Beyət, eşitmək və itaət etmək deməkdir
أَخْبَرَنَا الإِمَامُ أَبُو عَبْدِ الرَّحْمَنِ النَّسَائِيُّ مِنْ لَفْظِهِ قَالَ : أَنْبَأَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ عُبَادَةَ بْنِ الْوَلِيدِ بْنِ عُبَادَةَ بْنِ الصَّامِتِ ، عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ قَالَ : بَايَعْنَا رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَلَى السَّمْعِ وَالطَّاعَةِ فِي الْيُسْرِ وَالْعُسْرِ ، وَالْمَنْشَطِ وَالْمَكْرَهِ ، وَأَنْ لاَ نُنَازِعَ الأَمْرَ أَهْلَهُ ، وَأَنْ نَقُومَ بِالْحَقِّ حَيْثُ كُنَّا لاَ نَخَافُ لَوْمَةَ لاَئِمٍ
“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ demişdir: “Biz Allah Elçisi ﷺ ilə asanlıqda və çətinlikdə, xoş olan və xoş olmayan vaxtlarda əmr sahibinə qarşı çıxmamaq və daim haqq üzərində olmağa, harada olursa olsun, qınayanın qınamasından qorxmayaraq və daim eşidib itaət etmək üzrə beyət etdik”.”
İstinad
Nəsəi, 4149 (Beyət, 1)
Sunən ən-Nəsəi — Beyət kitabı