أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ وَهُوَ ابْنُ هَارُونَ قَالَ : أَنْبَأَنَا مُحَمَّدُ بْنُ إِسْحَاقَ ، عَنِ الزُّهْرِيِّ ، وَمُحَمَّدُ بْنُ عَلِيٍّ ، عَنْ يَزِيدَ بْنِ هُرْمُزَ ، قَالَ : كَتَبَ نَجْدَةُ إِلَى ابْنِ عَبَّاسٍ يَسْأَلُهُ عَنْ سَهْمِ ذِي الْقُرْبَى ، لِمَنْ هُوَ ؟ - قَالَ يَزِيدُ بْنُ هُرْمُزَ : وَأَنَا كَتَبْتُ كِتَابَ ابْنِ عَبَّاسٍ إِلَى نَجْدَةَ - كَتَبْتُ إِلَيْهِ ، كَتَبْتَ تَسْأَلُنِي عَنْ سَهْمِ ذِي الْقُرْبَى لِمَنْ هُوَ ، وَهُوَ لَنَا أَهْلَ الْبَيْتِ ، وَقَدْ كَانَ عُمَرُ دَعَانَا إِلَى أَنْ يُنْكِحَ مِنْهُ أَيِّمَنَا ، وَيُحْذِيَ مِنْهُ عَائِلَنَا ، وَيَقْضِيَ مِنْهُ عَنْ غَارِمِنَا ، فَأَبَيْنَا إِلاَّ أَنْ يُسَلِّمَهُ لَنَا وَأَبَى ذَلِكَ فَتَرَكْنَاهُ عَلَيْهِ.
“Rəvayət edilir ki, Yəzid ibn Hurmuz ﵀ demişdir: “Nəcdət İbn Abbasa məktub yazaraq Allah Elçisinin ﷺ qohumlarına veriləcək hissənin kimə veriləcəyini soruşmuşdu”. Yəzid ibn Hurmuz deyir: “İbn Abbas da mənə Nəcdətə belə bir məktub yazdırdı: “Sən Allah Elçisinin ﷺ Zil-Qurbə deyilən qohumlarına veriləcək hissənin kimə veriləcəyini soruşursan. Bu bizik, çünki biz Əhli-Beytdənik. Vaxtilə Ömər bizi çağıraraq payımıza düşən qənimətdən subaylarımızı evləndirməyimizi, kasıblarımıza yardım etməyimizi və borcu olanlarımızın borclarını ödəməyi istəmişdi. Biz də buna razı olmamış və payımıza düşənin bizə tam şəkildə verilməsini istəmişdik. O bundan imtina etdi, biz də payımıza düşəni ondan götürmədik”.”
İstinad
Nəsəi, 4134 (Fey, 2)
Sunən ən-Nəsəi — Qənimətin paylaşdırılması kitabı