Kölələrin beyət etməsi
أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ قَالَ : جَاءَ عَبْدٌ فَبَايَعَ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَلَى الْهِجْرَةِ ، وَلاَ يَشْعُرُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَنَّهُ عَبْدٌ ، فَجَاءَ سَيِّدُهُ يُرِيدُهُ ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : بِعْنِيهِ فَاشْتَرَاهُ بِعَبْدَيْنِ أَسْوَدَيْنِ ، ثُمَّ لَمْ يُبَايِعْ أَحَدًا حَتَّى يَسْأَلَهُ : أَعَبْدٌ هُوَ.
“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Bir kölə Peyğəmbərin ﷺ yanına gəlib hicrət etmək üçün beyət etdi. Peyğəmbər ﷺ onun kölə olduğunu bilmirdi. Bu əsnada kölənin ağası gəlib köləsini aparmaq istədi. Peyğəmbər ﷺ dedi: “Onu mənə sat!” Peyğəmbər ﷺ onu iki qaradərili kölə əvəzində aldı. Bundan sonra isə kölə olub-olmadığını soruşmadan heç kimlə beyətləşmədi”.”
İstinad
Nəsəi, 4184 (Beyət, 36)
Sunən ən-Nəsəi — Beyət kitabı