvənin yanına yaxınlaşdı və onun hörgücündən iki barmağı ilə bir tük qopardıqdan sonra buyurdu: “Qənimətin beşdəbirindən başqa bu tük qədər bir şey götürmək mənə icazəli deyil. O beşdəbir də onsuz da sizə qayıdacaq”.”

Amr ibn Şueyb atasından və babasından
SəhihNəsəi, 4139 (Fey, 7)

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَمْرٍو ، يَعْنِي ابْنَ دِينَارٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ مَالِكِ بْنِ أَوْسِ بْنِ الْحَدَثَانِ ، عَنْ عُمَرَ قَالَ : كَانَتْ أَمْوَالُ بَنِي النَّضِيرِ مِمَّا أَفَاءَ اللَّهُ عَلَى رَسُولِهِ مِمَّا لَمْ يُوجِفِ الْمُسْلِمُونَ عَلَيْهِ بِخَيْلٍ وَلاَ رِكَابٍ ، فَكَانَ يُنْفِقُ عَلَى نَفْسِهِ مِنْهَا قُوتَ سَنَةٍ ، وَمَا بَقِيَ جَعَلَهُ فِي الْكُرَاعِ وَالسِّلاَحِ عُدَّةً فِي سَبِيلِ اللَّهِ.

“Rəvayət edilir ki, Ömər ﵁ demişdir: “Müsəlmanlar döyüşmədən Allahın Öz Elçisinə ﷺ bəxş etdiyi Bəni Nadir tayfasının mallarından illik ehtiyacını götürdükdən sonra qalanını Allah yolunda at və silah alınması üçün verdi”.”

Ömər
SəhihNəsəi, 4140 (Fey, 8)

أَخْبَرَنَا عَمْرُو بْنُ يَحْيَى بْنِ الْحَارِثِ ، قَالَ : حَدَّثَنَا مَحْبُوبٌ ، يَعْنِي ابْنَ مُوسَى قَالَ : أَنْبَأَنَا أَبُو إِسْحَاقَ هُوَ الْفَزَارِيُّ ، عَنْ شُعَيْبِ بْنِ أَبِي حَمْزَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ ، عَنْ عَائِشَةَ ، أَنَّ فَاطِمَةَ أَرْسَلَتْ إِلَى أَبِي بَكْرٍ تَسْأَلُهُ مِيرَاثَهَا مِنَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ مِنْ صَدَقَتِهِ ، وَمِمَّا تَرَكَ مِنْ خُمُسِ خَيْبَرَ ، قَالَ أَبُو بَكْرٍ : إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : لاَ نُورَثُ.

“Aişə ﵂ rəvayət edir ki, bir dəfə Fatimə Əbu Bəkrə xəbər göndərərək Xeybərdən olan qənimətin onun payına düşən beşdəbirin Fatiməyə verməsini istədi. Əbu Bəkr isə dedi: “Həqiqətən, Allah Elçisi ﷺ belə demişdir: “Biz miras qoymuruq”.”

Aişə
SəhihNəsəi, 4141 (Fey, 9)

أَخْبَرَنَا عَمْرُو بْنُ يَحْيَى ، قَالَ : حَدَّثَنَا مَحْبُوبٌ قَالَ : أَنْبَأَنَا أَبُو إِسْحَاقَ ، عَنْ زَائِدَةَ ، عَنْ عَبْدِ الْمَلِكِ بْنِ أَبِي سُلَيْمَانَ ، عَنْ عَطَاءٍ ، فِي قَوْلِهِ عَزَّ وَجَلَّ : {وَاعْلَمُوا أَنَّمَا غَنِمْتُمْ مِنْ شَيْءٍ فَأَنَّ لِلَّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَى} قَالَ : خُمُسُ اللهِ وَخُمُسُ رَسُولِهِ وَاحِدٌ ، كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَحْمِلُ مِنْهُ ، وَيُعْطِي مِنْهُ ، وَيَضَعُهُ حَيْثُ شَاءَ ، وَيَصْنَعُ بِهِ مَا شَاءَ.

“Rəvayət edilir ki, Əta ﵀ Allahın bu: “...Bilin ki, ələ keçirdiyiniz qənimətlərin beşdəbiri Allaha, Onun Elçisinə, onun əqrəbasına, yetimlərə, kasıblara və müsafirlərə məxsusdur...” (əl-Ənfal, 41) kəlamı haqda demişdir: “Bu ayədə olan beşdəbiri Allaha, digər beşdəbiri Onun Elçisinə ﷺ - ikisi də bir şeydir, ayrı-ayrı haqlar deyil. Allah Elçisi ﷺ ondan öz ehtiyacı qədərini alar, qalanını isə istədiyi adamlara verər, istədiyi yerlərə xərcləyər, istədiyi kimi istifadə edərdi”.”

Əta
SəhihNəsəi, 4142 (Fey, 10)

أَخْبَرَنَا عَمْرُو بْنُ يَحْيَى بْنِ الْحَارِثِ ، قَالَ : حَدَّثَنَا مَحْبُوبٌ ، يَعْنِي ابْنَ مُوسَى قَالَ : أَنْبَأَنَا أَبُو إِسْحَاقَ هُوَ الْفَزَارِيُّ ، عَنْ سُفْيَانَ ، عَنْ قَيْسِ بْنِ مُسْلِمٍ قَالَ : سَأَلْتُ الْحَسَنَ بْنَ مُحَمَّدٍ ، عَنْ قَوْلِهِ عَزَّ وَجَلَّ : {وَاعْلَمُوا أَنَّمَا غَنِمْتُمْ مِنْ شَيْءٍ فَأَنَّ لِلَّهِ خُمُسَهُ} قَالَ : هَذَا مَفَاتِحُ كَلاَمِ اللهِ الدُّنْيَا وَالآخِرَةُ لِلَّهِ قَالَ : اخْتَلَفُوا فِي هَذَيْنِ السَّهْمَيْنِ بَعْدَ وَفَاةِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، سَهْمِ الرَّسُولِ وَسَهْمِ ذِي الْقُرْبَى ، فَقَالَ قَائِلٌ : سَهْمُ الرَّسُولِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ لِلْخَلِيفَةِ مِنْ بَعْدِهِ ، وَقَالَ قَائِلٌ : سَهْمُ ذِي الْقُرْبَى لِقَرَابَةِ الرَّسُولِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، وَقَالَ قَائِلٌ : سَهْمُ ذِي الْقُرْبَى لِقَرَابَةِ الْخَلِيفَةِ ، فَاجْتَمَعَ رَأْيُهُمْ عَلَى أَنْ جَعَلُوا هَذَيْنِ السَّهْمَيْنِ فِي الْخَيْلِ وَالْعُدَّةِ فِي سَبِيلِ اللهِ ، فَكَانَا فِي ذَلِكَ خِلاَفَةَ أَبِي بَكْرٍ وَعُمَرَ.

“Rəvayət edilir ki, Qeys ibn Muslim ﵀ demişdir: “Mən Həsən ibn Muhəmməddən Allahın ﷿ bu: “...Bilin ki, ələ keçirdiyiniz qənimətlərin beşdəbiri Allaha, Onun Elçisinə, onun əqrəbasına, yetimlərə, kasıblara və müsafirlərə məxsusdur...” (əl-Ənfal, 41) kəlamı haqda soruşduqda o dedi: “Bu, dünya və Axirətdə Allahın Kəlamının açarlarının Allaha aid olması deməkdir. Allah Elçisinin ﷺ vəfatından sonra insanlar qənimətlərdə olan paylar mövzusunda ixtilaf etmişdilər. Bəziləri dedilər ki, qohumlara düşən pay Allah Elçisinin ﷺ payıdır. Bəziləri də dedilər ki, Allah Elçisi ﷺ vəfat etdikdən sonra onun payı xəlifəyə verilməlidir. Digərləri isə dedilər ki, qohumlara çatacaq pay Allah Elçisinin ﷺ yaxın qohumlarına verilməlidir. Başqaları dedilər ki, yaxın qohumlara düşəcək pay xəlifənin yaxın qohumlarına verilməlidir. Sonra isə yaxın qohumlara düşəcək pay Allah yolunda olan at və silaha yönəldildi. Əbu Bəkr və Ömərin dövründə belə edilirdi”.”

Qeys ibn Muslim
SəhihNəsəi, 4143 (Fey, 11)

أَخْبَرَنَا عَمْرُو بْنُ يَحْيَى بْنِ الْحَارِثِ ، قَالَ : حَدَّثَنَا مَحْبُوبٌ قَالَ : أَنْبَأَنَا أَبُو إِسْحَاقَ ، عَنْ مُوسَى بْنِ أَبِي عَائِشَةَ قَالَ : سَأَلْتُ يَحْيَى بْنَ الْجَزَّارِ ، عَنْ هَذِهِ الآيَةِ : {وَاعْلَمُوا أَنَّمَا غَنِمْتُمْ مِنْ شَيْءٍ فَأَنَّ لِلَّهِ خُمُسَهُ وَلِلرَّسُولِ} قَالَ : قُلْتُ : كَمْ كَانَ لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ مِنَ الْخُمُسِ ؟ قَالَ : خُمُسُ الْخُمُسِ.

“Rəvayət edilir ki, Musa ibn Əbu Aişə ﵀ demişdir: “Mən Yəhya ibn əl-Cəzzərdən bu ayə: “...Bilin ki, ələ keçirdiyiniz qənimətlərin beşdəbiri Allaha, Onun Elçisinə, onun əqrəbasına, yetimlərə, kasıblara və müsafirlərə məxsusdur...” (əl-Ənfal, 41) haqda soruşaraq dedim: “Qənimətdə olan beşdəbirdən nə qədəri Allah Elçisinin ﷺ sayılır?” O dedi: “Beşdəbirin beşdəbiri”.”

Musa ibn Əbu Aişə
SəhihNəsəi, 4144 (Fey, 12)

أَخْبَرَنَا عَمْرُو بْنُ يَحْيَى بْنِ الْحَارِثِ ، قَالَ : حَدَّثَنَا مَحْبُوبٌ قَالَ : أَنْبَأَنَا أَبُو إِسْحَاقَ ، عَنْ مُطَرِّفٍ قَالَ : سُئِلَ الشَّعْبِيُّ ، عَنْ سَهْمِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَصَفِيِّهِ ، فَقَالَ : أَمَّا سَهْمُ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَكَسَهْمِ رَجُلٍ مِنَ الْمُسْلِمِينَ ، وَأَمَّا سَهْمُ الصَّفِيِّ فَغُرَّةٌ تُخْتَارُ مِنْ أَيِّ شَيْءٍ شَاءَ.

“Rəvayət edilir ki, Mutarrif ﵀ demişdir: “əş-Şabiyə Peyğəmbərə ﷺ qənimətdən düşən pay haqda sual verildi. O buyurdu: “Peyğəmbərə ﷺ düşən paya gəlincə, bu, müsəlmanlardan bir kişiyə düşən pay kimi idi. Amma əlavə olaraq qənimət malından istədiyi qədər götürə bilərdi”.”

Mutarrif
SəhihNəsəi, 4145 (Fey, 13)

أَخْبَرَنَا عَمْرُو بْنُ يَحْيَى ، قَالَ : حَدَّثَنَا مَحْبُوبٌ قَالَ : أَنْبَأَنَا أَبُو إِسْحَاقَ ، عَنْ سَعِيدٍ الْجُرَيْرِيِّ ، عَنْ يَزِيدَ بْنِ الشِّخِّيرِ قَالَ : بَيْنَا أَنَا مَعَ مُطَرِّفٍ بِالْمِرْبَدِ إِذْ دَخَلَ رَجُلٌ ، مَعَهُ قِطْعَةُ أَدَمٍ قَالَ : كَتَبَ لِي هَذِهِ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَهَلْ أَحَدٌ مِنْكُمْ يَقْرَأُ ؟ قَالَ : قُلْتُ : أَنَا أَقْرَأُ ، فَإِذَا فِيهَا : مِنْ مُحَمَّدٍ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ لِبَنِي زُهَيْرِ بْنِ أُقَيْشٍ ، أَنَّهُمْ إِنْ شَهِدُوا أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ ، وَفَارَقُوا الْمُشْرِكِينَ ، وَأَقَرُّوا بِالْخُمُسِ فِي غَنَائِمِهِمْ ، وَسَهْمِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَصَفِيِّهِ ، فَإِنَّهُمْ آمِنُونَ بِأَمَانِ اللهِ وَرَسُولِهِ.

“Rəvayət edilir ki, Yəzid ibn əş-Şixxir ﵀ demişdir: “Mən Mutarrif ilə birlikdə Mirbəddə idik. Bu əsnada əlində dəri parça olan bir kişi gəldi və dedi: “Bunu mənim üçün Allah Elçisi ﷺ yazdırmışdı. Biriniz bunu oxuya bilərmi?” Mən: “Mən oxuyaram”, - dedim. Orada bunlar yazılmışdı: “Muhəmməddən ﷺ Bəni Zuheyr ibn Uqeyş tayfasına: Əgər onlar Allahdan başqa ibadətə layiq məbudun olmadığına, Muhəmmədin Allahın Elçisi ﷺ olduğa şəhadət versələr, müşriklərdən ayrılmış olarlar. Qənimətlərindən beşdəbirini və Peyğəmbərə ﷺ düşən payı verməyi qəbul edərlərsə, onlar da digər müsəlmanlar kimi Allahın və Onun Elçisinin ﷺ amanı altında olarlar”.”

Yəzid ibn əş-Şixxir
SəhihNəsəi, 4146 (Fey, 14)

أَخْبَرَنَا عَمْرُو بْنُ يَحْيَى بْنِ الْحَارِثِ قَالَ : أَنْبَأَنَا مَحْبُوبٌ قَالَ : أَنْبَأَنَا أَبُو إِسْحَاقَ ، عَنْ شَرِيكٍ ، عَنْ خُصَيْفٍ ، عَنْ مُجَاهِدٍ قَالَ : الْخُمُسُ الَّذِي لِلَّهِ وَلِلرَّسُولِ كَانَ لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَقَرَابَتِهِ ، لاَ يَأْكُلُونَ مِنَ الصَّدَقَةِ شَيْئًا ، فَكَانَ لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ خُمُسُ الْخُمُسِ ، وَلِذِي قَرَابَتِهِ خُمُسُ الْخُمُسِ ، وَلِلْيَتَامَى مِثْلُ ذَلِكَ ، وَلِلْمَسَاكِينِ مِثْلُ ذَلِكَ ، وَلِ ابْنِ السَّبِيلِ مِثْلُ ذَلِكَ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : قَالَ اللَّهُ جَلَّ ثَنَاؤُهُ : وَاعْلَمُوا أَنَّمَا غَنِمْتُمْ مِنْ شَيْءٍ فَأَنَّ لِلَّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ وَقَوْلُهُ عَزَّ وَجَلَّ : {لِلَّهِ} ابْتِدَاءُ كَلاَمٍ لأَنَّ الأَشْيَاءَ كُلَّهَا لِلَّهِ عَزَّ وَجَلَّ ، وَلَعَلَّهُ إِنَّمَا اسْتَفْتَحَ الْكَلاَمَ فِي الْفَيْءِ وَالْخُمُسِ بِذِكْرِ نَفْسِهِ لأَنَّهَا أَشْرَفُ الْكَسْبِ ، وَلَمْ يَنْسِبِ الصَّدَقَةَ إِلَى نَفْسِهِ عَزَّ وَجَلَّ لأَنَّهَا أَوْسَاخُ النَّاسِ وَاللَّهُ تَعَالَى أَعْلَمُ ، وَقَدْ قِيلَ يُؤْخَذُ مِنَ الْغَنِيمَةِ شَيْءٌ فَيُجْعَلُ فِي الْكَعْبَةِ وَهُوَ السَّهْمُ الَّذِي لِلَّهِ عَزَّ وَجَلَّ ، وَسَهْمُ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ إِلَى الإِمَامِ يَشْتَرِي الْكُرَاعَ مِنْهُ وَالسِّلاَحَ ، وَيُعْطِي مِنْهُ مَنْ رَأَى مِمَّنْ رَأَى فِيهِ غَنَاءً وَمَنْفَعَةً لأَهْلِ الإِسْلاَمِ ، وَمِنْ أَهْلِ الْحَدِيثِ وَالْعِلْمِ وَالْفِقْهِ وَالْقُرْآنِ ، وَسَهْمٌ لِذِي الْقُرْبَى وَهُمْ بَنُو هَاشِمٍ وَبَنُو الْمُطَّلِبِ بَيْنَهُمُ الْغَنِيُّ مِنْهُمْ وَالْفَقِيرُ ، وَقَدْ قِيلَ إِنَّهُ لِلْفَقِيرِ مِنْهُمْ دُونَ الْغَنِيِّ كَالْيَتَامَى وَابْنِ السَّبِيلِ وَهُوَ أَشْبَهُ الْقَوْلَيْنِ بِالصَّوَابِ عِنْدِي وَاللَّهُ تَعَالَى أَعْلَمُ ، وَالصَّغِيرُ وَالْكَبِيرُ وَالذَّكَرُ وَالأُنْثَى سَوَاءٌ ، لأَنَّ اللَّهَ عَزَّ وَجَلَّ جَعَلَ ذَلِكَ لَهُمْ ، وَقَسَّمَهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِيهِمْ ، وَلَيْسَ فِي الْحَدِيثِ أَنَّهُ فَضَّلَ بَعْضَهُمْ عَلَى بَعْضٍ ، وَلاَ خِلاَفَ نَعْلَمُهُ بَيْنَ الْعُلَمَاءِ فِي رَجُلٍ لَوْ أَوْصَى بِثُلُثِهِ لِبَنِي فُلاَنٍ أَنَّهُ بَيْنَهُمْ وَأَنَّ الذَّكَرَ وَالأُنْثَى فِيهِ سَوَاءٌ إِذَا كَانُوا يُحْصَوْنَ ، فَهَكَذَا كُلُّ شَيْءٍ صُيِّرَ لِبَنِي فُلاَنٍ أَنَّهُ بَيْنَهُمْ بِالسَّوِيَّةِ إِلاَّ أَنْ يُبَيِّنَ ذَلِكَ الآمِرُ بِهِ وَاللَّهُ وَلِيُّ التَّوْفِيقِ ، وَسَهْمٌ لِلْيَتَامَى مِنَ الْمُسْلِمِينَ ، وَسَهْمٌ لِلْمَسَاكِينِ مِنَ الْمُسْلِمِينَ ، وَسَهْمٌ لاِبْنِ السَّبِيلِ مِنَ الْمُسْلِمِينَ ، وَلاَ يُعْطَى أَحَدٌ مِنْهُمْ سَهْمُ مِسْكِينٍ وَسَهْمُ ابْنِ السَّبِيلِ ، وَقِيلَ لَهُ : خُذْ أَيَّهُمَا شِئْتَ ، وَالأَرْبَعَةُ أَخْمَاسٍ يَقْسِمُهَا الإِمَامُ بَيْنَ مَنْ حَضَرَ الْقِتَالَ مِنَ الْمُسْلِمِينَ الْبَالِغِينَ.

“Rəvayət edilir ki, Mücahid ﵀ demişdir: “Allah və Onun Elçisi ﷺ üçün olan beşdəbir hissə Peyğəmbər ﷺ və qohumları üçündür. Onlar zəkatdan heç nə yeməzdilər. Beşdəbirin beşdəbiri isə Allah Elçisinin ﷺ və onun qohumları, həmçinin yetimlər, miskinlər və yolda qalanlara da eyni miqdarda paylanılırdı. Ravi Əbu Abdur-Rahmən deyir: Allahın ﷿ “...Bilin ki, ələ keçirdiyiniz qənimətlərin beşdəbiri Allaha, Onun Elçisinə, onun əqrəbasına, yetimlərə, kasıblara və müsafirlərə məxsusdur...” (əl-Ənfal, 41) ayəsinə “Allaha...” kəlamı ilə başlaması hər şeyin Allaha ﷿ aid olmasını bildirmək üçündür. Qənimət şərəfli bir qazanc olduğuna görə bu ayələrə “Allah” ilə başlanmış ola bilər. Zəkat ayəsində (ət-Tövbə surəsi 60-cı ayəsində) belə başlanmışdır, çünki zəkat insanların çirkidir. Ən doğrusunu Allah bilir. Bəziləri isə belə demişlər: “Qənimətdən bir qədər götürülüb Kəbəyə qoyulur. Bu, Allah ﷿ və Onun Elçisinin hissəsidir. Bunun istifadəsi dövlət rəhbərinin ixtiyarına verilir. Dövlət rəhbəri onunla at və silah alır, həmçinin İslamın mənfəəti üçün faydalı olan yerlərə - mühəddislərə, alimlərə, fəqihlərə və Quran oxuyanlara də xərclənə bilər. “Yaxın qohumlar” deyilən hissə isə Bəni Haşim və Bəni Muttalib tayfaları arasında varlı-kasıb fərq qoyulmadan paylaşdırılır”. Bəziləri isə demişlər: “Bu hissə onlardan varlılardan başqa kasıb, yetim və yolda qalmışlara verilir”. Mənim üçün doğruya daha yaxın olan rəy də budur. Daha doğrusunu Allah bilir. Kiçiyə və böyüyə, kişiyə və qadına bərabər olaraq paylaşdırılır. Allah ﷿ belə əmr etmişdir. Allah Elçisi ﷺ də onların arasında belə paylaşdırdı. Hədislərdə birinin digərinə üstün tutulması görünməmişdir. Alimlər bu mövzuda ixtilaf etməmiş və belə demişlər: “Bir kişi malının üçdəbirinin filankəslərə verilməsini vəsiyyət etsə, bu mal onlar arasında qadın və kişi ayrıseçkilik edilmədən bərabər şəkildə paylaşdırılır. Bu paylaşdırmada bir açıqlama gətirilməmişdirsə, ona tabe olunur. Müvəffəqiyyət Allahdandır. Müsəlmanlardan yetimlərin, kasıbların və yolda qalmışların hərəsinə bir hissə verilir. Əgər bir adam həm kasıb, həm də yolda qalan adamdırsa, ona iki hissə verilmir. Belə deyilmişdir. Hansı hissədən istəsən, onu götürə bilərsən. Beşdəbirin beşdəbirindən qalan beşdədördünü rəhbər döyüşə qoşulan müsəlmanların həddi-büluğa çatanlarına verir”.”

Mücahid
ZəifNəsəi, 4147 (Fey, 15)

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا إِسْمَاعِيلُ ، يَعْنِي ابْنَ إِبْرَاهِيمَ ، عَنْ أَيُّوبَ ، عَنْ عِكْرِمَةَ بْنِ خَالِدٍ ، عَنْ مَالِكِ بْنِ أَوْسِ بْنِ الْحَدَثَانِ قَالَ : جَاءَ الْعَبَّاسُ وَعَلِيٌّ إِلَى عُمَرَ يَخْتَصِمَانِ فَقَالَ الْعَبَّاسُ : اقْضِ بَيْنِي وَبَيْنَ هَذَا ، فَقَالَ النَّاسُ : افْصِلْ بَيْنَهُمَا ، فَقَالَ عُمَرُ : لاَ أَفْصِلُ بَيْنَهُمَا ، قَدْ عَلِمَا أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : لاَ نُورَثُ مَا تَرَكْنَا صَدَقَةٌ قَالَ : فَقَالَ الزُّهْرِيُّ : وَلِيَهَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَأَخَذَ مِنْهَا قُوتَ أَهْلِهِ ، وَجَعَلَ سَائِرَهُ سَبِيلَهُ سَبِيلَ الْمَالِ ، ثُمَّ وَلِيَهَا أَبُو بَكْرٍ بَعْدَهُ ، ثُمَّ وُلِّيتُهَا بَعْدَ أَبِي بَكْرٍ فَصَنَعْتَ فِيهَا الَّذِي كَانَ يَصْنَعُ ، ثُمَّ أَتَيَانِي فَسَأَلاَنِي أَنْ أَدْفَعَهَا إِلَيْهِمَا عَلَى أَنْ يَلِيَاهَا بِالَّذِي وَلِيَهَا بِهِ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَالَّذِي وَلِيَهَا بِهِ أَبُو بَكْرٍ ، وَالَّذِي وُلِّيتُهَا بِهِ ، فَدَفَعْتُهَا إِلَيْهِمَا وَأَخَذْتُ عَلَى ذَلِكَ عُهُودَهُمَا ، ثُمَّ أَتَيَانِي يَقُولُ هَذَا : اقْسِمْ لِي بِنَصِيبِي مِنَ ابْنِ أَخِي ، وَيَقُولُ هَذَا : اقْسِمْ لِي بِنَصِيبِي مِنَ امْرَأَتِي ، وَإِنْ شَاءَا أَنْ أَدْفَعَهَا إِلَيْهِمَا عَلَى أَنْ يَلِيَاهَا بِالَّذِي وَلِيَهَا بِهِ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، وَالَّذِي وَلِيَهَا بِهِ أَبُو بَكْرٍ ، وَالَّذِي وُلِّيتُهَا بِهِ دَفَعْتُهَا إِلَيْهِمَا ، وَإِنْ أَبَيَا كُفِيَا ذَلِكَ ، ثُمَّ قَالَ : {وَاعْلَمُوا أَنَّمَا غَنِمْتُمْ مِنْ شَيْءٍ فَأَنَّ لِلَّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ} هَذَا لِهَؤُلاَءِ ، {إِنَّمَا الصَّدَقَاتُ لِلْفُقَرَاءِ وَالْمَسَاكِينِ وَالْعَامِلِينَ عَلَيْهَا وَالْمُؤَلَّفَةِ قُلُوبُهُمْ وَفِي الرِّقَابِ وَالْغَارِمِينَ وَفِي سَبِيلِ اللَّهِ} هَذِهِ لِهَؤُلاَءِ ، {وَمَا أَفَاءَ اللَّهُ عَلَى رَسُولِهِ مِنْهُمْ فَمَا أَوْجَفْتُمْ عَلَيْهِ مِنْ خَيْلٍ وَلاَ رِكَابٍ} ، قَالَ الزُّهْرِيُّ : هَذِهِ لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ خَاصَّةً قُرًى عَرَبِيَّةً فَدْكُ كَذَا وَكَذَا ، فَ {مَا أَفَاءَ اللَّهُ عَلَى رَسُولِهِ مِنْ أَهْلِ الْقُرَى فَلِلَّهِ ، وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ} وَ {لِلْفُقَرَاءِ الْمُهَاجِرِينَ الَّذِينَ أُخْرِجُوا مِنْ دِيَارِهِمْ وَأَمْوَالِهِمْ} {وَالَّذِينَ تَبَوَّؤُوا الدَّارَ وَالإِيمَانَ مِنْ قَبْلِهِمْ} {وَالَّذِينَ جَاؤُوا مِنْ بَعْدِهِمْ} فَاسْتَوْعَبَتْ هَذِهِ الآيَةُ النَّاسَ ، فَلَمْ يَبْقَ أَحَدٌ مِنَ الْمُسْلِمِينَ إِلاَّ لَهُ فِي هَذَا الْمَالِ حَقٌّ ، أَوْ قَالَ : حَظٌّ ، إِلاَّ بَعْضَ مَنْ تَمْلِكُونَ مِنْ أَرِقَّائِكُمْ ، وَلَئِنْ عِشْتُ إِنْ شَاءَ اللَّهُ لَيَأْتِيَنَّ عَلَى كُلِّ مُسْلِمٍ حَقُّهُ ، أَوْ قَالَ : حَظُّهُ.

“Rəvayət edilir ki, Malik ibn Əus ibn Hədəsan ﵀ demişdir: “Abbas və Əli aralarında olan ixtilafa görə Ömərin yanına gəldilər. Abbas dedi: “Bizim aramızda olan ixtilafı həll et”. Orada olanlar da dedilər: “Onların arasında olan malı böl!” Ömər dedi: “Bölə bilmərəm, çünki onlar da bilirlər ki, Allah Elçisi ﷺ demişdir: “Biz miras qoymuruq. Bizim mirasımız sədəqədir”. Ravi əz-Zuhri deyir: “Peyğəmbər ﷺ qənimətdən ona düşən hissədən Peyğəmbərin ﷺ ailəsinin ehtiyac olanı qədərini götürür, qalanını Allahın istədiyi yerlərə sərf edərdi. Sonra bu hissə Əbu Bəkrin ixtiyarına keçdi. Əbu Bəkrdən sonra isə mənim ixtiyarıma keçdi və mən də onun etdiyi kimi etdim. Sonra Abbas və Əli mənim yanıma gəlib Allah Elçisindən ﷺ sonra Əbu Bəkrin, ondan sonra da mənim ixtiyarıma keçən hissəni onlara verməyimi istədilər. Mən də bunun məsuliyyətini özlərinə həvalə edib istədiklərini verdim. Sonra isə Abbas yanıma gəlib: “Qardaşım oğlunun hissəsini mənə ver!”, Əli də “Zövcəmin (Fatimənin) hissəsini mənə ver!”, - dedilər. Allah Elçisinin ﷺ, Əbu Bəkrin və mənim ixtiyarımda olan hissəni almaq istəyirlərsə, dərhal verərəm. Amma istəmirlərsə, böyük bir məsuliyyətdən xilas olmuş olarlar”. Sonra Ömər sözünə davam edərək dedi: “...Bilin ki, ələ keçirdiyiniz qənimətlərin beşdəbiri Allaha, Onun Elçisinə, onun əqrəbasına, yetimlərə, kasıblara və müsafirlərə məxsusdur...” (əl-Ənfal, 41) Ayədə qeyd edilənlər adları çəkilən insanlara aiddir. Həmçinin “Zəkatlar Allah tərəfindən bir fərz olaraq yalnız yoxsullara, kasıblara, onu yığıb paylayanlara, qəlbləri İslam dininə isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə və müsafirlərə məxsusdur” (ət-Tövbə, 60) ayəsində qeyd edilənlər də adları çəkilən insanlara aiddir. “Allahın Öz rəsuluna onlardan verdiyi qənimətlərə tərəf siz nə at, nə də dəvə sürdünüz...” (əl-Həşr, 6). əz-Zuhri deyir: “Bu ayələrdə bildirilən qənimətlər Allah Elçisinə xasdır. “Allahın Öz rəsuluna kəndlərin əhalisindən verdiyi qənimətlər Allaha, Peyğəmbərə, onun əqrəbasına, yetimlərə, yoxsullara və müsafirlərə məxsus edilmişdir ki, o mallar aranızdakı zənginlərin var-dövləti olub qalmasın. Allahın rəsulu sizə nəyi əmr edirsə, onu yerinə yetirin, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir. Qənimət həmçinin yurdlarından qovulmuş və mallarından məhrum olunmuş yoxsul mühacirlərə məxsusdur. Onlar Allahın mərhəmətini və razılığını qazanmağa can atır, Allaha və Onun rəsuluna kömək edirlər. Doğru olanlar da məhz onlardır. Mühacirlərdən əvvəl Mədinədə yurd salmış, sonra da iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır. Səhabələrdən sonra gələnlər deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən, Sən olduqca şəfqətlisən, rəhmlisən!” (əl-Həşr, 7-10). Həmçinin bütün müsəlmanlar qəsd edilmişdir. Bu malda haqqı olmayan heç kim qalmamışdır. Ancaq sizin kölələriniz istisnadır. Əgər yaşasam, hər müsəlmanın haqqı mütləq ona veriləcək”.”

Malik ibn Əus ibn Hədəsan
SəhihNəsəi, 4148 (Fey, 16)