Rəhbərin zülmünə dəstək verənin cəzası
أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ سُفْيَانَ ، عَنْ أَبِي حَصِينٍ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ عَاصِمٍ الْعَدَوِيِّ ، عَنْ كَعْبِ بْنِ عُجْرَةَ قَالَ : خَرَجَ عَلَيْنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَنَحْنُ تِسْعَةٌ ، فَقَالَ : إِنَّهُ سَتَكُونُ بَعْدِي أُمَرَاءُ مَنْ صَدَّقَهُمْ بِكَذِبِهِمْ ، وَأَعَانَهُمْ عَلَى ظُلْمِهِمْ ، فَلَيْسَ مِنِّي وَلَسْتُ مِنْهُ ، وَلَيْسَ بِوَارِدٍ عَلَيَّ الْحَوْضَ ، وَمَنْ لَمْ يُصَدِّقْهُمْ بِكَذِبِهِمْ ، وَلَمْ يُعِنْهُمْ عَلَى ظُلْمِهِمْ ، فَهُوَ مِنِّي وَأَنَا مِنْهُ ، وَهُوَ وَارِدٌ عَلَيَّ الْحَوْضَ.
“Rəvayət edilir ki, Kəb ibn Ucra ﵁ demişdir: “Biz doqquz nəfər idik və bu vaxt Allah Elçisi ﷺ bizim yanımıza gələrək buyurdu: “Məndən sonra haqsızlıq edən rəhbərlər olacaq. Kim onların zülmlərinə dəstək verərsə, o, məndən deyil, mən də ondan deyiləm. Onlar Qiyamət günü hovuzumun yanına gələ bilməyəcəklər. Kim də onların yalanlarını təsdiq etməz və zülmlərinə dəstək olmazsa, məndəndir, mən də ondanam. O, hovuzumun yanına gələ biləcək”.”
İstinad
Nəsəi, 4207 (Beyət, 59)
Sunən ən-Nəsəi — Beyət kitabı