Qənimətin paylaşdırılması kitabı

أَخْبَرَنَا عَمْرُو بْنُ يَحْيَى ، قَالَ : حَدَّثَنَا مَحْبُوبٌ ، يَعْنِي ابْنَ مُوسَى قَالَ : أَنْبَأَنَا أَبُو إِسْحَاقَ وَهُوَ الْفَزَارِيُّ ، عَنِ الأَوْزَاعِيِّ قَالَ : كَتَبَ عُمَرُ بْنُ عَبْدِ الْعَزِيزِ إِلَى عُمَرَ بْنِ الْوَلِيدِ كِتَابًا فِيهِ : وَقَسْمُ أَبِيكَ لَكَ الْخُمُسُ كُلُّهُ ، وَإِنَّمَا سَهْمُ أَبِيكَ كَسَهْمِ رَجُلٍ مِنَ الْمُسْلِمِينَ ، وَفِيهِ حَقُّ اللهِ ، وَحَقُّ الرَّسُولِ ، وَذِي الْقُرْبَى ، وَالْيَتَامَى ، وَالْمَسَاكِينِ ، وَابْنِ السَّبِيلِ ، فَمَا أَكْثَرَ خُصَمَاءَ أَبِيكَ يَوْمَ الْقِيَامَةِ ، فَكَيْفَ يَنْجُو مَنْ كَثُرَتْ خُصَمَاؤُهُ ، وَإِظْهَارُكَ الْمَعَازِفَ ، وَالْمِزْمَارَ بِدْعَةٌ فِي الإِسْلاَمِ ، وَلَقَدْ هَمَمْتُ أَنْ أَبْعَثَ إِلَيْكَ مَنْ يَجُزُّ جُمَّتَكَ جُمَّةَ السُّوءِ.

“Rəvayət edilir ki, əl-Əvzai ﵀ demişdir: “Ömər ibn Abdul-Əziz Ömər ibn əl-Vəlidə belə bir məktub yazdı: “Atan Vəlid qənimətin beşdəbirindən olan hissəsinin hamısını sənə qoyub gedib. Atanın payı digər müsəlmanlardakı qədərdir. Halbuki, o qənimətin beşdəbiri Allahın, Onun Elçisinin, onun qohumlarının, yetimlərin, miskinlərin, yolda qalanların haqqıdır. Bu çoxluğun haqqına girən atanın Qiyamət günü çoxlu düşməni olacaq. Bu qədər düşməni olan atan Allahın əzabından necə xilas olacaq?! Həmçinin sənin açıq-aydın şəkildə çalğı alətləri ilə əylənməyin bidətdir. İslamda çalğı alətlərinə yer yoxdur. Sənə saçlarını kəsib qürurunu qıracaq bir kəsi göndərmək haqda düşünürəm”.”

əl-Əvzai
Səhih

İstinad

Nəsəi, 4135 (Fey, 3)

Sunən ən-Nəsəi — Qənimətin paylaşdırılması kitabı