Beyət kitabı

Qadınların beyət etməsi

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ مُحَمَّدِ بْنِ الْمُنْكَدِرِ ، عَنْ أُمَيْمَةَ بِنْتِ رُقَيْقَةَ أَنَّهَا قَالَتْ : أَتَيْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي نِسْوَةٍ مِنَ الأَنْصَارِ نُبَايِعُهُ ، فَقُلْنَا : يَا رَسُولَ اللهِ ، نُبَايِعُكَ عَلَى أَنْ لاَ نُشْرِكَ بِاللَّهِ شَيْئًا ، وَلاَ نَسْرِقَ ، وَلاَ نَزْنِيَ ، وَلاَ نَأْتِيَ بِبُهْتَانٍ نَفْتَرِيهِ بَيْنَ أَيْدِينَا وَأَرْجُلِنَا ، وَلاَ نَعْصِيكَ فِي مَعْرُوفٍ ، قَالَ : فِيمَا اسْتَطَعْتُنَّ ، وَأَطَقْتُنَّ . قَالَتْ : قُلْنَا اللَّهُ وَرَسُولُهُ أَرْحَمُ بِنَا ، هَلُمَّ نُبَايِعْكَ يَا رَسُولَ اللهِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِنِّي لاَ أُصَافِحُ النِّسَاءَ ، إِنَّمَا قَوْلِي لِمِائَةِ امْرَأَةٍ كَقَوْلِي لاِمْرَأَةٍ وَاحِدَةٍ ، أَوْ مِثْلُ قَوْلِي لاِمْرَأَةٍ وَاحِدَةٍ.

“Rəvayət edilir ki, Umeymə bint Ruqeyqa ﵂ demişdir: “Beyət etmək üçün ənsardan olan bir dəstə qadınla Peyğəmbərin ﷺ yanına gəlib dedik: “Ey Allahın Elçisi, biz heç bir şeyi Allaha şərik qoşmayacağımıza, oğurluq və zina etməyəcəyimizə, heç kimə böhtan atmayacağımıza və itaət və xeyirli işlərdə sənə asi olmayacağımıza dair sənə beyət edirik”. Peyğəmbər ﷺ buyurdu: “Gücünüz çatdığınız məsələlərdə (deyin!)”. Biz dedik: “Allah və Onun Elçisi bizə bizdən daha şəfqətlidir. Əlini uzat, sənə beyət edək, ey Allahın Elçisi”. Peyğəmbər ﷺ buyurdu: “Mən qadınlarla əl görüşərək beyət etmirəm. Yüz qadına söyləməyim bir qadına söyləməyim kimidir”.”

Umeymə bint Ruqeyqa
Səhih

İstinad

Nəsəi, 4181 (Beyət, 33)

Sunən ən-Nəsəi — Beyət kitabı