Beyət kitabı

Rəhbərə nəsihət və ya ona qarşı səmimi olmaq

حَدَّثَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا عَبْدُ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ سُهَيْلِ بْنِ أَبِي صَالِحٍ ، عَنْ عَطَاءِ بْنِ يَزِيدَ ، عَنْ تَمِيمٍ الدَّارِيِّ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِنَّمَا الدِّينُ النَّصِيحَةُ قَالُوا : لِمَنْ يَا رَسُولَ اللهِ ؟ قَالَ : لِلَّهِ وَلِكِتَابِهِ وَلِرَسُولِهِ ، وَلأَئِمَّةِ الْمُسْلِمِينَ وَعَامَّتِهِمْ.

“Rəvayət edilir ki, Təmim əd-Dari ﵁ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, din nəsihətdir”. Səhabələr dedilər: “Kimə münasibətdə, ey Allahın Elçisi?” Allah Elçisi ﷺ buyurdu: “Allaha, Onun Kitabına, Onun Elçisinə, müsəlmanların rəhbərlərinə və bütün müsəlmanlara”.”

Təmim əd-Dari
Səhih

İstinad

Nəsəi, 4198 (Beyət, 50)

Sunən ən-Nəsəi — Beyət kitabı