Müşriklərdən uzaq olmağa beyət etmək
أَخْبَرَنِي مُحَمَّدُ بْنُ قُدَامَةَ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنْ مَنْصُورٍ ، عَنْ أَبِي وَائِلٍ ، عَنْ أَبِي نُخَيْلَةَ الْبَجَلِيِّ قَالَ : قَالَ جَرِيرٌ : أَتَيْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَهُوَ يُبَايِعُ ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، ابْسُطْ يَدَكَ حَتَّى أُبَايِعَكَ ، وَاشْتَرِطْ عَلَيَّ ، فَأَنْتَ أَعْلَمُ ، قَالَ : أُبَايِعُكَ عَلَى أَنْ تَعْبُدَ اللَّهَ ، وَتُقِيمَ الصَّلاَةَ ، وَتُؤْتِيَ الزَّكَاةَ ، وَتُنَاصِحَ الْمُسْلِمِينَ ، وَتُفَارِقَ الْمُشْرِكِينَ.
“Rəvayət edilir ki, Cərir ﵁ demişdir: “Peyğəmbər ﷺ beyət edərkən mən onun yanına gəldim və dedim: “Ey Allahın Elçisi, istədiyin şərtlər qoyaraq əlini uzat, sənə beyət edim. Sən daha yaxşı bilirsən”. Peyğəmbər ﷺ buyurdu: “Sənin yalnız Allaha ibadət etməyin, namaz qılmağın, zəkat verməyin, hər bir müsəlmana qarşı səmimi olub onlara nəsihət etməyin və müşriklərdən uzaq olmağın xüsusunda beyətini qəbul edirəm”.”
İstinad
Nəsəi, 4177 (Beyət, 29)
Sunən ən-Nəsəi — Beyət kitabı