Qənimətin paylaşdırılması kitabı

أَخْبَرَنَا عَمْرُو بْنُ يَحْيَى ، قَالَ : حَدَّثَنَا مَحْبُوبٌ قَالَ : أَنْبَأَنَا أَبُو إِسْحَاقَ ، عَنْ سَعِيدٍ الْجُرَيْرِيِّ ، عَنْ يَزِيدَ بْنِ الشِّخِّيرِ قَالَ : بَيْنَا أَنَا مَعَ مُطَرِّفٍ بِالْمِرْبَدِ إِذْ دَخَلَ رَجُلٌ ، مَعَهُ قِطْعَةُ أَدَمٍ قَالَ : كَتَبَ لِي هَذِهِ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَهَلْ أَحَدٌ مِنْكُمْ يَقْرَأُ ؟ قَالَ : قُلْتُ : أَنَا أَقْرَأُ ، فَإِذَا فِيهَا : مِنْ مُحَمَّدٍ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ لِبَنِي زُهَيْرِ بْنِ أُقَيْشٍ ، أَنَّهُمْ إِنْ شَهِدُوا أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ ، وَفَارَقُوا الْمُشْرِكِينَ ، وَأَقَرُّوا بِالْخُمُسِ فِي غَنَائِمِهِمْ ، وَسَهْمِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَصَفِيِّهِ ، فَإِنَّهُمْ آمِنُونَ بِأَمَانِ اللهِ وَرَسُولِهِ.

“Rəvayət edilir ki, Yəzid ibn əş-Şixxir ﵀ demişdir: “Mən Mutarrif ilə birlikdə Mirbəddə idik. Bu əsnada əlində dəri parça olan bir kişi gəldi və dedi: “Bunu mənim üçün Allah Elçisi ﷺ yazdırmışdı. Biriniz bunu oxuya bilərmi?” Mən: “Mən oxuyaram”, - dedim. Orada bunlar yazılmışdı: “Muhəmməddən ﷺ Bəni Zuheyr ibn Uqeyş tayfasına: Əgər onlar Allahdan başqa ibadətə layiq məbudun olmadığına, Muhəmmədin Allahın Elçisi ﷺ olduğa şəhadət versələr, müşriklərdən ayrılmış olarlar. Qənimətlərindən beşdəbirini və Peyğəmbərə ﷺ düşən payı verməyi qəbul edərlərsə, onlar da digər müsəlmanlar kimi Allahın və Onun Elçisinin ﷺ amanı altında olarlar”.”

Yəzid ibn əş-Şixxir
Səhih

İstinad

Nəsəi, 4146 (Fey, 14)

Sunən ən-Nəsəi — Qənimətin paylaşdırılması kitabı