Sunən ən-NəsəiBeyət kitabı

Kitab 40

Beyət kitabı

كِتَابُ الْبَيْعَةِ

63

hədis

Fəsil 1

Beyət, eşitmək və itaət etmək deməkdir

الْبَيْعَةُ عَلَى السَّمْعِ وَالطَّاعَةِ

أَخْبَرَنَا الإِمَامُ أَبُو عَبْدِ الرَّحْمَنِ النَّسَائِيُّ مِنْ لَفْظِهِ قَالَ : أَنْبَأَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ عُبَادَةَ بْنِ الْوَلِيدِ بْنِ عُبَادَةَ بْنِ الصَّامِتِ ، عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ قَالَ : بَايَعْنَا رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَلَى السَّمْعِ وَالطَّاعَةِ فِي الْيُسْرِ وَالْعُسْرِ ، وَالْمَنْشَطِ وَالْمَكْرَهِ ، وَأَنْ لاَ نُنَازِعَ الأَمْرَ أَهْلَهُ ، وَأَنْ نَقُومَ بِالْحَقِّ حَيْثُ كُنَّا لاَ نَخَافُ لَوْمَةَ لاَئِمٍ

“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ demişdir: “Biz Allah Elçisi ﷺ ilə asanlıqda və çətinlikdə, xoş olan və xoş olmayan vaxtlarda əmr sahibinə qarşı çıxmamaq və daim haqq üzərində olmağa, harada olursa olsun, qınayanın qınamasından qorxmayaraq və daim eşidib itaət etmək üzrə beyət etdik”.”

Ubadə ibn əs-Samit
SəhihNəsəi, 4149 (Beyət, 1)

أَخْبَرَنَا عِيسَى بْنُ حَمَّادٍ قَالَ : أَنْبَأَنَا اللَّيْثُ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ عُبَادَةَ بْنِ الْوَلِيدِ بْنِ عُبَادَةَ بْنِ الصَّامِتِ ، عَنْ أَبِيهِ ، أَنَّ عُبَادَةَ بْنَ الصَّامِتِ قَالَ : بَايَعْنَا رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَلَى السَّمْعِ وَالطَّاعَةِ فِي الْعُسْرِ وَالْيُسْرِ ، وَذَكَرَ مِثْلَهُ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Ubadə ibn əs-Samit
SəhihNəsəi, 4150 (Beyət, 2)

Fəsil 2

Əmr sahiblərinə qarşı çıxmamaq haqda olan beyət

بَابُ الْبَيْعَةِ عَلَى أَنْ لاَ نُنَازِعَ الأَمْرَ أَهْلَهُ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ الْقَاسِمِ قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ قَالَ : أَخْبَرَنِي عُبَادَةُ بْنُ الْوَلِيدِ بْنِ عُبَادَةَ قَالَ : حَدَّثَنِي أَبِي ، عَنْ عُبَادَةَ قَالَ : بَايَعْنَا رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَلَى السَّمْعِ وَالطَّاعَةِ فِي الْيُسْرِ وَالْعُسْرِ ، وَالْمَنْشَطِ وَالْمَكْرَهِ ، وَأَنْ لاَ نُنَازِعَ الأَمْرَ أَهْلَهُ ، وَأَنْ نَقُولَ أَوْ نَقُومَ بِالْحَقِّ حَيْثُمَا كُنَّا ، لاَ نَخَافُ لَوْمَةَ لاَئِمٍ.

“Rəvayət edilir ki, Ubadə ﵁ demişdir: “Biz Allah Elçisi ﷺ ilə asanlıqda və çətinlikdə, xoş olan və xoş olmayan vaxtlarda əmr sahibinə qarşı çıxmamaq və daim haqq üzərində olmağa, harada olursa olsun, qınayanın qınamasından qorxmayaraq və daim eşidib itaət etmək üzrə beyət etdik”.”

Ubadə
SəhihNəsəi, 4151 (Beyət, 3)

Fəsil 3

Düz söz danışmaq haqda olan beyət

بَابُ الْبَيْعَةِ عَلَى الْقَوْلِ بِالْحَقِّ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ يَحْيَى بْنِ أَيُّوبَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ إِدْرِيسَ ، عَنْ ابْنِ إِسْحَاقَ ، وَيَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ عُبَادَةَ بْنِ الْوَلِيدِ بْنِ عُبَادَةَ بْنِ الصَّامِتِ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ قَالَ : بَايَعْنَا رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَلَى السَّمْعِ وَالطَّاعَةِ فِي الْعُسْرِ وَالْيُسْرِ ، وَالْمَنْشَطِ وَالْمَكْرَهِ ، وَأَنْ لاَ نُنَازِعَ الأَمْرَ أَهْلَهُ ، وَعَلَى أَنْ نَقُولَ بِالْحَقِّ حَيْثُ كُنَّا.

“Ubadə ibn əl-Vəlid ibn Ubadə ibn əs-Samit atasının və babasının ﵄ belə dediyini rəvayət etmişdir: “Biz Allah Elçisinə ﷺ asanlıqda və çətinlikdə, xoş olan və xoş olmayan vaxtlarda əmr sahibinə qarşı çıxmamağa və daim haqq üzərində olmağa, harada oluruqsa olaq, haqqı deməyə beyət etdik”.”

Ubadə ibn əl-Vəlid ibn Ubadə ibn əs-Samit atasından və babasından
SəhihNəsəi, 4152 (Beyət, 4)

Fəsil 4

Ədalətli olmaq haqda olan beyət

الْبَيْعَةُ عَلَى الْقَوْلِ بِالْعَدْلِ

أَخْبَرَنِي هَارُونُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا أَبُو أُسَامَةَ قَالَ : حَدَّثَنِي الْوَلِيدُ بْنُ كَثِيرٍ قَالَ : حَدَّثَنِي عُبَادَةُ بْنُ الْوَلِيدِ ، أَنَّ أَبَاهُ الْوَلِيدَ حَدَّثَهُ ، عَنْ جَدِّهِ عُبَادَةَ بْنِ الصَّامِتِ قَالَ : بَايَعْنَا رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَلَى السَّمْعِ وَالطَّاعَةِ فِي عُسْرِنَا وَيُسْرِنَا ، وَمَنْشَطِنَا وَمَكَارِهِنَا ، وَعَلَى أَنْ لاَ نُنَازِعَ الأَمْرَ أَهْلَهُ وَعَلَى أَنْ نَقُولَ بِالْعَدْلِ أَيْنَ كُنَّا ، لاَ نَخَافُ فِي اللهِ لَوْمَةَ لاَئِمٍ.

“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ demişdir: “Biz Allah Elçisinə ﷺ asanlıqda və çətinlikdə, xoş olan və xoş olmayan vaxtlarda əmr sahibinə qarşı çıxmamaq və harada oluruqsa olaq, qınayanın qınağından yalnız Allah üçün qorxmayaraq ədalətlə danışmaq üzrə beyət etdik”.”

Ubadə ibn əs-Samit
SəhihNəsəi, 4153 (Beyət, 5)

Fəsil 5

Ancaq özünü sevməməyə və ya tamahkar olmamağa dair olan beyət

الْبَيْعَةُ عَلَى الأَثَرَةِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْوَلِيدِ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ سَيَّارٍ ، وَيَحْيَى بْنِ سَعِيدٍ ، أَنَّهُمَا سَمِعَا عُبَادَةَ بْنَ الْوَلِيدِ يُحَدِّثُ ، عَنْ أَبِيهِ ، أَمَّا سَيَّارٌ ، فَقَالَ : عَنْ أَبِيهِ ، وَأَمَّا يَحْيَى فَقَالَ : عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ قَالَ : بَايَعْنَا رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَلَى السَّمْعِ وَالطَّاعَةِ فِي عُسْرِنَا وَيُسْرِنَا ، وَمَنْشَطِنَا وَمَكْرَهِنَا ، وَأَثَرَةٍ عَلَيْنَا ، وَأَنْ لاَ نُنَازِعَ الأَمْرَ أَهْلَهُ ، وَأَنْ نَقُومَ بِالْحَقِّ حَيْثُمَا كَانَ ، لاَ نَخَافُ فِي اللهِ لَوْمَةَ لاَئِمٍ قَالَ شُعْبَةُ : سَيَّارٌ لَمْ يَذْكُرْ هَذَا الْحَرْفَ حَيْثُمَا كَانَ ، وَذَكَرَهُ يَحْيَى ، قَالَ شُعْبَةُ : إِنْ كُنْتُ زِدْتُ فِيهِ شَيْئًا فَهُوَ عَنْ سَيَّارٍ أَوْ عَنْ يَحْيَى.

“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ demişdir: “Biz Allah Elçisinə ﷺ asanlıqda və çətinlikdə, xoş olan və xoş olmayan vaxtlarda tamahkar olmamaq, əmr sahibinə qarşı çıxmamaq və daim haqq üzərində olmaq, harada olursa olsun, qınayanın qınamasından Allah üçün qorxmayaraq və daim eşidib itaət etmək üzrə beyət etdik”.”

Ubadə ibn əs-Samit
SəhihNəsəi, 4154 (Beyət, 6)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا يَعْقُوبُ ، عَنْ أَبِي حَازِمٍ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : عَلَيْكَ بِالطَّاعَةِ فِي مَنْشَطِكَ وَمَكْرَهِكَ ، وَعُسْرِكَ وَيُسْرِكَ ، وَأَثَرَةٍ عَلَيْكَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Xoş olan və xoş olmayan vaxtlarda, asanlıqda və çətinlikdə tamahkar olmamaqda itaət edin”.”

Əbu Hureyra
SəhihNəsəi, 4155 (Beyət, 7)

Fəsil 6

Bütün müsəlmanlara nəsihət etməyə və ya onlara qarşı səmimi olmağa dair beyət etmək

الْبَيْعَةُ عَلَى النُّصْحِ لِكُلِّ مُسْلِمٍ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ زِيَادِ بْنِ عِلاَقَةَ ، عَنْ جَرِيرٍ قَالَ : بَايَعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَلَى النُّصْحِ لِكُلِّ مُسْلِمٍ.

“Rəvayət edilir ki, Cərir ﵁ demişdir: “Mən hər bir müsəlmana nəsihət etməyə və ya onlara qarşı səmimi olmağa dair Allah Elçisinə ﷺ beyət etdim”.”

Cərir
SəhihNəsəi, 4156 (Beyət, 8)

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا ابْنُ عُلَيَّةَ ، عَنْ يُونُسَ ، عَنْ عَمْرِو بْنِ سَعِيدٍ ، عَنْ أَبِي زُرْعَةَ بْنِ عَمْرِو بْنِ جَرِيرٍ ، قَالَ جَرِيرٌ : بَايَعْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَلَى السَّمْعِ وَالطَّاعَةِ ، وَأَنْ أَنْصَحَ لِكُلِّ مُسْلِمٍ.

“Rəvayət edilir ki, Cərir ﵁ demişdir: “Mən eşidib itaət etməyə və hər bir müsəlmana nəsihət etməyə (onlara qarşı səmimi olmağa) dair Allah Elçisinə ﷺ beyət etdim”.”

Cərir
SəhihNəsəi, 4157 (Beyət, 9)

Fəsil 7

Döyüşdən qaçmamağa dair beyət etmək

الْبَيْعَةُ عَلَى أَنْ لاَ نَفِرَّ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَبِي الزُّبَيْرِ ، سَمِعَ جَابِرًا يَقُولُ : لَمْ نُبَايِعْ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَلَى الْمَوْتِ ، إِنَّمَا بَايَعْنَاهُ عَلَى أَنْ لاَ نَفِرَّ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Biz Allah Elçisi ﷺ ilə ölməyə deyil, döyüşdən qaçmamağa dair beyət etdik”.”

Cabir
SəhihNəsəi, 4158 (Beyət, 10)

Fəsil 8

Ölənə kimi döyüşməyə dair beyət etmək

الْبَيْعَةُ عَلَى الْمَوْتِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا حَاتِمُ بْنُ إِسْمَاعِيلَ ، عَنْ يَزِيدَ بْنِ أَبِي عُبَيْدٍ قَالَ : قُلْتُ لِسَلَمَةَ بْنِ الأَكْوَعِ ، عَلَى أَيِّ شَيْءٍ بَايَعْتُمُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَوْمَ الْحُدَيْبِيَةِ ؟ قَالَ : عَلَى الْمَوْتِ.

“Rəvayət edilir ki, Yəzid ibn Əbu Ubeydə ﵀ demişdir: “Mən Sələmə ibn əl-Əkvaya dedim: “Hudeybiyyə günü siz Peyğəmbərə hansı mövzuda beyət etmişdiniz?” O dedi: “Ölənə kimi döyüşdən qaçmamağa dair”.”

Yəzid ibn Əbu Ubeydə
SəhihNəsəi, 4159 (Beyət, 11)

Fəsil 9

Cihad etməyə dair beyət etmək

الْبَيْعَةُ عَلَى الْجِهَادِ

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عَمْرِو بْنِ السَّرْحِ ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ قَالَ : أَخْبَرَنِي عَمْرُو بْنُ الْحَارِثِ ، عَنْ ابْنِ شِهَابٍ ، أَنَّ عَمْرَو بْنَ عَبْدِ الرَّحْمَنِ بْنِ أُمَيَّةَ ابْنَ أَخِي يَعْلَى بْنِ أُمَيَّةَ ، حَدَّثَهُ ، أَنَّ أَبَاهُ ، أَخْبَرَهُ ، أَنَّ يَعْلَى بْنَ أُمَيَّةَ قَالَ : جِئْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بِأَبِي أُمَيَّةَ يَوْمَ الْفَتْحِ فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، بَايِعْ أَبِي عَلَى الْهِجْرَةِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أُبَايِعُهُ عَلَى الْجِهَادِ ، وَقَدِ انْقَطَعَتِ الْهِجْرَةُ.

“Rəvayət edilir ki, Yalə ibn Umeyyə ﵁ demişdir: “Məkkənin fəthi günü atam Umeyyəni Allah Elçisinin ﷺ yanına gətirdim və: “Ey Allahın Elçisi, atamın hicrət etməsinə dair beyətini qəbul et!”, - dedim. Allah Elçisi ﷺ buyurdu: “Hicrət sona çatmışdır, amma cihada dair beyətini qəbul edirəm”.”

Yalə ibn Umeyyə
ZəifNəsəi, 4160 (Beyət, 12)

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعْدِ بْنِ إِبْرَاهِيمَ بْنِ سَعْدٍ قَالَ : حَدَّثَنِي عَمِّي ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ صَالِحٍ ، عَنْ ابْنِ شِهَابٍ قَالَ : حَدَّثَنِي أَبُو إِدْرِيسَ الْخَوْلاَنِيُّ ، أَنَّ عُبَادَةَ بْنَ الصَّامِتِ قَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ وَحَوْلَهُ عِصَابَةٌ مِنْ أَصْحَابِهِ : تُبَايِعُونِي عَلَى أَنْ لاَ تُشْرِكُوا بِاللَّهِ شَيْئًا ، وَلاَ تَسْرِقُوا ، وَلاَ تَزْنُوا ، وَلاَ تَقْتُلُوا أَوْلاَدَكُمْ ، وَلاَ تَأْتُوا بِبُهْتَانٍ تَفْتَرُونَهُ بَيْنَ أَيْدِيكُمْ وَأَرْجُلِكُمْ ، وَلاَ تَعْصُونِي فِي مَعْرُوفٍ ، فَمَنْ وَفَّى فَأَجْرُهُ عَلَى اللهِ ، وَمَنْ أَصَابَ مِنْكُمْ شَيْئًا فَعُوقِبَ بِهِ ، فَهُوَ لَهُ كَفَّارَةٌ ، وَمَنْ أَصَابَ مِنْ ذَلِكَ شَيْئًا ، ثُمَّ سَتَرَهُ اللَّهُ فَأَمْرُهُ إِلَى اللهِ ، إِنْ شَاءَ عَفَا عَنْهُ ، وَإِنْ شَاءَ عَاقَبَهُ. خَالَفَهُ أَحْمَدُ بْنُ سَعِيدٍ.

“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ demişdir: “Allah Elçisi ﷺ ətrafında olan səhabələrinə belə buyurdu: “Siz Allaha heç bir şeyi şərik qoşmayacağınıza, oğurluq etməyəcəyinizə, zina etməyəcəyinizə, övladlarınızı (aclıq qorxusu səbəbi ilə) öldürməyəcəyinizə, bir-birinizə böhtan atmayacağınıza və Allahın əmr etdiyi şeylərdə mənə qarşı çıxmayacağınıza dair beyət etdiniz. Kim əhdinə vəfa edərsə, Allah onun mükafatını verəcək. Sizdən biri yuxarıda sadalananlardan birini edər və cəzasını dünyada çəkərsə, o cəza etdiyi günahın kəffarəsi olar. O, Axirətdə cəza çəkməz. Kim də bu günahlardan birini edər və günahı gizli qalıb cəzasını dünyada çəkməzsə, onun işi Allaha qalmışdır. Allah istəsə, onu bağışlayar, istəsə, cəzalandırar”.”

Ubadə ibn əs-Samit
SəhihNəsəi, 4161 (Beyət, 13)

أَخْبَرَنِي أَحْمَدُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا يَعْقُوبُ ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ صَالِحِ بْنِ كَيْسَانَ ، عَنِ الْحَارِثِ بْنِ فُضَيْلٍ ، أَنَّ ابْنَ شِهَابٍ حَدَّثَهُ ، عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : : أَلاَ تُبَايِعُونِي عَلَى مَا بَايَعَ عَلَيْهِ النِّسَاءُ ، أَنْ لاَ تُشْرِكُوا بِاللَّهِ شَيْئًا ، وَلاَ تَسْرِقُوا ، وَلاَ تَزْنُوا ، وَلاَ تَقْتُلُوا أَوْلاَدَكُمْ ، وَلاَ تَأْتُوا بِبُهْتَانٍ تَفْتَرُونَهُ بَيْنَ أَيْدِيكُمْ وَأَرْجُلِكُمْ ، وَلاَ تَعْصُونِي فِي مَعْرُوفٍ ؟ قُلْنَا : بَلَى يَا رَسُولَ اللهِ ، فَبَايَعْنَاهُ عَلَى ذَلِكَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : فَمَنْ أَصَابَ بَعْدَ ذَلِكَ شَيْئًا فَنَالَتْهُ عُقُوبَةٌ فَهُوَ كَفَّارَةٌ ، وَمَنْ لَمْ تَنَلْهُ عُقُوبَةٌ فَأَمْرُهُ إِلَى اللهِ ، إِنْ شَاءَ غَفَرَ لَهُ وَإِنْ شَاءَ عَاقَبَهُ.

“Ubadə ibn əs-Samit ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bilin ki, siz mənə qadınların beyət etdikləri xüsuslarla birlikdə Allaha heç bir şeyi şərik qoşmayacağınıza, oğurluq etməyəcəyinizə, zina etməyəcəyinizə, övladlarınızı (aclıq qorxusuna görə) öldürməyəcəyinizə, bir-birinizə iftira atmayacağınıza və mənə qarşı çıxmayacağınıza dair beyət edirsinizmi?” Biz: “Bəli, ey Allahın Elçisi!”, - dedik və bu xüsuslarda ona beyət etdik. Allah Elçisi də buyurdu: “Sizdən biri bu günahlardan birini edər və cəzasını çəkərsə, o cəza etdiyi günahın kəffarəsi olar. O, Axirətdə cəza çəkməz. Kim də bu günahlardan birini edər və cəzasını dünyada çəkməzsə, onun işi Allaha qalmışdır. Allah istəsə, onu bağışlayar, istəsə, cəzalandırar”.”

Ubadə ibn əs-Samit
SəhihNəsəi, 4162 (Beyət, 14)

Fəsil 10

Hicrət etməyə dair beyət etmək

الْبَيْعَةُ عَلَى الْهِجْرَةِ

أَخْبَرَنَا يَحْيَى بْنُ حَبِيبِ بْنِ عَرَبِيٍّ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، عَنْ عَطَاءِ بْنِ السَّائِبِ ، عَنْ أَبِيهِ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، أَنَّ رَجُلاً أَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقَالَ : إِنِّي جِئْتُ أُبَايِعُكَ عَلَى الْهِجْرَةِ ، وَلَقَدْ تَرَكْتُ أَبَوَيَّ يَبْكِيَانِ قَالَ : ارْجِعْ إِلَيْهِمَا فَأَضْحِكْهُمَا كَمَا أَبْكَيْتَهُمَا.

“Abdullah ibn Amr ﵄ rəvayət edir ki, bir kişi Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Mən sənə beyət etmək üçün gəlmişəm, amma valideynlərimi (mənə görə) ağladıqları halda tərk edib gəlmişəm”. Peyğəmbər ﷺ buyurdu: “Onların yanına qayıt və necə ağlatmısansa, elə də güldür”.”

Abdullah ibn Amr
SəhihNəsəi, 4163 (Beyət, 15)

Fəsil 11

Hicrətin mahiyyəti

شَأْنُ الْهِجْرَةِ

أَخْبَرَنَا الْحُسَيْنُ بْنُ حُرَيْثٍ ، قَالَ : حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، قَالَ : حَدَّثَنَا الأَوْزَاعِيُّ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عَطَاءِ بْنِ يَزِيدَ اللَّيْثِيِّ ، عَنْ أَبِي سَعِيدٍ ، أَنَّ أَعْرَابِيًّا سَأَلَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنِ الْهِجْرَةِ ، فَقَالَ : وَيْحَكَ إِنَّ شَأْنَ الْهِجْرَةِ شَدِيدٌ ، فَهَلْ لَكَ مِنْ إِبِلٍ ؟ قَالَ : نَعَمْ . قَالَ : فَهَلْ تُؤَدِّي صَدَقَتَهَا ؟ قَالَ : نَعَمْ . قَالَ : فَاعْمَلْ مِنْ وَرَاءِ الْبِحَارِ ، فَإِنَّ اللَّهَ عَزَّ وَجَلَّ لَنْ يَتِرَكَ مِنْ عَمَلِكَ شَيْئًا.

“Əbu Səid ﵁ rəvayət edir ki, bir dəfə bir bədəvi Allah Elçisinə ﷺ hicrət haqda sual verdi. Allah Elçisi ﷺ buyurdu: “Vay sənin halına! Həqiqətən, hicrət çox çətin bir işdir. Sənin dəvələrin var?” O: “Bəli”, - dedi. Allah Elçisi ﷺ dedi: “Sən onun zəkatını verirsənmi?” O: “Bəli”, - dedi. Allah Elçisi ﷺ buyurdu: “Edəcəyin xeyirli əməlləri dənizin arxa hissəsinə də etsən, Allah ﷿ sənin etdiyin savabdan heç nə əskiltməz”.”

Əbu Səid
SəhihNəsəi, 4164 (Beyət, 16)

Fəsil 12

Çöllükdə yaşayan adamın hicrəti

هِجْرَةُ الْبَادِي

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْحَكَمِ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَمْرِو بْنِ مُرَّةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ الْحَارِثِ ، عَنْ أَبِي كَثِيرٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو قَالَ : قَالَ رَجُلٌ : يَا رَسُولَ اللهِ ، أَيُّ الْهِجْرَةِ أَفْضَلُ ؟ قَالَ : أَنْ تَهْجُرَ مَا كَرِهَ رَبُّكَ عَزَّ وَجَلَّ ، وَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : الْهِجْرَةُ هِجْرَتَانِ : هِجْرَةُ الْحَاضِرِ ، وَهِجْرَةُ الْبَادِي ، فَأَمَّا الْبَادِي ، فَيُجِيبُ إِذَا دُعِيَ وَيُطِيعُ إِذَا أُمِرَ ، وَأَمَّا الْحَاضِرُ ، فَهُوَ أَعْظَمُهُمَا بَلِيَّةً ، وَأَعْظَمُهُمَا أَجْرًا.

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Bir dəfə bir kişi dedi: “Ey Allahın Elçisi, ən üstün hicrət hansıdır?” Allah Elçisi ﷺ buyurdu: “Allahın qadağan etdiklərini tərk etmək”. Sonra Allah Elçisi ﷺ sözünə davam edərək buyurdu: “Hicrət iki cürdür: şəhərlinin hicrəti və çöllükdə yaşayan adamın hicrəti. Çöllükdə yaşayanın hicrətinə gəlincə, çağırıldıqda cavab verməsi, əmr edildikdə yerinə yetirməsidir. Şəhərlinin hicrətinə gəlincə, çöllükdə yaşayanın hicrətindən daha çətin, mükafatı da daha böyükdür”.”

Abdullah ibn Amr
SəhihNəsəi, 4165 (Beyət, 17)

Fəsil 13

Hicrət etməyin izahı

تَفْسِيرُ الْهِجْرَةِ

أَخْبَرَنَا الْحُسَيْنُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا مُبَشِّرُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ بْنُ حُسَيْنٍ ، عَنْ يَعْلَى بْنِ مُسْلِمٍ ، عَنْ جَابِرِ بْنِ زَيْدٍ قَالَ : قَالَ ابْنُ عَبَّاسٍ : إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَأَبَا بَكْرٍ وَعُمَرَ كَانُوا مِنَ الْمُهَاجِرِينَ لأَنَّهُمْ هَجَرُوا الْمُشْرِكِينَ ، وَكَانَ مِنَ الأَنْصَارِ مُهَاجِرُونَ لأَنَّ الْمَدِينَةَ كَانَتْ دَارَ شِرْكٍ ، فَجَاؤُوا إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ لَيْلَةَ الْعَقَبَةِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ, Əbu Bəkr və Ömər hicrət edən şəxslər idi. Onlar müşrikləri tərk etmişdilər. Ənsardan da hicrət edənlər var idi. Əvvəllər Mədinə Allaha şərik qoşulan yer idi. Bu səbəblə də onlar Məkkəyə Allah Elçisinin ﷺ yanına gedərək Aqabə gecəsi ona beyət etdilər”.”

İbn Abbas
SəhihNəsəi, 4166 (Beyət, 18)

Fəsil 14

Hicrət etməyə təşviq

الْحَثُّ عَلَى الْهِجْرَةِ

أَخْبَرَنِي هَارُونُ بْنُ مُحَمَّدِ بْنِ بَكَّارِ بْنِ بِلاَلٍ ، عَنْ مُحَمَّدٍ وَهُوَ ابْنُ عِيسَى بْنِ سُمَيْعٍ ، قَالَ : حَدَّثَنَا زَيْدُ بْنُ وَاقِدٍ ، عَنْ كَثِيرِ بْنِ مُرَّةَ ، أَنَّ أَبَا فَاطِمَةَ حَدَّثَهُ ، أَنَّهُ قَالَ : يَا رَسُولَ اللهِ ، حَدِّثْنِي بِعَمَلٍ أَسْتَقِيمُ عَلَيْهِ وَأَعْمَلُهُ ، قَالَ لَهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : عَلَيْكَ بِالْهِجْرَةِ ، فَإِنَّهُ لاَ مِثْلَ لَهَا.

“Kəsir ibn Murra ﷿ rəvayət edir ki, Əbu Fatimə dedi: “Ey Allahın Elçisi, mənə elə bir əməl öyrət ki, ona əməl edim, yolumda düz olum”. Allah Elçisi ﷺ ona dedi: “Hicrət et, çünki onun tayı-bərabəri yoxdur”.”

Əbu Fatimə
SəhihNəsəi, 4167 (Beyət, 19)

Fəsil 15

Daha hicrət etmək yoxdur

ذِكْرُ الاِخْتِلاَفِ فِي انْقِطَاعِ الْهِجْرَةِ

أَخْبَرَنَا عَبْدُ الْمَلِكِ بْنُ شُعَيْبِ بْنِ اللَّيْثِ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ قَالَ : حَدَّثَنِي عُقَيْلٌ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ عَمْرِو بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أُمَيَّةَ ، أَنَّ أَبَاهُ أَخْبَرَهُ ، أَنَّ يَعْلَى قَالَ : جِئْتُ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بِأَبِي يَوْمَ الْفَتْحِ ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، بَايِعْ أَبِي عَلَى الْهِجْرَةِ ، قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أُبَايِعُهُ عَلَى الْجِهَادِ وَقَدِ انْقَطَعَتِ الْهِجْرَةُ.

“Rəvayət edilir ki, Yalə ﵁ demişdir: “Məkkənin fəthi günü atamı Allah Elçisinin ﷺ yanına gətirdim və: “Ey Allahın Elçisi, atamın hicrət etməsinə dair beyətini qəbul et!”, - dedim. Allah Elçisi ﷺ buyurdu: “Hicrət sona çatmışdır, amma cihada dair beyətini qəbul edirəm”.”

Yalə
ZəifNəsəi, 4168 (Beyət, 20)

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ دَاوُدَ ، قَالَ : حَدَّثَنَا مُعَلَّى بْنُ أَسَدٍ ، قَالَ : حَدَّثَنَا وُهَيْبُ بْنُ خَالِدٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ طَاوُوسٍ ، عَنْ أَبِيهِ ، عَنْ صَفْوَانَ بْنِ أُمَيَّةَ قَالَ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنَّهُمْ يَقُولُونَ : إِنَّ الْجَنَّةَ لاَ يَدْخُلُهَا إِلاَّ مُهَاجِرٌ ، قَالَ : لاَ هِجْرَةَ بَعْدَ فَتْحِ مَكَّةَ ، وَلَكِنْ جِهَادٌ وَنِيَّةٌ ، فَإِذَا اسْتُنْفِرْتُمْ فَانْفِرُوا.

“Rəvayət edilir ki, Safvən ibn Umeyyə ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, onlar deyirlər ki, hicrət etməyən Cənnətə girməyəcək. Allah Elçisi ﷺ buyurdu: “Məkkənin fəthindən sonra hicrət yoxdur, lakin cihad və niyyət vardır. Odur ki, döyüşə çağırıldığınız zaman tələsin!””

Safvən ibn Umeyyə
SəhihNəsəi, 4169 (Beyət, 21)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ سُفْيَانَ قَالَ : حَدَّثَنِي مَنْصُورٌ ، عَنْ مُجَاهِدٍ ، عَنْ طَاوُوسٍ ، عَنْ ابْنِ عَبَّاسٍ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَوْمَ الْفَتْحِ : لاَ هِجْرَةَ ، وَلَكِنْ جِهَادٌ وَنِيَّةٌ ، فَإِذَا اسْتُنْفِرْتُمْ فَانْفِرُوا.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ Məkkənin fəthi günü belə buyurdu: “Artıq hicrət yoxdur, lakin cihad və niyyət vardır. Odur ki, döyüşə çağırıldığınız zaman tələsin!””

İbn Abbas
SəhihNəsəi, 4170 (Beyət, 22)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، عَنْ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ يَحْيَى بْنِ هَانِئٍ ، عَنْ نُعَيْمِ بْنِ دَجَاجَةَ قَالَ : سَمِعْتُ عُمَرَ بْنَ الْخَطَّابِ يَقُولُ : لاَ هِجْرَةَ بَعْدَ وَفَاةِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Ömər ibn əl-Xattab ﵁ demişdir: “Allah Elçisinin ﷺ vəfatından sonra hicrət yoxdur”.”

Ömər ibn əl-Xattab
SəhihNəsəi, 4171 (Beyət, 23)

أَخْبَرَنَا عِيسَى بْنُ مُسَاوِرٍ ، قَالَ : حَدَّثَنَا الْوَلِيدُ ، عَنْ عَبْدِ اللهِ بْنِ الْعَلاَءِ بْنِ زَبْرٍ ، عَنْ بُسْرِ بْنِ عُبَيْدِ اللهِ ، عَنْ أَبِي إِدْرِيسَ الْخَوْلاَنِيِّ ، عَنْ عَبْدِ اللهِ بْنِ وَقْدَانَ السَّعْدِيِّ قَالَ : وَفَدْتُ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي وَفْدٍ كُلُّنَا يَطْلُبُ حَاجَةً ، وَكُنْتُ آخِرَهُمْ دُخُولاً عَلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنِّي تَرَكْتُ مَنْ خَلْفِي وَهُمْ يَزْعُمُونَ أَنَّ الْهِجْرَةَ قَدِ انْقَطَعَتْ ، قَالَ : لاَ تَنْقَطِعُ الْهِجْرَةُ مَا قُوتِلَ الْكُفَّارُ.

“Rəvayət edilir ki, Abdullah ibn Vaqdan əs-Səidi ﵁ demişdir: “Bir heyət ilə Allah Elçisinin ﷺ yanına gəlmişdik. Hər birimiz ehtiyaclarımızı ona söyləyirdik. Onun yanına ən axırıncı mən girdim və dedim: “Ey Allahın Elçisi, arxamda tərk etdiyim insanlar “artıq hicrət yoxdur” deyə iddia edirlər”. Allah Elçisi ﷺ buyurdu: “Kafirlərlə mübarizə davam etdikcə hicrət kəsilməyəcək”.”

Abdullah ibn Vaqdan əs-Səidi
SəhihNəsəi, 4172 (Beyət, 24)

أَخْبَرَنَا مَحْمُودُ بْنُ خَالِدٍ ، قَالَ : حَدَّثَنَا مَرْوَانُ بْنُ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ الْعَلاَءِ بْنِ زَبْرٍ قَالَ : حَدَّثَنِي بُسْرُ بْنُ عُبَيْدِ اللهِ ، عَنْ أَبِي إِدْرِيسَ الْخَوْلاَنِيِّ ، عَنْ حَسَّانَ بْنِ عَبْدِ اللهِ الضَّمْرِيِّ ، عَنْ عَبْدِ اللهِ بْنِ السَّعْدِيِّ قَالَ : وَفَدْنَا عَلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَدَخَلَ أَصْحَابِي فَقَضَى حَاجَتَهُمْ ، وَكُنْتُ آخِرَهُمْ دُخُولاً ، فَقَالَ : حَاجَتُكَ ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، مَتَى تَنْقَطِعُ الْهِجْرَةُ ؟ قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لاَ تَنْقَطِعُ الْهِجْرَةُ مَا قُوتِلَ الْكُفَّارُ.

“Rəvayət edilir ki, Abdullah ibn əs-Səidi ﵁ demişdir: “Bir heyət ilə Allah Elçisinin ﷺ yanına gəlmişdik. Yoldaşlarım onun yanına girir və ehtiyaclarını söyləyirdi. Onun yanına ən axırıncı mən girdim. Allah Elçisi ﷺ dedi: “Sənin nə ehtiyacın var?” Mən dedim: “Ey Allahın Elçisi, hicrət nə zaman sona çatacaq?” Allah Elçisi ﷺ buyurdu: “Kafirlərlə mübarizə davam etdikcə hicrət kəsilməyəcək”.”

Abdullah ibn əs-Səidi
SəhihNəsəi, 4173 (Beyət, 25)

Fəsil 16

Xoş olan və olmayan vaxtlarda beyət etmək

الْبَيْعَةُ فِيمَا أَحَبَّ وَكَرِهَ

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ قُدَامَةَ ، عَنْ جَرِيرٍ ، عَنْ مُغِيرَةَ ، عَنْ أَبِي وَائِلٍ ، وَالشَّعْبِيِّ قَالاَ : قَالَ جَرِيرٌ : أَتَيْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقُلْتُ لَهُ : أُبَايِعُكَ عَلَى السَّمْعِ وَالطَّاعَةِ فِيمَا أَحْبَبْتُ وَفِيمَا كَرِهْتُ ، قَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَوَ تَسْتَطِيعُ ذَلِكَ يَا جَرِيرُ ، أَوَ تُطِيقُ ذَلِكَ ؟ قَالَ : قُلْ : فِيمَا اسْتَطَعْتُ فَبَايَعَنِي وَالنُّصْحِ لِكُلِّ مُسْلِمٍ.

“Rəvayət edilir ki, Cərir ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ yanına gəldim və ona dedim: “Mən xoş olan və olmayan günlərdə sənə itaət etmək üçün beyət edirəm”. Peyğəmbər ﷺ buyurdu: “Buna gücün çatar, ey Cərir? De ki, gücüm çatan qədər!” O dedi: “De: “Bacardığım qədər hər bir müsəlmana qarşı səmimi olmaqla və nəsihət verməklə beyət edirəm”.”

Cərir
SəhihNəsəi, 4174 (Beyət, 26)

Fəsil 17

Müşriklərdən uzaq olmağa beyət etmək

الْبَيْعَةُ عَلَى فِرَاقِ الْمُشْرِكِ

أَخْبَرَنَا بِشْرُ بْنُ خَالِدٍ ، قَالَ : حَدَّثَنَا غُنْدَرٌ ، عَنْ شُعْبَةَ ، عَنْ سُلَيْمَانَ ، عَنْ أَبِي وَائِلٍ ، عَنْ جَرِيرٍ قَالَ : بَايَعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَلَى إِقَامِ الصَّلاَةِ ، وَإِيتَاءِ الزَّكَاةِ ، وَالنُّصْحِ لِكُلِّ مُسْلِمٍ ، وَعَلَى فِرَاقِ الْمُشْرِكِ

“Rəvayət edilir ki, Cərir ﵁ demişdir: “Mən namaz qılacağıma, zəkat verəcəyimə, hər bir müsəlmana qarşı səmimi olub onlara nəsihət edəcəyimə və müşriklərdən uzaq olacağıma dair Allah Elçisinə ﷺ beyət etdim”.”

Cərir
SəhihNəsəi, 4175 (Beyət, 27)

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ يَحْيَى بْنِ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا الْحَسَنُ بْنُ الرَّبِيعِ ، قَالَ : حَدَّثَنَا أَبُو الأَحْوَصِ ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي وَائِلٍ ، عَنْ أَبِي نُخَيْلَةَ ، عَنْ جَرِيرٍ قَالَ : أَتَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَذَكَرَ نَحْوَهُ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Cərir
ZəifNəsəi, 4176 (Beyət, 28)

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ قُدَامَةَ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنْ مَنْصُورٍ ، عَنْ أَبِي وَائِلٍ ، عَنْ أَبِي نُخَيْلَةَ الْبَجَلِيِّ قَالَ : قَالَ جَرِيرٌ : أَتَيْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَهُوَ يُبَايِعُ ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، ابْسُطْ يَدَكَ حَتَّى أُبَايِعَكَ ، وَاشْتَرِطْ عَلَيَّ ، فَأَنْتَ أَعْلَمُ ، قَالَ : أُبَايِعُكَ عَلَى أَنْ تَعْبُدَ اللَّهَ ، وَتُقِيمَ الصَّلاَةَ ، وَتُؤْتِيَ الزَّكَاةَ ، وَتُنَاصِحَ الْمُسْلِمِينَ ، وَتُفَارِقَ الْمُشْرِكِينَ.

“Rəvayət edilir ki, Cərir ﵁ demişdir: “Peyğəmbər ﷺ beyət edərkən mən onun yanına gəldim və dedim: “Ey Allahın Elçisi, istədiyin şərtlər qoyaraq əlini uzat, sənə beyət edim. Sən daha yaxşı bilirsən”. Peyğəmbər ﷺ buyurdu: “Sənin yalnız Allaha ibadət etməyin, namaz qılmağın, zəkat verməyin, hər bir müsəlmana qarşı səmimi olub onlara nəsihət etməyin və müşriklərdən uzaq olmağın xüsusunda beyətini qəbul edirəm”.”

Cərir
SəhihNəsəi, 4177 (Beyət, 29)

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا غُنْدَرٌ قَالَ : أَنْبَأَنَا مَعْمَرٌ قَالَ : أَنْبَأَنَا ابْنُ شِهَابٍ ، عَنْ أَبِي إِدْرِيسَ الْخَوْلاَنِيِّ قَالَ : سَمِعْتُ عُبَادَةَ بْنَ الصَّامِتِ قَالَ : بَايَعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي رَهْطٍ ، فَقَالَ : أُبَايِعُكُمْ عَلَى أَنْ لاَ تُشْرِكُوا بِاللَّهِ شَيْئًا ، وَلاَ تَسْرِقُوا ، وَلاَ تَزْنُوا ، وَلاَ تَقْتُلُوا أَوْلاَدَكُمْ ، وَلاَ تَأْتُوا بِبُهْتَانٍ تَفْتَرُونَهُ بَيْنَ أَيْدِيكُمْ وَأَرْجُلِكُمْ ، وَلاَ تَعْصُونِي فِي مَعْرُوفٍ ، فَمَنْ وَفَّى مِنْكُمْ فَأَجْرُهُ عَلَى اللهِ ، وَمَنْ أَصَابَ مِنْ ذَلِكَ شَيْئًا فَعُوقِبَ فِيهِ فَهُوَ طَهُورُهُ ، وَمَنْ سَتَرَهُ اللَّهُ ، فَذَاكَ إِلَى اللهِ إِنْ شَاءَ عَذَّبَهُ ، وَإِنْ شَاءَ غَفَرَ لَهُ.

“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ demişdir: “Bir toplum içində mən də Allah Elçisinə ﷺ beyət etmişdim. O buyurdu: “Allaha heç bir şeyi şərik qoşmayacağınıza, oğurluq etməyəcəyinizə, zina etməyəcəyinizə, övladlarınızı (yoxsulluq qorxusu ilə) öldürməyəcəyinizə, bir-birinizə böhtan atmayacağınıza və Allahın əmr etdiklərində mənə asi olmayacağınıza dair sizin beyətinizi qəbul edirəm. Sizdən kim bu əhdə vəfa edərsə, mükafatını Allah verəcək. Kim bu günahlardan birini edər və cəzasını dünyada çəkərsə, bu onun təmizlənməsidir. Kim də bir günah edər və o günahı gizli qalıb bu dünyada cəzasını çəkməzsə, onun işi Allaha qalmışdır. Allah istəsə, ona əzab verər, istəsə, bağışlayar”.”

Ubadə ibn əs-Samit
SəhihNəsəi, 4178 (Beyət, 30)

Fəsil 18

Qadınların beyət etməsi

بَيْعَةُ النِّسَاءِ

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَيُّوبَ ، عَنْ مُحَمَّدٍ ، عَنْ أُمِّ عَطِيَّةَ قَالَتْ : لَمَّا أَرَدْتُ أَنْ أُبَايِعَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنَّ امْرَأَةً أَسْعَدَتْنِي فِي الْجَاهِلِيَّةِ ، فَأَذْهَبُ فَأُسْعِدُهَا ثُمَّ أَجِيئُكَ فَأُبَايِعُكَ ؟ قَالَ : اذْهَبِي فَأَسْعِدِيهَا قَالَتْ : فَذَهَبْتُ فَسَاعَدْتُهَا ، ثُمَّ جِئْتُ فَبَايَعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Ummu Atiyyə ﵂ demişdir: “Mən Allah Elçisinə ﷺ beyət etmək istədikdə dedim: “Ey Allahın Elçisi, cahiliyyət dövründə bir qadın mənə kömək etmişdi. Gedib ona kömək etdikdən sonra gəlib sənə beyət edə bilərəmmi?” Allah Elçisi ﷺ buyurdu: “Get, ona yardım et!” Mən gedib o qadına kömək edib gəldikdən sonra Allah Elçisinə ﷺ beyət etdim”.”

Ummu Atiyyə
SəhihNəsəi, 4179 (Beyət, 31)

أَخْبَرَنَا الْحَسَنُ بْنُ أَحْمَدَ ، قَالَ : حَدَّثَنَا أَبُو الرَّبِيعِ قَالَ : أَنْبَأَنَا حَمَّادٌ ، قَالَ : حَدَّثَنَا أَيُّوبُ ، عَنْ مُحَمَّدٍ ، عَنْ أُمِّ عَطِيَّةَ قَالَتْ : أَخَذَ عَلَيْنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ الْبَيْعَةَ عَلَى أَنْ لاَ نَنُوحَ.

“Rəvayət edilir ki, Ummu Atiyyə ﵂ demişdir: “Allah Elçisi ﷺ bizdən ölənlərimizin arxası ilə bağırıb-çığıraraq ağlamamağımızı şərt qoşaraq beyətimizi qəbul etdi”.”

Ummu Atiyyə
SəhihNəsəi, 4180 (Beyət, 32)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ مُحَمَّدِ بْنِ الْمُنْكَدِرِ ، عَنْ أُمَيْمَةَ بِنْتِ رُقَيْقَةَ أَنَّهَا قَالَتْ : أَتَيْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي نِسْوَةٍ مِنَ الأَنْصَارِ نُبَايِعُهُ ، فَقُلْنَا : يَا رَسُولَ اللهِ ، نُبَايِعُكَ عَلَى أَنْ لاَ نُشْرِكَ بِاللَّهِ شَيْئًا ، وَلاَ نَسْرِقَ ، وَلاَ نَزْنِيَ ، وَلاَ نَأْتِيَ بِبُهْتَانٍ نَفْتَرِيهِ بَيْنَ أَيْدِينَا وَأَرْجُلِنَا ، وَلاَ نَعْصِيكَ فِي مَعْرُوفٍ ، قَالَ : فِيمَا اسْتَطَعْتُنَّ ، وَأَطَقْتُنَّ . قَالَتْ : قُلْنَا اللَّهُ وَرَسُولُهُ أَرْحَمُ بِنَا ، هَلُمَّ نُبَايِعْكَ يَا رَسُولَ اللهِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِنِّي لاَ أُصَافِحُ النِّسَاءَ ، إِنَّمَا قَوْلِي لِمِائَةِ امْرَأَةٍ كَقَوْلِي لاِمْرَأَةٍ وَاحِدَةٍ ، أَوْ مِثْلُ قَوْلِي لاِمْرَأَةٍ وَاحِدَةٍ.

“Rəvayət edilir ki, Umeymə bint Ruqeyqa ﵂ demişdir: “Beyət etmək üçün ənsardan olan bir dəstə qadınla Peyğəmbərin ﷺ yanına gəlib dedik: “Ey Allahın Elçisi, biz heç bir şeyi Allaha şərik qoşmayacağımıza, oğurluq və zina etməyəcəyimizə, heç kimə böhtan atmayacağımıza və itaət və xeyirli işlərdə sənə asi olmayacağımıza dair sənə beyət edirik”. Peyğəmbər ﷺ buyurdu: “Gücünüz çatdığınız məsələlərdə (deyin!)”. Biz dedik: “Allah və Onun Elçisi bizə bizdən daha şəfqətlidir. Əlini uzat, sənə beyət edək, ey Allahın Elçisi”. Peyğəmbər ﷺ buyurdu: “Mən qadınlarla əl görüşərək beyət etmirəm. Yüz qadına söyləməyim bir qadına söyləməyim kimidir”.”

Umeymə bint Ruqeyqa
SəhihNəsəi, 4181 (Beyət, 33)

Fəsil 19

Keçici xəstəliyi olanın beyəti

بَيْعَةُ مَنْ بِهِ عَاهَةٌ

أَخْبَرَنَا زِيَادُ بْنُ أَيُّوبَ ، قَالَ : حَدَّثَنَا هُشَيْمٌ ، عَنْ يَعْلَى بْنِ عَطَاءٍ ، عَنْ رَجُلٍ مِنْ آلِ الشَّرِيدِ يُقَالُ لَهُ عَمْرٌو ، عَنْ أَبِيهِ قَالَ : كَانَ فِي وَفْدِ ثَقِيفٍ رَجُلٌ مَجْذُومٌ ، فَأَرْسَلَ إِلَيْهِ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ارْجِعْ فَقَدْ بَايَعْتُكَ.

“Amr atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Səqif qəbiləsindən gələn heyətin arasında cüzamlı bir xəstə adam var idi. Allah Elçisi ﷺ onu göndərərək dedi: “Qayıt, artıq səninlə beyət etdim!””

Amr atasından
SəhihNəsəi, 4182 (Beyət, 34)

Fəsil 20

Yeniyetmə oğlanın beyət etməsi

بَيْعَةُ الْغُلاَمِ

أَخْبَرَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مُحَمَّدِ بْنِ سَلاَّمٍ ، قَالَ : حَدَّثَنَا عُمَرُ بْنُ يُونُسَ ، عَنْ عِكْرِمَةَ بْنِ عَمَّارٍ ، عَنِ الْهِرْمَاسِ بْنِ زِيَادٍ قَالَ : مَدَدْتُ يَدِي إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَأَنَا غُلاَمٌ لِيُبَايِعَنِي : فَلَمْ يُبَايِعْنِي.

“Rəvayət edilir ki, əl-Hirməs ibn Ziyad ﵁ demişdir: “Mən yeniyetmə oğlan idim və beyət etmək üçün əlimi Allah Elçisinə uzatdım, lakin o, əlimi tutmadı”.”

əl-Hirməs ibn Ziyad
HəsənNəsəi, 4183 (Beyət, 35)

Fəsil 21

Kölələrin beyət etməsi

بَيْعَةُ الْمَمَالِيكِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ قَالَ : جَاءَ عَبْدٌ فَبَايَعَ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَلَى الْهِجْرَةِ ، وَلاَ يَشْعُرُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَنَّهُ عَبْدٌ ، فَجَاءَ سَيِّدُهُ يُرِيدُهُ ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : بِعْنِيهِ فَاشْتَرَاهُ بِعَبْدَيْنِ أَسْوَدَيْنِ ، ثُمَّ لَمْ يُبَايِعْ أَحَدًا حَتَّى يَسْأَلَهُ : أَعَبْدٌ هُوَ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Bir kölə Peyğəmbərin ﷺ yanına gəlib hicrət etmək üçün beyət etdi. Peyğəmbər ﷺ onun kölə olduğunu bilmirdi. Bu əsnada kölənin ağası gəlib köləsini aparmaq istədi. Peyğəmbər ﷺ dedi: “Onu mənə sat!” Peyğəmbər ﷺ onu iki qaradərili kölə əvəzində aldı. Bundan sonra isə kölə olub-olmadığını soruşmadan heç kimlə beyətləşmədi”.”

Cabir
SəhihNəsəi, 4184 (Beyət, 36)

Fəsil 22

Beyətdən dönmək

اسْتِقَالَةُ الْبَيْعَةِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ مُحَمَّدِ بْنِ الْمُنْكَدِرِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، أَنَّ أَعْرَابِيًّا بَايَعَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَلَى الإِسْلاَمِ ، فَأَصَابَ الأَعْرَابِيَّ وَعْكٌ بِالْمَدِينَةِ ، فَجَاءَ الأَعْرَابِيُّ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقَالَ : يَا رَسُولَ اللهِ ، أَقِلْنِي بَيْعَتِي ، فَأَبَى ، ثُمَّ جَاءَهُ فَقَالَ : أَقِلْنِي بَيْعَتِي ، فَأَبَى ، فَخَرَجَ الأَعْرَابِيُّ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِنَّمَا الْمَدِينَةُ كَالْكِيرِ تَنْفِي خَبَثَهَا وَتَنْصَعُ طِيبَهَا.

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, bir dəfə bir bədəvi İslamı qəbul etmək üçün Allah Elçisinin ﷺ yanına gəlib beyət etdi. Həmin bədəvi Mədinədə olanda halı pisləşdi və yenidən Allah Elçisinin ﷺ yanına gələrək dedi: “Ey Allahın Elçisi, beyətimi geri götür!” Allah Elçisi ﷺ bu təklifi qəbul etmədi. O yenə gəlib dedi: “Beyətimi geri götür!” Allah Elçisi ﷺ yenə onun təklifini qəbul etmədi. Bədəvi çıxıb getdikdən sonra Allah Elçisi ﷺ buyurdu: “Həqiqətən, Mədinə körük kimidir, pis insanları özündən uzaqlaşdırır, yaxşı insanları isə özündə saxlayar”.”

Cabir ibn Abdullah
SəhihNəsəi, 4185 (Beyət, 37)

Fəsil 23

Hicrət etdikdən sonra hicrətdən əvvəlki yerə qayıtmaq

الْمُرْتَدُّ أَعْرَابِيًّا بَعْدَ الْهِجْرَةِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا حَاتِمُ بْنُ إِسْمَاعِيلَ ، عَنْ يَزِيدَ بْنِ أَبِي عُبَيْدٍ ، عَنْ سَلَمَةَ بْنِ الأَكْوَعِ ، أَنَّهُ دَخَلَ عَلَى الْحَجَّاجِ فَقَالَ : يَا ابْنَ الأَكْوَعِ ، ارْتَدَدْتَ عَلَى عَقِبَيْكَ ، - وَذَكَرَ كَلِمَةً مَعْنَاهَا وَبَدَوْتَ - قَالَ : لاَ ، وَلَكِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَذِنَ لِي فِي الْبُدُوِّ.

“Rəvayət edilir ki, Sələmə ibn əl-Əkva ﵁ Həccacın yanına daxil olduqda Həccac ona: “Ey İbn əl-Əkva, hicrət etdikdən sonra çöl həyatına qayıtmısan?” və ya buna uyğun bir söz söylədi. Sələmə də dedi: “Xeyr, Allah Elçisi ﷺ mənə çöllükdə yaşamağa izin vermişdir”.”

Sələmə ibn əl-Əkva
SəhihNəsəi, 4186 (Beyət, 38)

Fəsil 24

İnsanın gücü çatdığı məsələlərdə beyət etməsi

الْبَيْعَةُ فِيمَا يَسْتَطِيعُ الإِنْسَانُ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَبْدِ اللهِ بْنِ دِينَارٍ (ح) وأَخْبَرَنِي عَلِيُّ بْنُ حُجْرٍ ، عَنْ إِسْمَاعِيلَ ، عَنْ عَبْدِ اللهِ بْنِ دِينَارٍ ، عَنْ ابْنِ عُمَرَ قَالَ : كُنَّا نُبَايِعُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَلَى السَّمْعِ وَالطَّاعَةِ ثُمَّ يَقُولُ : فِيمَا اسْتَطَعْتَ وَقَالَ عَلِيٌّ : فِيمَا اسْتَطَعْتُمْ.

“Rəvayət edilir ki, İbn Ömər ﵁ demişdir: “Biz Allah Elçisi ﷺ ilə onu eşidib itaət etməyə dair beyət edərdik. Allah Elçisi ﷺ də bizə deyərdi: “Gücünüz çatan məsələlərdə beyət edin”.”

İbn Ömər
SəhihNəsəi, 4187 (Beyət, 39)

أَخْبَرَنَا الْحَسَنُ بْنُ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، عَنْ ابْنِ جُرَيْجٍ قَالَ : أَخْبَرَنِي مُوسَى بْنُ عُقْبَةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ دِينَارٍ ، عَنْ ابْنِ عُمَرَ قَالَ : كُنَّا حِينَ نُبَايِعُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَلَى السَّمْعِ وَالطَّاعَةِ يَقُولُ لَنَا : فِيمَا اسْتَطَعْتُمْ.

“Rəvayət edilir ki, İbn Ömər ﵁ demişdir: “Biz Allah Elçisi ﷺ ilə onu eşidib itaət etməyə dair beyət edərdik. O isə bizə deyərdi: “Gücünüz çatan məsələlərdə beyət edin”.”

İbn Ömər
SəhihNəsəi, 4188 (Beyət, 40)

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا هُشَيْمٌ ، قَالَ : حَدَّثَنَا سَيَّارٌ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ جَرِيرِ بْنِ عَبْدِ اللهِ قَالَ : بَايَعْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَلَى السَّمْعِ وَالطَّاعَةِ ، فَلَقَّنَنِي فِيمَا اسْتَطَعْتَ ، وَالنُّصْحِ لِكُلِّ مُسْلِمٍ.

“Rəvayət edilir ki, Cərir ibn Abdullah ﵁ demişdir: “Mən Peyğəmbər ﷺ ilə onu eşidib itaət etməyə dair beyət etdim. O isə mənə gücüm çatan məsələlərdə və hər bir müsəlmana nəsihət etməyi tövsiyə etdi”.”

Cərir ibn Abdullah
SəhihNəsəi, 4189 (Beyət, 41)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ مُحَمَّدِ بْنِ الْمُنْكَدِرِ ، عَنْ أُمَيْمَةَ بِنْتِ رُقَيْقَةَ قَالَتْ : بَايَعْنَا رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي نِسْوَةٍ ، فَقَالَ لَنَا : فِيمَا اسْتَطَعْتُنَّ ، وَأَطَقْتُنَّ.

“Rəvayət edilir ki, Umeyyə bint Ruqeyqa ﵂ demişdir: “Biz qadınlarla birgə Allah Elçisinə ﷺ beyət etdik. O isə bizə dedi: “Gücünüz çatan məsələlərdə beyət edin”.”

Umeymə bint Ruqeyqa
SəhihNəsəi, 4190 (Beyət, 42)

Fəsil 25

Rəhbərə itaət etməkdə həm əli, həm də qəlbi ilə səy göstərən şəxsin üzərinə düşən vəzifələrin xatırladılması

ذِكْرُ مَا عَلَى مَنْ بَايَعَ الإِمَامَ وَأَعْطَاهُ صَفْقَةَ يَدِهِ وَثَمَرَةَ قَلْبِهِ

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ أَبِي مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ زَيْدِ بْنِ وَهْبٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ عَبْدِ رَبِّ الْكَعْبَةِ قَالَ : انْتَهَيْتُ إِلَى عَبْدِ اللهِ بْنِ عَمْرٍو وَهُوَ جَالِسٌ فِي ظِلِّ الْكَعْبَةِ ، وَالنَّاسُ عَلَيْهِ مُجْتَمِعُونَ ، قَالَ : فَسَمِعْتُهُ يَقُولُ : بَيْنَا نَحْنُ مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي سَفَرٍ إِذْ نَزَلْنَا مَنْزِلاً ، فَمِنَّا مَنْ يَضْرِبُ خِبَاءَهُ ، وَمِنَّا مَنْ يَنْتَضِلُ ، وَمِنَّا مَنْ هُوَ فِي جَشْرَتِهِ ، إِذْ نَادَى مُنَادِي النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : الصَّلاَةُ جَامِعَةٌ ، فَاجْتَمَعْنَا ، فَقَامَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَخَطَبَنَا ، فَقَالَ : إِنَّهُ لَمْ يَكُنْ نَبِيٌّ قَبْلِي إِلاَّ كَانَ حَقًّا عَلَيْهِ أَنْ يَدُلَّ أُمَّتَهُ عَلَى مَا يَعْلَمُهُ خَيْرًا لَهُمْ ، وَيُنْذِرَهُمْ مَا يَعْلَمُهُ شَرًّا لَهُمْ ، وَإِنَّ أُمَّتَكُمْ هَذِهِ جُعِلَتْ عَافِيَتُهَا فِي أَوَّلِهَا ، وَإِنَّ آخِرَهَا سَيُصِيبُهُمْ بَلاَءٌ ، وَأُمُورٌ يُنْكِرُونَهَا تَجِيءُ فِتَنٌ فَيُدَقِّقُ بَعْضُهَا لِبَعْضٍ ، فَتَجِيءُ الْفِتْنَةُ ، فَيَقُولُ الْمُؤْمِنُ : هَذِهِ مُهْلِكَتِي ، ثُمَّ تَنْكَشِفُ ، ثُمَّ تَجِيءُ فَيَقُولُ : هَذِهِ مُهْلِكَتِي ، ثُمَّ تَنْكَشِفُ فَمَنْ أَحَبَّ مِنْكُمْ أَنْ يُزَحْزَحَ عَنِ النَّارِ ، وَيُدْخَلَ الْجَنَّةَ ، فَلْتُدْرِكْهُ مَوْتَتُهُ وَهُوَ مُؤْمِنٌ بِاللَّهِ وَالْيَوْمِ الآخِرِ ، وَلْيَأْتِ إِلَى النَّاسِ مَا يُحِبُّ أَنْ يُؤْتَى إِلَيْهِ ، وَمَنْ بَايَعَ إِمَامًا ، فَأَعْطَاهُ صَفْقَةَ يَدِهِ وَثَمَرَةَ قَلْبِهِ ، فَلْيُطِعْهُ مَا اسْتَطَاعَ ، فَإِنْ جَاءَ أَحَدٌ يُنَازِعُهُ فَاضْرِبُوا رَقَبَةَ الآخَرِ فَدَنَوْتُ مِنْهُ فَقُلْتُ : سَمِعْتَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَقُولُ هَذَا ؟ قَالَ : نَعَمْ وَذَكَرَ الْحَدِيثَ.

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Abdu Rabbil-Kəbə ﵀ demişdir: “Bir dəfə mən Kəbənin kölgəsində oturan Abdullah ibn Amrın yanına gəldim və ətrafında olan insanlara belə dediyini eşitdim: “Bir dəfə biz səfərdə Allah Elçisi ﷺ ilə birlikdə olarkən bir yerdə məskunlaşdıq. Bir qismimiz çadır qurur, bir qismimiz ox atır, bir qismimiz də heyvanlara yem verirdi. Bu vaxt Peyğəmbərin ﷺ carçısı “toplanma namazı” deyə car çəkdi və biz də toplandıq. Allah Elçisi ﷺ ayağa durdu və belə bir xütbə verdi: “Məndən əvvəl olan hər bir peyğəmbər ümmətini haqq olan xeyirli bildiyi şeylərə yönəltmiş, şər bildiyi şeylərdən çəkindirmişdir. Siz ümmətimdən sonra gələcək insanlardan daha xoşbəxtsiniz. Onlara xoş olmayan bəlalar gələcək və fitnələrə düşərək bir-birini zəiflədəcəklər. Bir fitnə meydana çıxdıqda möminlər deyəcək: “Bu fitnə məni həlak edər”. Vəziyyət yaxşılaşdıqda başqa bir fitnə meydana çıxacaq və möminlər deyəcək: “Bu fitnə məni həlak edər”. Sonra vəziyyət yenə düzələcək. Sizdən kim Cəhənnəmdən uzaqlaşdırılıb Cənnətə girmək istəyərsə, ölüm ona Allaha və Axirət gününə imanı olduğu halda gəlsin. İnsanların ona necə davranmasını istəyirsə, başqaları ilə elə davransın. Rəhbərə etdiyi beyətə əli və qəlbi ilə itaət etsin. Əgər kimsə rəhbərə qarşı çıxarsa, onun boynunu vurun!” Mən Abdullaha yaxınlaşıb dedim: “Bu dediklərini Allah Elçisindən ﷺ eşitmisən?” O: “Bəli”, - dedi və hədisi danışmağa davam etdi”.”

Abdur-Rahmən ibn Abdu Rabbil-Kəbə
SəhihNəsəi, 4191 (Beyət, 43)

Fəsil 26

Rəhbərə itaət etməyə təşviq

الْحَضُّ عَلَى طَاعَةِ الإِمَامِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ يَحْيَى بْنِ حُصَيْنٍ قَالَ : سَمِعْتُ جَدَّتِي تَقُولُ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَقُولُ فِي حَجَّةِ الْوَدَاعِ : وَلَوِ اسْتُعْمِلَ عَلَيْكُمْ عَبْدٌ حَبَشِيٌّ يَقُودُكُمْ بِكِتَابِ اللهِ فَاسْمَعُوا لَهُ وَأَطِيعُوا.

“Rəvayət edilir ki, Yəhya ibn Husayn ﵀ demişdir: “Mən nənəmin belə dediyini eşitdim: “Allah Elçisi ﷺ vida həccində olarkən onun belə buyurduğunu eşitmişəm: “Əgər Allahın Kitabı ilə idarə etmək üçün həbəşi bir kölə olsa belə, sizin üzərinizə təyin edilmişdirsə, onu eşidin və itaət edin!””

Yəhya ibn Husayn
SəhihNəsəi, 4192 (Beyət, 44)

Fəsil 27

Rəhbərə itaət etməyə həvəsləndirmək

التَّرْغِيبُ فِي طَاعَةِ الإِمَامِ

أَخْبَرَنَا يُوسُفُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، عَنْ ابْنِ جُرَيْجٍ ، أَنَّ زِيَادَ بْنَ سَعْدٍ ، أَخْبَرَهُ ، أَنَّ ابْنَ شِهَابٍ أَخْبَرَهُ ، أَنَّ أَبَا سَلَمَةَ أَخْبَرَهُ ، أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَنْ أَطَاعَنِي فَقَدْ أَطَاعَ اللَّهَ ، وَمَنْ عَصَانِي فَقَدْ عَصَى اللَّهَ ، وَمَنْ أَطَاعَ أَمِيرِي فَقَدْ أَطَاعَنِي ، وَمَنْ عَصَى أَمِيرِي فَقَدْ عَصَانِي.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim mənə itaət edərsə, artıq Allaha itaət etmiş olar. Kim mənə asi olarsa, artıq Allaha asi olmuş olar. Kim rəhbərə itaət edərsə, artıq mənə itaət etmiş olar. Kim rəhbərə asi olarsa, artıq mənə asi olmuş olar”.”

Əbu Hureyra
SəhihNəsəi, 4193 (Beyət, 45)

Fəsil 28

Uca Allahın “...özünüzdən olan rəhbərlərə də itaət edin. ...” (ən-Nisa, 59)

قَوْلُهُ تَعَالَى : {وَأُولِي الأَمْرِ مِنْكُمْ}

أَخْبَرَنَا الْحَسَنُ بْنُ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ قَالَ : قَالَ ابْنُ جُرَيْجٍ : أَخْبَرَنِي يَعْلَى بْنُ مُسْلِمٍ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ {يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ} قَالَ : نَزَلَتْ فِي عَبْدِ اللهِ بْنِ حُذَافَةَ بْنِ قَيْسِ بْنِ عَدِيٍّ بَعَثَهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي سَرِيَّةٍ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ “Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə və özünüzdən olan rəhbərlərə də itaət edin” (ən-Nisa, 59) kəlamı haqda buyurmuşdur: “Bu ayə Allah Elçisinin ﷺ gecə vaxtı göndərdiyi dəstəyə başçı təyin etdiyi Abdullah ibn Huzafa ibn Qeys ibn Adiy haqda nazil edilmişdir”.”

İbn Abbas
SəhihNəsəi, 4194 (Beyət, 46)

Fəsil 29

Rəhbərə asi olmaqdan şiddətli şəkildə çəkindirilməsi

التَّشْدِيدُ فِي عِصْيَانِ الإِمَامِ

أَخْبَرَنَا عَمْرُو بْنُ عُثْمَانَ بْنِ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا بَقِيَّةُ بْنُ الْوَلِيدِ ، قَالَ : حَدَّثَنَا بَحِيرٌ ، عَنْ خَالِدِ بْنِ مَعْدَانَ ، عَنْ أَبِي بَحْرِيَّةَ ، عَنْ مُعَاذِ بْنِ جَبَلٍ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : الْغَزْوُ غَزْوَانِ : فَأَمَّا مَنِ ابْتَغَى وَجْهَ اللهِ وَأَطَاعَ الإِمَامَ ، وَأَنْفَقَ الْكَرِيمَةَ ، وَاجْتَنَبَ الْفَسَادَ ، فَإِنَّ نَوْمَهُ وَنُبْهَتَهُ أَجْرٌ كُلُّهُ ، وَأَمَّا مَنْ غَزَا رِيَاءً ، وَسُمْعَةً وَعَصَى الإِمَامَ ، وَأَفْسَدَ فِي الأَرْضِ ، فَإِنَّهُ لاَ يَرْجِعُ بِالْكَفَافِ.

“Muaz ibn Cəbəl ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Döyüşənlər iki növdür: birincisi, Allahın rizasını qazanmaq istəyər, rəhbərə itaət edər, malından sevdiyini Allah yolundan xərcləyər, pislik etməkdən çəkinər. Bu kimsənin yuxusu da, ayıqlığı da ibadət sayılır və ona savab qazandırır. İkincisi, riya və eşitdirmək üçün döyüşər, imama asi olar, yer üzündə fəsad törədər. Bu kimsənin əli boş qalar (savab qazanmaz)”.”

Muaz ibn Cəbəl
HəsənNəsəi, 4195 (Beyət, 47)

Fəsil 30

Rəhbərə vacib olan və vacib olmayan nədir?

ذِكْرُ مَا يَجِبُ لِلإِمَامِ وَمَا يَجِبُ عَلَيْهِ

أَخْبَرَنَا عِمْرَانُ بْنُ بَكَّارٍ ، قَالَ : حَدَّثَنَا عَلِيُّ بْنُ عَيَّاشٍ ، قَالَ : حَدَّثَنَا شُعَيْبٌ قَالَ : حَدَّثَنِي أَبُو الزِّنَادِ ، مِمَّا حَدَّثَهُ عَبْدُ الرَّحْمَنِ الأَعْرَجُ ، مِمَّا ذَكَرَ أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ يُحَدِّثُ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : إِنَّمَا الإِمَامُ جُنَّةٌ يُقَاتَلُ مِنْ وَرَائِهِ وَيُتَّقَى بِهِ ، فَإِنْ أَمَرَ بِتَقْوَى اللهِ وَعَدَلَ فَإِنَّ لَهُ بِذَلِكَ أَجْرًا ، وَإِنْ أَمَرَ بِغَيْرِهِ فَإِنَّ عَلَيْهِ وِزْرًا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, iman bir qalxandır. Onun rəhbərliyi altında döyüş edilir və onun vasitəsilə təhlükələrdən qorunulur. Rəhbər Allaha təqva və ədalətlə davranarsa, ona savab olar. Belə davranmasza, ona günah olar”.”

Əbu Hureyra
SəhihNəsəi, 4196 (Beyət, 48)

Fəsil 31

Rəhbərə nəsihət və ya ona qarşı səmimi olmaq

النَّصِيحَةُ لِلإِمَامِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ قَالَ : سَأَلْتُ سُهَيْلَ بْنَ أَبِي صَالِحٍ قُلْتُ : حَدَّثَنَا عَمْرٌو ، عَنِ الْقَعْقَاعِ ، عَنْ أَبِيكَ قَالَ : أَنَا سَمِعْتُهُ مِنَ الَّذِي ، حَدَّثَ أَبِي ، حَدَّثَهُ رَجُلٌ مِنْ أَهْلِ الشَّامِ يُقَالُ لَهُ : عَطَاءُ بْنُ يَزِيدَ ، عَنْ تَمِيمٍ الدَّارِيِّ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِنَّمَا الدِّينُ النَّصِيحَةُ قَالُوا : لِمَنْ يَا رَسُولَ اللهِ ؟ قَالَ : لِلَّهِ وَلِكِتَابِهِ وَلِرَسُولِهِ ، وَلأَئِمَّةِ الْمُسْلِمِينَ وَعَامَّتِهِمْ.

“Rəvayət edilir ki, Təmim əd-Dari ﵁ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, din nəsihətdir”. Səhabələr dedilər: “Kimə münasibətdə, ey Allahın Elçisi?” Allah Elçisi ﷺ buyurdu: “Allaha, Onun Kitabına, Onun Elçisinə, müsəlmanların rəhbərlərinə və bütün müsəlmanlara”.”

Təmim əd-Dari
SəhihNəsəi, 4197 (Beyət, 49)

حَدَّثَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا عَبْدُ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ سُهَيْلِ بْنِ أَبِي صَالِحٍ ، عَنْ عَطَاءِ بْنِ يَزِيدَ ، عَنْ تَمِيمٍ الدَّارِيِّ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِنَّمَا الدِّينُ النَّصِيحَةُ قَالُوا : لِمَنْ يَا رَسُولَ اللهِ ؟ قَالَ : لِلَّهِ وَلِكِتَابِهِ وَلِرَسُولِهِ ، وَلأَئِمَّةِ الْمُسْلِمِينَ وَعَامَّتِهِمْ.

“Rəvayət edilir ki, Təmim əd-Dari ﵁ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, din nəsihətdir”. Səhabələr dedilər: “Kimə münasibətdə, ey Allahın Elçisi?” Allah Elçisi ﷺ buyurdu: “Allaha, Onun Kitabına, Onun Elçisinə, müsəlmanların rəhbərlərinə və bütün müsəlmanlara”.”

Təmim əd-Dari
SəhihNəsəi, 4198 (Beyət, 50)

أَخْبَرَنَا الرَّبِيعُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا شُعَيْبُ بْنُ اللَّيْثِ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ ابْنِ عَجْلاَنَ ، عَنْ زَيْدِ بْنِ أَسْلَمَ ، عَنِ الْقَعْقَاعِ بْنِ حَكِيمٍ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : إِنَّ الدِّينَ النَّصِيحَةُ ، إِنَّ الدِّينَ النَّصِيحَةُ ، إِنَّ الدِّينَ النَّصِيحَةُ قَالُوا : لِمَنْ يَا رَسُولَ اللهِ ؟ قَالَ : لِلَّهِ وَلِكِتَابِهِ وَلِرَسُولِهِ ، وَلأَئِمَّةِ الْمُسْلِمِينَ وَعَامَّتِهِمْ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, din nəsihətdir! Həqiqətən, din nəsihətdir! Həqiqətən, din nəsihətdir!” Səhabələr dedilər: “Kimə münasibətdə, ey Allahın Elçisi?” Allah Elçisi ﷺ buyurdu: “Allaha, Onun Kitabına, Onun Elçisinə, müsəlmanların rəhbərlərinə və bütün müsəlmanlara”.”

Əbu Hureyra
SəhihNəsəi, 4199 (Beyət, 51)

أَخْبَرَنَا عَبْدُ الْقُدُّوسِ بْنُ مُحَمَّدِ بْنِ عَبْدِ الْكَبِيرِ بْنِ شُعَيْبِ بْنِ الْحَبْحَابِ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَهْضَمٍ ، قَالَ : حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ جَعْفَرٍ ، عَنْ ابْنِ عَجْلاَنَ ، عَنِ الْقَعْقَاعِ بْنِ حَكِيمٍ ، وَعَنْ سُمَيٍّ ، وَعَنْ عُبَيْدِ اللهِ بْنِ مِقْسَمٍ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : الدِّينُ النَّصِيحَةُ قَالُوا : لِمَنْ يَا رَسُولَ اللهِ ؟ قَالَ : لِلَّهِ وَلِكِتَابِهِ وَلِرَسُولِهِ ، وَلأَئِمَّةِ الْمُسْلِمِينَ وَعَامَّتِهِمْ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, din nəsihətdir! Həqiqətən, din nəsihətdir! Həqiqətən, din nəsihətdir!” Səhabələr dedilər: “Kimə münasibətdə, ey Allahın Elçisi?” Allah Elçisi ﷺ buyurdu: “Allaha, Onun Kitabına, Onun Elçisinə, müsəlmanların rəhbərlərinə və bütün müsəlmanlara”.”

Əbu Hureyra
SəhihNəsəi, 4200 (Beyət, 52)

Fəsil 32

Rəhbərin müavinləri

بِطَانَةُ الإِمَامِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ يَحْيَى بْنِ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا مُعَمَّرُ بْنُ يَعْمَُرَ قَالَ : حَدَّثَنِي مُعَاوِيَةُ بْنُ سَلاَّمٍ قَالَ : حَدَّثَنِي الزُّهْرِيُّ قَالَ : حَدَّثَنِي أَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَا مِنْ وَالٍ إِلاَّ وَلَهُ بِطَانَتَانِ : بِطَانَةٌ تَأْمُرُهُ بِالْمَعْرُوفِ وَتَنْهَاهُ عَنِ الْمُنْكَرِ ، وَبِطَانَةٌ لاَ تَأْلُوهُ خَبَالاً ، فَمَنْ وُقِيَ شَرَّهَا فَقَدْ وُقِيَ ، وَهُوَ مِنَ الَّتِي تَغْلِبُ عَلَيْهِ مِنْهُمَا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Elə bir rəhbər yoxdur ki, onun iki müavini olmasın; müavinlərdən biri yaxşılığı əmr edib pislikdən çəkindirir, digəri isə səhv yollar göstərərək onun işlərini pozur. Onun şərindən qorunan rəhbər şərdən qorunmuş olar və haqsızlığa qalib gəlmiş olar”.”

Əbu Hureyra
SəhihNəsəi, 4201 (Beyət, 53)

أَخْبَرَنَا يُونُسُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ قَالَ : أَخْبَرَنِي يُونُسُ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ أَبِي سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أَبِي سَعِيدٍ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : مَا بَعَثَ اللَّهُ مِنْ نَبِيٍّ ، وَلاَ اسْتَخْلَفَ مِنْ خَلِيفَةٍ ، إِلاَّ كَانَتْ لَهُ بِطَانَتَانِ : بِطَانَةٌ تَأْمُرُهُ بِالْخَيْرِ ، وَبِطَانَةٌ تَأْمُرُهُ بِالشَّرِّ وَتَحُضُّهُ عَلَيْهِ ، وَالْمَعْصُومُ مَنْ عَصَمَ اللَّهُ عَزَّ وَجَلَّ.

“Əbu Səid ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Allahın göndərdiyi elə bir peyğəmbər və ondan sonra gələn xəlifə yoxdur ki, onun iki müavini olmasın. Onlardan biri xeyir işlərə təşviq edir, digəri isə səhv yollar göstərərək onun işlərini pozur. Pisliyə təşviq edəndən qorunanlar Allahın ﷿ qoruduğu kimsələrdir”.”

Əbu Səid
SəhihNəsəi, 4202 (Beyət, 54)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ عَبْدِ الْحَكَمِ ، عَنْ شُعَيْبٍ ، عَنِ اللَّيْثِ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ أَبِي جَعْفَرٍ ، عَنْ صَفْوَانَ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي أَيُّوبَ أَنَّهُ قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَقُولُ : مَا بُعِثَ مِنْ نَبِيٍّ ، وَلاَ كَانَ بَعْدَهُ مِنْ خَلِيفَةٍ إِلاَّ وَلَهُ بِطَانَتَانِ : بِطَانَةٌ تَأْمُرُهُ بِالْمَعْرُوفِ وَتَنْهَاهُ عَنِ الْمُنْكَرِ ، وَبِطَانَةٌ لاَ تَأْلُوهُ خَبَالاً ، فَمَنْ وُقِيَ بِطَانَةَ السُّوءِ فَقَدْ وُقِيَ.

“Rəvayət edilir ki, Əbu Əyyub ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Göndərilən elə bir peyğəmbər və ondan sonra gələn elə bir xəlifə yoxdur ki, onun iki müavini olmasın. Onlardan biri xeyir işlərə təşviq edir və pis işlərdən çəkindirir, digəri isə səhv yollar göstərərək onun işlərini pozur. Pisliyə təşviq edən müavindən qorunan təhlükələrdən qorunmuş olar”.”

Əbu Əyyub
SəhihNəsəi, 4203 (Beyət, 55)

Fəsil 33

Rəhbərin vəzirləri

وَزِيرُ الإِمَامِ

أَخْبَرَنَا عَمْرُو بْنُ عُثْمَانَ ، قَالَ : حَدَّثَنَا بَقِيَّةُ ، قَالَ : حَدَّثَنَا ابْنُ الْمُبَارَكِ ، عَنْ ابْنِ أَبِي حُسَيْنٍ ، عَنِ الْقَاسِمِ بْنِ مُحَمَّدٍ قَالَ : سَمِعْتُ عَمَّتِي تَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَنْ وَلِيَ مِنْكُمْ عَمَلاً فَأَرَادَ اللَّهُ بِهِ خَيْرًا جَعَلَ لَهُ وَزِيرًا صَالِحًا ، إِنْ نَسِيَ ذَكَّرَهُ ، وَإِنْ ذَكَرَ أَعَانَهُ.

“Rəvayət edilir ki, Qasim ibn Muhəmməd ﵀ demişdir: “Mən bibimin belə dediyini eşitdim: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən kim rəhbər olar və Allah ona xeyir istəyərəsə, ona unutduğu zaman yadına salan və işlərində ona yardım edən əməlisaleh vəzir qismət edər”.”

Qasim ibn Muhəmməd
SəhihNəsəi, 4204 (Beyət, 56)

Fəsil 34

Asilik əmr edildikdə itaət edənin cəzası

جَزَاءُ مَنْ أُمِرَ بِمَعْصِيَةٍ فَأَطَاعَ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، وَمُحَمَّدُ بْنُ بَشَّارٍ قَالاَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ زُبَيْدٍ الإِيَامِيِّ ، عَنْ سَعْدِ بْنِ عُبَيْدَةَ ، عَنْ أَبِي عَبْدِ الرَّحْمَنِ ، عَنْ عَلِيٍّ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بَعَثَ جَيْشًا وَأَمَّرَ عَلَيْهِمْ رَجُلاً ، فَأَوْقَدَ نَارًا فَقَالَ : ادْخُلُوهَا ، فَأَرَادَ نَاسٌ أَنْ يَدْخُلُوهَا ، وَقَالَ الآخَرُونَ : إِنَّمَا فَرَرْنَا مِنْهَا ، فَذَكَرُوا ذَلِكَ لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ لِلَّذِينَ أَرَادُوا أَنْ يَدْخُلُوهَا : لَوْ دَخَلْتُمُوهَا لَمْ تَزَالُوا فِيهَا إِلَى يَوْمِ الْقِيَامَةِ ، وَقَالَ لِلآخَرِينَ خَيْرًا ، وَقَالَ أَبُو مُوسَى فِي حَدِيثِهِ : قَوْلاً حَسَنًا ، وَقَالَ : لاَ طَاعَةَ فِي مَعْصِيَةِ اللهِ ، إِنَّمَا الطَّاعَةُ فِي الْمَعْرُوفِ.

“Əli ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ bir kişini başçı təyin edərək bir ordu göndərdi. Həmin çatdıqları yerdə od qalatdırıb ordusunda olanlara: “Oda girin!”, - deyə əmr etdi. İnsanlardan bir qismi oda girmək istədikdə digər qismi: “Biz iman edərək oddan qaçmışıq”, - dedi (və o birilərin də oda girməsinin qarşısını aldı). Bu hadisə Allah Elçisinə ﷺ bildirildikdə oda girmək istəyənlərə dedi: “Əgər siz oda girsəydiniz, Qiyamətə qədər orada qalardınız”. Digərlərinə isə xeyir sözlər söylədi. (Ravi Əbu Musa “gözəl sözlər söylədi” deyir). Sonra Allah Elçisi ﷺ buyurdu: “Allaha asilikdə heç kimə itaət yoxdur. İtaət yalnız yaxşı işlərdədir”.”

Əli
SəhihNəsəi, 4205 (Beyət, 57)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ أَبِي جَعْفَرٍ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : عَلَى الْمَرْءِ الْمُسْلِمِ السَّمْعُ وَالطَّاعَةُ فِيمَا أَحَبَّ وَكَرِهَ إِلاَّ أَنْ يُؤْمَرَ بِمَعْصِيَةٍ ، فَإِذَا أُمِرَ بِمَعْصِيَةٍ ، فَلاَ سَمْعَ وَلاَ طَاعَةَ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Müsəlman bir kişinin asilikdən başqa xoş olsa da, olmasa da, əmirləri eşidib itaət etməsi gərəkdir. Günah olan əmrləri eşitmək və itaət etmək isə yoxdur”.”

İbn Ömər
SəhihNəsəi, 4206 (Beyət, 58)

Fəsil 35

Rəhbərin zülmünə dəstək verənin cəzası

ذِكْرُ الْوَعِيدِ لِمَنْ أَعَانَ أَمِيرًا عَلَى الظُّلْمِ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ سُفْيَانَ ، عَنْ أَبِي حَصِينٍ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ عَاصِمٍ الْعَدَوِيِّ ، عَنْ كَعْبِ بْنِ عُجْرَةَ قَالَ : خَرَجَ عَلَيْنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَنَحْنُ تِسْعَةٌ ، فَقَالَ : إِنَّهُ سَتَكُونُ بَعْدِي أُمَرَاءُ مَنْ صَدَّقَهُمْ بِكَذِبِهِمْ ، وَأَعَانَهُمْ عَلَى ظُلْمِهِمْ ، فَلَيْسَ مِنِّي وَلَسْتُ مِنْهُ ، وَلَيْسَ بِوَارِدٍ عَلَيَّ الْحَوْضَ ، وَمَنْ لَمْ يُصَدِّقْهُمْ بِكَذِبِهِمْ ، وَلَمْ يُعِنْهُمْ عَلَى ظُلْمِهِمْ ، فَهُوَ مِنِّي وَأَنَا مِنْهُ ، وَهُوَ وَارِدٌ عَلَيَّ الْحَوْضَ.

“Rəvayət edilir ki, Kəb ibn Ucra ﵁ demişdir: “Biz doqquz nəfər idik və bu vaxt Allah Elçisi ﷺ bizim yanımıza gələrək buyurdu: “Məndən sonra haqsızlıq edən rəhbərlər olacaq. Kim onların zülmlərinə dəstək verərsə, o, məndən deyil, mən də ondan deyiləm. Onlar Qiyamət günü hovuzumun yanına gələ bilməyəcəklər. Kim də onların yalanlarını təsdiq etməz və zülmlərinə dəstək olmazsa, məndəndir, mən də ondanam. O, hovuzumun yanına gələ biləcək”.”

Kəb ibn Ucra
SəhihNəsəi, 4207 (Beyət, 59)

Fəsil 36

Rəhbərin zülmünə dəstək verməyən

مَنْ لَمْ يُعِنْ أَمِيرًا عَلَى الظُّلْمِ

أَخْبَرَنَا هَارُونُ بْنُ إِسْحَاقَ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، يَعْنِي ابْنَ عَبْدِ الْوَهَّابِ ، قَالَ : حَدَّثَنَا مِسْعَرٌ ، عَنْ أَبِي حَصِينٍ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ عَاصِمٍ الْعَدَوِيِّ ، عَنْ كَعْبِ بْنِ عُجْرَةَ قَالَ : خَرَجَ إِلَيْنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَنَحْنُ تِسْعَةٌ خَمْسَةٌ وَأَرْبَعَةٌ ، أَحَدُ الْعَدَدَيْنِ مِنَ الْعَرَبِ ، وَالآخَرُ مِنَ الْعَجَمِ ، فَقَالَ : اسْمَعُوا ، هَلْ سَمِعْتُمْ أَنَّهُ سَتَكُونُ بَعْدِي أُمَرَاءُ ، مَنْ دَخَلَ عَلَيْهِمْ فَصَدَّقَهُمْ بِكَذِبِهِمْ ، وَأَعَانَهُمْ عَلَى ظُلْمِهِمْ ، فَلَيْسَ مِنِّي وَلَسْتُ مِنْهُ ، وَلَيْسَ يَرِدُ عَلَيَّ الْحَوْضَ ، وَمَنْ لَمْ يَدْخُلْ عَلَيْهِمْ ، وَلَمْ يُصَدِّقْهُمْ بِكَذِبِهِمْ ، وَلَمْ يُعِنْهُمْ عَلَى ظُلْمِهِمْ ، فَهُوَ مِنِّي وَأَنَا مِنْهُ ، وَسَيَرِدُ عَلَيَّ الْحَوْضَ.

“Rəvayət edilir ki, Kəb ibn Ucra ﵁ demişdir: “Biz doqquz nəfər idik - dördü ərəb, beşi isə qeyri-ərəb. Bu vaxt Allah Elçisi ﷺ bizim yanımıza gələrək buyurdu: “Eşidin! Məndən sonra haqsızlıq edən rəhbərlər olacaq. Kim onların yanına girər, yalanlarını təsdiq edər və zülmlərinə dəstək verərsə, o məndən deyil, mən də ondan deyiləm. Üstəlik, Qiyamət günü hovuzumun yanına gələ bilməyəcək. Kim də onların yanına girər, yalanlarını təsdiq etməz və zülmlərinə dəstək olmazsa, o məndəndir, mən də ondanam. Üstəlik, hovuzumun yanına da gələ biləcək”.”

Kəb ibn Ucra
SəhihNəsəi, 4208 (Beyət, 60)

Fəsil 37

Zalım rəhbərin qarşısında haqqı deyənin fəziləti

فَضْلُ مَنْ تَكَلَّمَ بِالْحَقِّ عِنْدَ إِمَامٍ جَائِرٍ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، عَنْ سُفْيَانَ ، عَنْ عَلْقَمَةَ بْنِ مَرْثَدٍ ، عَنْ طَارِقِ بْنِ شِهَابٍ ، أَنَّ رَجُلاً سَأَلَ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَقَدْ وَضَعَ رِجْلَهُ فِي الْغَرْزِ ، أَيُّ الْجِهَادِ أَفْضَلُ ؟ قَالَ : كَلِمَةُ حَقٍّ عِنْدَ سُلْطَانٍ جَائِرٍ.

“Tariq ibn Şihab ﵁ rəvayət edir ki, bir dəfə bir kişi ayağını minik heyvanının üzəngisinə qoyduğu halda soruşdu: “Ey Allahın Elçisi, hansı cihad daha fəzilətli sayılır?” Allah Elçisi ﷺ buyurdu: “Zalım rəhbərin qarşısında haqqı demək”.”

Tariq ibn Şihab
SəhihNəsəi, 4209 (Beyət, 61)

Fəsil 38

Etdiyi beyətə vəfa edənin savabı

ثَوَابُ مَنْ وَفَّى بِمَا بَايَعَ عَلَيْهِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَبِي إِدْرِيسَ الْخَوْلاَنِيِّ ، عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ قَالَ : كُنَّا عِنْدَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي مَجْلِسٍ فَقَالَ : بَايِعُونِي عَلَى أَنْ لاَ تُشْرِكُوا بِاللَّهِ شَيْئًا ، وَلاَ تَسْرِقُوا ، وَلاَ تَزْنُوا ، وَقَرَأَ عَلَيْهِمُ الآيَةَ ، فَمَنْ وَفَّى مِنْكُمْ فَأَجْرُهُ عَلَى اللهِ ، وَمَنْ أَصَابَ مِنْ ذَلِكَ شَيْئًا فَسَتَرَ اللَّهُ عَلَيْهِ ، فَهُوَ إِلَى اللهِ عَزَّ وَجَلَّ ، إِنْ شَاءَ عَذَّبَهُ ، وَإِنْ شَاءَ غَفَرَ لَهُ.

“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ demişdir: “Bir dəfə biz bir məclisdə Peyğəmbərlə ﷺ birlikdə idik. O: “Allaha heç bir şeyi şərik qoşmayacağınıza, oğurluq və zina etməyəcəyinizə dair mənə beyət edin!”, - dedi və buna aid ayələr oxudu. Sonra buyurdu: “Sizdən kim etdiyi beyətə vəfa edərək yaşayarsa, mükafatını Allah verəcək. Kim də bu günahlardan birini edər və günahı gizli qalarsa, onun işi Allaha qalmışdır. Allah istəsə, onu cəzalandırar, istəsə, bağışlayar”.”

Ubadə ibn əs-Samit
SəhihNəsəi, 4210 (Beyət, 62)

Fəsil 39

Rəhbərlik etməyə həris olmağın pis bir şey olması

مَا يُكْرَهُ مِنَ الْحِرْصِ عَلَى الإِمَارَةِ

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ آدَمَ بْنِ سُلَيْمَانَ ، عَنْ ابْنِ الْمُبَارَكِ ، عَنْ ابْنِ أَبِي ذِئْبٍ ، عَنْ سَعِيدٍ الْمَقْبُرِيِّ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : إِنَّكُمْ سَتَحْرِصُونَ عَلَى الإِمَارَةِ ، وَإِنَّهَا سَتَكُونُ نَدَامَةً وَحَسْرَةً فَنِعْمَتِ الْمُرْضِعَةُ ، وَبِئْسَتِ الْفَاطِمَةُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Siz rəhbərlik etməyə həris olsanız, peşmançılıq keçirib sıxıntıda olacaqsınız. Sahibinə nemət gətirən rəhbərlik gözəl, bundan məhrum olmaq isə necə də pisdir”.”

Əbu Hureyra
SəhihNəsəi, 4211 (Beyət, 63)