Beyət kitabı

Düz söz danışmaq haqda olan beyət

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ يَحْيَى بْنِ أَيُّوبَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ إِدْرِيسَ ، عَنْ ابْنِ إِسْحَاقَ ، وَيَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ عُبَادَةَ بْنِ الْوَلِيدِ بْنِ عُبَادَةَ بْنِ الصَّامِتِ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ قَالَ : بَايَعْنَا رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَلَى السَّمْعِ وَالطَّاعَةِ فِي الْعُسْرِ وَالْيُسْرِ ، وَالْمَنْشَطِ وَالْمَكْرَهِ ، وَأَنْ لاَ نُنَازِعَ الأَمْرَ أَهْلَهُ ، وَعَلَى أَنْ نَقُولَ بِالْحَقِّ حَيْثُ كُنَّا.

“Ubadə ibn əl-Vəlid ibn Ubadə ibn əs-Samit atasının və babasının ﵄ belə dediyini rəvayət etmişdir: “Biz Allah Elçisinə ﷺ asanlıqda və çətinlikdə, xoş olan və xoş olmayan vaxtlarda əmr sahibinə qarşı çıxmamağa və daim haqq üzərində olmağa, harada oluruqsa olaq, haqqı deməyə beyət etdik”.”

Ubadə ibn əl-Vəlid ibn Ubadə ibn əs-Samit atasından və babasından
Səhih

İstinad

Nəsəi, 4152 (Beyət, 4)

Sunən ən-Nəsəi — Beyət kitabı