أَخْبَرَنَا عَمْرُو بْنُ يَحْيَى بْنِ الْحَارِثِ ، قَالَ : حَدَّثَنَا مَحْبُوبٌ ، يَعْنِي ابْنَ مُوسَى قَالَ : أَنْبَأَنَا أَبُو إِسْحَاقَ هُوَ الْفَزَارِيُّ ، عَنْ سُفْيَانَ ، عَنْ قَيْسِ بْنِ مُسْلِمٍ قَالَ : سَأَلْتُ الْحَسَنَ بْنَ مُحَمَّدٍ ، عَنْ قَوْلِهِ عَزَّ وَجَلَّ : {وَاعْلَمُوا أَنَّمَا غَنِمْتُمْ مِنْ شَيْءٍ فَأَنَّ لِلَّهِ خُمُسَهُ} قَالَ : هَذَا مَفَاتِحُ كَلاَمِ اللهِ الدُّنْيَا وَالآخِرَةُ لِلَّهِ قَالَ : اخْتَلَفُوا فِي هَذَيْنِ السَّهْمَيْنِ بَعْدَ وَفَاةِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، سَهْمِ الرَّسُولِ وَسَهْمِ ذِي الْقُرْبَى ، فَقَالَ قَائِلٌ : سَهْمُ الرَّسُولِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ لِلْخَلِيفَةِ مِنْ بَعْدِهِ ، وَقَالَ قَائِلٌ : سَهْمُ ذِي الْقُرْبَى لِقَرَابَةِ الرَّسُولِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، وَقَالَ قَائِلٌ : سَهْمُ ذِي الْقُرْبَى لِقَرَابَةِ الْخَلِيفَةِ ، فَاجْتَمَعَ رَأْيُهُمْ عَلَى أَنْ جَعَلُوا هَذَيْنِ السَّهْمَيْنِ فِي الْخَيْلِ وَالْعُدَّةِ فِي سَبِيلِ اللهِ ، فَكَانَا فِي ذَلِكَ خِلاَفَةَ أَبِي بَكْرٍ وَعُمَرَ.
“Rəvayət edilir ki, Qeys ibn Muslim ﵀ demişdir: “Mən Həsən ibn Muhəmməddən Allahın ﷿ bu: “...Bilin ki, ələ keçirdiyiniz qənimətlərin beşdəbiri Allaha, Onun Elçisinə, onun əqrəbasına, yetimlərə, kasıblara və müsafirlərə məxsusdur...” (əl-Ənfal, 41) kəlamı haqda soruşduqda o dedi: “Bu, dünya və Axirətdə Allahın Kəlamının açarlarının Allaha aid olması deməkdir. Allah Elçisinin ﷺ vəfatından sonra insanlar qənimətlərdə olan paylar mövzusunda ixtilaf etmişdilər. Bəziləri dedilər ki, qohumlara düşən pay Allah Elçisinin ﷺ payıdır. Bəziləri də dedilər ki, Allah Elçisi ﷺ vəfat etdikdən sonra onun payı xəlifəyə verilməlidir. Digərləri isə dedilər ki, qohumlara çatacaq pay Allah Elçisinin ﷺ yaxın qohumlarına verilməlidir. Başqaları dedilər ki, yaxın qohumlara düşəcək pay xəlifənin yaxın qohumlarına verilməlidir. Sonra isə yaxın qohumlara düşəcək pay Allah yolunda olan at və silaha yönəldildi. Əbu Bəkr və Ömərin dövründə belə edilirdi”.”
İstinad
Nəsəi, 4143 (Fey, 11)
Sunən ən-Nəsəi — Qənimətin paylaşdırılması kitabı