Beyət kitabı

Etdiyi beyətə vəfa edənin savabı

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَبِي إِدْرِيسَ الْخَوْلاَنِيِّ ، عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ قَالَ : كُنَّا عِنْدَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي مَجْلِسٍ فَقَالَ : بَايِعُونِي عَلَى أَنْ لاَ تُشْرِكُوا بِاللَّهِ شَيْئًا ، وَلاَ تَسْرِقُوا ، وَلاَ تَزْنُوا ، وَقَرَأَ عَلَيْهِمُ الآيَةَ ، فَمَنْ وَفَّى مِنْكُمْ فَأَجْرُهُ عَلَى اللهِ ، وَمَنْ أَصَابَ مِنْ ذَلِكَ شَيْئًا فَسَتَرَ اللَّهُ عَلَيْهِ ، فَهُوَ إِلَى اللهِ عَزَّ وَجَلَّ ، إِنْ شَاءَ عَذَّبَهُ ، وَإِنْ شَاءَ غَفَرَ لَهُ.

“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ demişdir: “Bir dəfə biz bir məclisdə Peyğəmbərlə ﷺ birlikdə idik. O: “Allaha heç bir şeyi şərik qoşmayacağınıza, oğurluq və zina etməyəcəyinizə dair mənə beyət edin!”, - dedi və buna aid ayələr oxudu. Sonra buyurdu: “Sizdən kim etdiyi beyətə vəfa edərək yaşayarsa, mükafatını Allah verəcək. Kim də bu günahlardan birini edər və günahı gizli qalarsa, onun işi Allaha qalmışdır. Allah istəsə, onu cəzalandırar, istəsə, bağışlayar”.”

Ubadə ibn əs-Samit
Səhih

İstinad

Nəsəi, 4210 (Beyət, 62)

Sunən ən-Nəsəi — Beyət kitabı