Beyət kitabı

Qadınların beyət etməsi

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَيُّوبَ ، عَنْ مُحَمَّدٍ ، عَنْ أُمِّ عَطِيَّةَ قَالَتْ : لَمَّا أَرَدْتُ أَنْ أُبَايِعَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنَّ امْرَأَةً أَسْعَدَتْنِي فِي الْجَاهِلِيَّةِ ، فَأَذْهَبُ فَأُسْعِدُهَا ثُمَّ أَجِيئُكَ فَأُبَايِعُكَ ؟ قَالَ : اذْهَبِي فَأَسْعِدِيهَا قَالَتْ : فَذَهَبْتُ فَسَاعَدْتُهَا ، ثُمَّ جِئْتُ فَبَايَعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Ummu Atiyyə ﵂ demişdir: “Mən Allah Elçisinə ﷺ beyət etmək istədikdə dedim: “Ey Allahın Elçisi, cahiliyyət dövründə bir qadın mənə kömək etmişdi. Gedib ona kömək etdikdən sonra gəlib sənə beyət edə bilərəmmi?” Allah Elçisi ﷺ buyurdu: “Get, ona yardım et!” Mən gedib o qadına kömək edib gəldikdən sonra Allah Elçisinə ﷺ beyət etdim”.”

Ummu Atiyyə
Səhih

İstinad

Nəsəi, 4179 (Beyət, 31)

Sunən ən-Nəsəi — Beyət kitabı