Rəhbərə asi olmaqdan şiddətli şəkildə çəkindirilməsi
أَخْبَرَنَا عَمْرُو بْنُ عُثْمَانَ بْنِ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا بَقِيَّةُ بْنُ الْوَلِيدِ ، قَالَ : حَدَّثَنَا بَحِيرٌ ، عَنْ خَالِدِ بْنِ مَعْدَانَ ، عَنْ أَبِي بَحْرِيَّةَ ، عَنْ مُعَاذِ بْنِ جَبَلٍ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : الْغَزْوُ غَزْوَانِ : فَأَمَّا مَنِ ابْتَغَى وَجْهَ اللهِ وَأَطَاعَ الإِمَامَ ، وَأَنْفَقَ الْكَرِيمَةَ ، وَاجْتَنَبَ الْفَسَادَ ، فَإِنَّ نَوْمَهُ وَنُبْهَتَهُ أَجْرٌ كُلُّهُ ، وَأَمَّا مَنْ غَزَا رِيَاءً ، وَسُمْعَةً وَعَصَى الإِمَامَ ، وَأَفْسَدَ فِي الأَرْضِ ، فَإِنَّهُ لاَ يَرْجِعُ بِالْكَفَافِ.
“Muaz ibn Cəbəl ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Döyüşənlər iki növdür: birincisi, Allahın rizasını qazanmaq istəyər, rəhbərə itaət edər, malından sevdiyini Allah yolundan xərcləyər, pislik etməkdən çəkinər. Bu kimsənin yuxusu da, ayıqlığı da ibadət sayılır və ona savab qazandırır. İkincisi, riya və eşitdirmək üçün döyüşər, imama asi olar, yer üzündə fəsad törədər. Bu kimsənin əli boş qalar (savab qazanmaz)”.”
İstinad
Nəsəi, 4195 (Beyət, 47)
Sunən ən-Nəsəi — Beyət kitabı