أَخْبَرَنَا عَمْرُو بْنُ يَحْيَى ، قَالَ : حَدَّثَنَا مَحْبُوبٌ قَالَ : أَنْبَأَنَا أَبُو إِسْحَاقَ ، عَنْ زَائِدَةَ ، عَنْ عَبْدِ الْمَلِكِ بْنِ أَبِي سُلَيْمَانَ ، عَنْ عَطَاءٍ ، فِي قَوْلِهِ عَزَّ وَجَلَّ : {وَاعْلَمُوا أَنَّمَا غَنِمْتُمْ مِنْ شَيْءٍ فَأَنَّ لِلَّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَى} قَالَ : خُمُسُ اللهِ وَخُمُسُ رَسُولِهِ وَاحِدٌ ، كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَحْمِلُ مِنْهُ ، وَيُعْطِي مِنْهُ ، وَيَضَعُهُ حَيْثُ شَاءَ ، وَيَصْنَعُ بِهِ مَا شَاءَ.
“Rəvayət edilir ki, Əta ﵀ Allahın bu: “...Bilin ki, ələ keçirdiyiniz qənimətlərin beşdəbiri Allaha, Onun Elçisinə, onun əqrəbasına, yetimlərə, kasıblara və müsafirlərə məxsusdur...” (əl-Ənfal, 41) kəlamı haqda demişdir: “Bu ayədə olan beşdəbiri Allaha, digər beşdəbiri Onun Elçisinə ﷺ - ikisi də bir şeydir, ayrı-ayrı haqlar deyil. Allah Elçisi ﷺ ondan öz ehtiyacı qədərini alar, qalanını isə istədiyi adamlara verər, istədiyi yerlərə xərcləyər, istədiyi kimi istifadə edərdi”.”
İstinad
Nəsəi, 4142 (Fey, 10)
Sunən ən-Nəsəi — Qənimətin paylaşdırılması kitabı