Keçici xəstəliyi olanın beyəti
أَخْبَرَنَا زِيَادُ بْنُ أَيُّوبَ ، قَالَ : حَدَّثَنَا هُشَيْمٌ ، عَنْ يَعْلَى بْنِ عَطَاءٍ ، عَنْ رَجُلٍ مِنْ آلِ الشَّرِيدِ يُقَالُ لَهُ عَمْرٌو ، عَنْ أَبِيهِ قَالَ : كَانَ فِي وَفْدِ ثَقِيفٍ رَجُلٌ مَجْذُومٌ ، فَأَرْسَلَ إِلَيْهِ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ارْجِعْ فَقَدْ بَايَعْتُكَ.
“Amr atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Səqif qəbiləsindən gələn heyətin arasında cüzamlı bir xəstə adam var idi. Allah Elçisi ﷺ onu göndərərək dedi: “Qayıt, artıq səninlə beyət etdim!””
Amr atasından
Səhihİstinad
Nəsəi, 4182 (Beyət, 34)
Sunən ən-Nəsəi — Beyət kitabı